t s

» » Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkib - VİDEO

Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkib - VİDEO

13-01-2021, 02:04 Yazar:  Samir Baxılıb: 90 Çap et
Qazaxıstanlı rejissorlar Qarabağla bağlı film çəkib - VİDEO
Qazaxıstanlı rejissorların 44 günlük Vətən Müharibəsinə həsr olunan filmi yayımlanıb.

APA xəbər verir ki, “Qarabağ – geri dönən xoşbəxtliyim” filmi Qarabağ münaqişəsinin tarixində konfliktin səbəbləri, gedişi və nəticələri barədə qazax və rus dillərində qazaxıstanlı rejissorlar tərəfindən çəkilən ilk belə əhatəli sənədli filmdir.

Ekran işinin süjet xətti öz ardıcıllığı və dinamikası ilə seçilir, münaqişə barədə Azərbaycanın haqlı mövqeyini geniş ictimaiyyətə çatdıra biləcək dəqiq və dolğun məlumatlarla zəngindir. Filmdə Qarabağın azadlığının rəmzi olan “Xarı- bülbül” haqda ətraflı məlumat verilib.

Qazaxıstanlı jurnalist Almas Altayın müəllifi olduğu film qazaxıstanlı politoloqlar, jurnalist və bloqerlərdən ibarət 10 nəfərlik heyətin Azərbaycana səfəri, Bakı, Bərdə, Gəncə və Şamaxı şəhərlərini ziyarətləri zamanı çəkilən, müharibənin müxtəlif məqamlarını əks etdirən kadrlar, habelə tarixi videogörüntülər əsasında lentə alınıb.

Qeyd edək ki, 10 nəfərlik nümayəndə heyətinin ölkəmizə səfəri Qazaxıstanın Almatı şəhərindəki Azərbaycan icmasının dəstəyi ilə Azərbaycanın Qazaxıstandakı səfirliyi tərəfindən təşkil olunub. Bundan əvvəl filmin təqdimatı Qazaxıstanın Nur-Sultan və Almatı şəhərlərində keçirilib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

18:28 44 günlük Vətən müharibəsində təltif olunan Qazax mahalının qəhrəmanları Möhtəşəm zəfərləri ilə tarix yazan yenilməz Azərbaycan Ordusu müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsini şanlı qələbə ilə başa vurdu və düşməni ağır məğlubiyyətə uğradaraq kapitulyasiya sənədini imzalamağa məcbur etdi. Dekabrın 10-da “Azadlıq”
13:44 “İki” nin iki təqdimatı keçirilib Gülnarə İsrafilin “İki” adlı yeni kitabı “Elm və təhsil” nəşriyyatında nəşr olunub. 120 səhifədən ibarət şeir toplusunda şairin son illər qələmə aldığı əsərlər işıq üzü görüb. Fevralın 24 Bakı şəhər “Milli hüquq evi”-də, 3 mart tarixində isə Gəncə şəhər, “Uğur kitab evi”-də təqdimat və imza günü
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
18:12 Böyük Səlcuqların Alp Arslan zirvəsi Nizami Cəfərov, filologiya elmləri doktoru, professor, millət vəkili Yunus Oğuz türklərin tarixinə həsr olunmuş bir sıra tarixi romanlarından sonra müəllifin yaradıcılıq texnologiyasına yaxşı bələd olan oxuculara özünün «Sultan Alp Arslan»ını təqdim edir. Hər şeydən əvvəl, romanın bədii
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az