t s

» » Ruslan Lunyov: “Olimpiadada hər iki növdə yarışacağam, əlavə lisenziyaya ehtiyacım yoxdur”

Ruslan Lunyov: “Olimpiadada hər iki növdə yarışacağam, əlavə lisenziyaya ehtiyacım yoxdur”

12-01-2021, 21:39 Yazar:  Samir Baxılıb: 41 Çap et
Ruslan Lunyov: “Olimpiadada hər iki növdə yarışacağam, əlavə lisenziyaya ehtiyacım yoxdur”“Mən 2019-cu ildə 25 metr məsafəyə güllə atıcılığında Avropa çempionu olmaqla Tokio Olimpiadasına vəsiqə qazanmışam. Ona görə də 10 metr məsafəyə atıcılıq üçün lisenziya qazanmağıma ehtiyac yoxdur. Olimpiadada hər iki növdə yarışacağam”.

Bunu Mediaxeberleri.az-a açıqlamasında Avropa çempionu, IV İslam Həmrəyliyi Oyunlarının qalibi Ruslan Lunyov deyib.

Finlandiyanın Lohya şəhərində 26 fevral - 6 mart tarixlərində keçirilməli olan 10 metr məsafəyə güllə atıcılığı üzrə Avropa çempionatı pandemiya səbəbindən ləğv olunub.

Avropa Atıcılıq Konfederasiyası başqa ölkədə və ya başqa tarixdə Avropa çempionatının keçirilməsi mümkün olmayacağı təqdirdə, Olimpiada üçün kvota yerlərinin 31 May 2020-ci il tarixinə olan Avropa reytinqinə görə paylanacağını açıqlayıb.

İkinci variant olarsa, digər güllə atıcımız Nigar Nəsirovanın Olimpiadaya vəsiqə qazanması sual altına düşür.

Lunyov da reytinqlə Nigarın vəsiqə qazanmasının mümkünsüz olacağını bildirir:

“Nigar Nəsirova reytinqlə lisenziya qazanmalı olsa, 17-ci yer bəs etməyəcək. Çünki Finlandiyadakı Avropa çempionatında cəmi iki idmançıya lisenziya verilməli idi. Gərək reytinqdəki ilk 15 yer yarışlardan vəsiqə qazanmış olsun ki, 16 və 17-ci yerlərin sahibi kimi Nigar da lisenziya ala bilsin”.

O, özünü 25 metr məsafəyə yarışda daha inamlı hiss etdiyini də bildirib:

“50 metr məsafəyə güllə atıcılığı Tokio Olimpiadasında olmayacaq. Sonuncu dəfə 2016-cı il Rio Olimpiadasında keçirildikdən sonra ləğv edilib. İndi yalnız Olimpiya növləri 10 və 25 metr məsafəyə atıcılıqdır. Məndə daha uğurlu 25 metrdə olur. Bu növdə Avropa çempionu oldum, Olimpiadaya lisenziya qazandım.

İstərdim ki, Olimpiadayadək yarışlar keçirilsin. Keçən il də demək olar ki, yarışlar az olub. İndi pandemiya ilə bağlı Avropada çox pis vəziyyətdir. Aprelə kimi vəziyyət düzəlsə, onda yarışlar keçiriləcək, əks halda yenə olmayacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az