t s

» » Putinin tapşırığı: Qarabağ üçün FTX önə çıxır

Putinin tapşırığı: Qarabağ üçün FTX önə çıxır

13-01-2021, 01:29 Yazar:  Samir Baxılıb: 58 Çap et
Putinin tapşırığı: Qarabağ üçün FTX önə çıxır
Ermənistanda daxili siyasi mübarizə nə qədər güclü olarsa, regional sülh prosesinin irəliləməsi bir o qədər ləng olacaq. Bunun fonunda Bakı və İrəvan nümayəndələrinin iştirakı ilə danışıqlar aparmaq çətin olacaq. Bu, həmçinin Moskva üçün də müəyyən çətinliklər yaradır.

Mediaxeberleri.az xəbər verir ki, bunu rusiyalı politoloq, iqtisadçı Mixail Neyjmakov üçtərəfli danışıqlarının yekunlarını şərh edərkən deyib.

“Regionda iqtisadi və nəqliyyat əlaqələrinin açılması üzrə üçtərəfli işçi qrupu işə başlayacaq, hətta müvafiq tədbirlərin siyahısı və qrafikini (birgə bəyanatda deyildiyi kimi) təqdim edəcək, amma Bakı ilə İrəvan arasında qarşılıqlı inamsızlıq bu planların gerçəkləşdirilməsini ləngidəcək. Çox güman ki, bu cür nəqliyyat dəhlizləri üzrə yüklərin və sərnişin daşımalarının təhlükəsizliyinin təmin edilməsi üçün sonrakı zəmanətlər üzrə danışıqlar fəallaşacaq, bu təminatların reallaşdırılmasında isə Rusiya strukturları mühüm rol oynayacaq. Təsadüfi deyil ki, üçtərəfli görüşdən öncə Cənubi Qafqazdakı vəziyyətlə bağlı keçirilmiş iclas barədə rəsmi məlumatda ilk söz FTX-nin direktoru Aleksandr Bortnikova verildi. Ola bilsin ki, gələcəkdə nəqliyyat dəhlizlərinin təhlükəsizliyinin təmin edilməsi zamanı koordinasiya məsələləri çərçivəsində Ermənistan Milli Təhlükəsizlik Xidməti ilə Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidməti arasında əlaqələrə toxunulsun”, – o bildirib. /Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:04 Əli Həsənov: Azərbaycan müstəqillik, inkişaf və rifah yolu ilə gedir – MÜSAHİBƏ “2015-ci ildə Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunub”. Azərbaycan Respublikası Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov 2015-ci ilin yekunları ilə bağlı müsahibə verib. Mediaxeberleri.az müsahibəni təqdim edir: - Başa çatmaqda olan 2015-ci
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az