t s

» » Həbibbəylinin və Quliyevin vurulması... - AMEA

Həbibbəylinin və Quliyevin vurulması... - AMEA

13-01-2021, 00:54 Yazar:  Samir Baxılıb: 48 Çap et
Həbibbəylinin və Quliyevin vurulması... - AMEA
İctimaiyyətə məlumat verildiyi kimi, 8 yanvar 2021-ci il tarixində AMEA Rəyasət Heyətinin növbəti iclası keçirilmiş və akademiyada islahatlar xəttinin dərinləşdirilməsi, idarəetmə sisteminin təkmilləşdirilməsi, narahatlıq doğuran qüsurların aradan qaldırılması istiqamətində müvafiq qərarlar qəbul edilib. Təəssüf ki, sözügedən iclasın nəticələrinə dair məlumatların AMEA-nın rəsmi saytında dərc edilməsindən sonra bəzi KİV-lər Rəyasət Heyətinin qərarlarının mahiyyətini təhrif edərək, onları sensasiya, ajiotaj yaradacaq şəkildə qələmə verməyə cəhd göstəriblər. Belə ki, AMEA-nın iki birinci vitse-prezidenti postlarından birinin ixtisar edilməsi guya akademik İsa Həbibbəylinin və akademik İbrahim Quliyevin vəzifədən uzaqlaşdırlması, “vurulması” kimi şərh olunub.

Bu barədə AMEA-nin Rəyasət Heyətinin məlumatında deyilir.

“Halbuki, atılan addım ancaq və ancaq idarəetmənin təkmilləşdirilməsinə və sadələşdirilməsinə xidmət edir. AMEA-da iki birinvi vitse-prezidentin olması müəyyən çaşqınlıq yaratdığından və koordinasiya prosesində çətinliyə səbəb olduğundan belə bir qərarın qəbuluna zərurət yaranıb. Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, həm İsa Həbibbəyli, həm də İbrahim Quliyev AMEA-nın vitse-prezidentləri və Rəyasət Heyətinin üzvləri qismində öz fəaliyyətlərini davam etdirməkdədirlər. Xatırladaq ki, AMEA-da əvvəllər də yalnız bir birinci vitse-prezident postu olmuşdur və bu ənənənin bərpası optimallaşma baxımından daha məqsədəuyğundur.

Eynilə də AMEA-nın Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun və onun müavini akademik Cavad Abdinovun sözügedən elmi müəssisədə aparılan yoxlamanın nəticələrinə görə işdən azad edilməsi bəzi KİV-lər tərəfindən az qala cinayətkar dəstənin ifşası, misli görünməmiş dəhşətli hadisə kimi şişirdilərək ictimaiyyətə təqdim olunub. Bəli, Fizika İnstitutunun hər iki rəhbər şəxsi həqiqətən də işində yol verdikləri nöqsanlara görə işdən azad edilib. Lakin aparılmış yoxlama, bəzi şəxslərin şərh etdikləri kimi, qətiyyən akademiklər Nazim Məmmədov və Cavad Abdinovun alim kimi bilik və bacarıqlarının təftişi, qiymətləndirilməsi məqsədinə xidmət etməyib. Hər iki alimin öz sahələrinin peşəkarı olduqları, elm ictimaiyyəti tərəfindən ciddi mütəxəssislər kimi qəbul edildikləri danılmaz həqiqətdir. Akademik Nazim Məmmədovun uzun illər Yaponiyada fizika professoru qismində elmi tədqiqat işlərilə məşğul olması, onun məqalələrinin yüksək indeksli, nüfuzlu xarici jurnallarda vaxtaşırı nəşr edilməsi, həmçinin Fizika İnstitutunda son illərdə yetişən bacarıqlı gənc tədqiqatçılar deyilənləri təsdiq edir. Biz öz həmkarlarımızın elmi fəaliyyətini yüksək qiymətləndirir, onların bundan sonra da öz bilik və təcrübələrini Azərbaycan elminin inkişafı naminə sərf edəcəyinə inanırıq. Hər kəs əmin ola bilər ki, Fizika İnstitutunda üzə çıxarılmış nöqsanların aradan qaldırılması üçün AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyevin tapşırığı ilə bütün zəruri tədbirlər görüləcəkdir.

Bir daha ictimaiyyətin diqqətinə çatdırırıq ki, Fizika İnstitutunda ötən ilin 17-25 dekabr tarixlərində aparılan yoxlamalar zamanı aşkara çıxarılmış qüsurlar sırf idarəçilik və maliyyə-təsərrüfat fəaliyyətilə bağlıdır. Bu zaman institutun elmi fəaliyyətinin qiymətləndirilməsi yoxlamanın predmeti olmamışdır. AMEA-da mütəmadi daxili yoxlamalar yalnız əmək nizam-intizamının tənzimlənməsinə, maliyyə-təsərrüfat və kadr fəaliyyətində yol verilmiş xətaların zamanında aşkarlanıb aradan qaldırılmasına xidmət edir. Yoxlamanı aparan qurumlar istintaq orqanı, Rəyasət Heyəti isə məhkəmə hakimiyyətinin təmsilçisi olmadığından işdən azad edilmiş həmkarlarımızın az qala cinayətkar kimi təqdim olunması yolverilməzdir.

AMEA-da aparılan daxili yoxlamaları elm ictimaiyyətinin nümayəndələrinə qarşı qaralama kampaniyasına çevirməyə çalışanlar atdıqları addımın həm hüquqi, həm də mənəvi məsuliyyət yaratdığını unutmamalıdırlar. Bu niyyətdə olanlara Azərbaycan Respublikasının Konstitusiyasında əksini tapmış təqsirsizlik prezumpsiyasını xatırlatmağı lazım bilirik – məhkəmə qərarı olmadan heç kəs müqəssir hesab edilə bilməz.

Həmçinin akademiyanın sabiq birinci vitse-prezidenti İsa Həbibbəylinin də guya Fizika İnstitutunda aparılan yoxlamanın nəticələrinə görə vəzifəsindən kənarlaşdırıldığına dair məlumatlar da həqiqəti əks etdirmir. Belə məlumatları tirajlayanların diqqətinə çatdırırıq ki, akademik İsa Həbibbəyli Humanitar və İctimai Elmlər Bölməsinin rəhbəridir və Fizika İnstitutu onun məsuliyyət çərçivəsinə daxil deyil.

Hər kəs bilməlidir ki, Elmlər Akademiyasında aparılan islahatlar ümumilikdə cənab Prezident İlham Əliyev tərəfindən ölkəmizdə başlanan islahatların, yenilənmə siyasətinin tərkib hissəsidir və bu xəttin ruhuna uyğundur. Görülən tədbirlərin başlıca məqsədi akademiyada qanunun aliliyini təmin etməkdən, elmi idarəçiliyi və tədqiqatları müasir dövrün tələblərinə uyğunlaşdırmaqdan ibarətdir.

Deyilənləri nəzərə alaraq, AMEA Rəyasət Heyəti KİV redaktorlarını məlumatların təqdimatı zamanı subyektiv, qərəzli şərhlərdən çəkinməyə, ictimaiyyət arasında çaşqınlıq yaratmamağa, obyektivliyi qorumağa çağırır. Həqiqəti olduğu kimi, bəzək-düzəksiz cəmiyyətə çatdırmaq mətbuatın ən ümdə vəzifəsidir”, - deyə məlumatda bildirilib.Axar.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:34 Qurucu LİDER – QALİB PREZİDENT! - Əli Həsənov yazdı Hötmətli səhifə izləyiciləri, əziz dostlar! Düz bir il əvvəl Prezident İlham Əliyevin Doğum Günü ilə əlaqədar qələmə aldığım və dekabr ayının 23-də FB səhifəmdə paylaşdığım bir məqaləni, yalnız başlığını dəyişməklə və yuxarıdan iki yeni abzas artırmaqla təkrar paylaşıram. Mediaxeberleri.Az xəbər
08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
01:42 Məhkəmə hakimiyyətinin müstəqilliyinin real təminatçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən əsaslı islahatlar ölkə həyatının bütün sahələri kimi, məhkəmə-hüquq sistemini də əhatə edir. Ədliyyə naziri, Məhkəmə-Hüquq Şurasının sədri Fikrət Məmmədovun AZƏRTAC-a təqdim etdiyi məqalədə son 16 ildə məhkəmə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az