t s

» » MƏDƏNİYYƏT SAHƏSİNİN YENİLİK VƏ MÜASİRLİK NÜMUNƏSİ

MƏDƏNİYYƏT SAHƏSİNİN YENİLİK VƏ MÜASİRLİK NÜMUNƏSİ

12-01-2021, 16:40 Yazar:  Samir Baxılıb: 587 Çap et
MƏDƏNİYYƏT SAHƏSİNİN YENİLİK VƏ MÜASİRLİK NÜMUNƏSİ
Xalqların formalaşmasında və dünya miqyasına çıxmasında mühüm rol oynayan amillərdən biri də mədəniyyətdir. Tarix sübut etmişdir ki, yüksək mədəniyyətə malik olan xalqlar müasir dünyanın yeni çağırışlarına uyğun hərəkət etməyə, tərəqqi və inkişaf yolunda inamla addımlamağa qadirdir. Ona görə də mədəniyyətin təbliği, qorunub saxlanılması və inkişaf etdirilərək gələcək nəsillərə çatdırılması olduqca vacib məsələdir.

Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan müstəqil Azərbaycanın mədəniyyət siyasəti xalqımızın milli dəyərlərini qorumağa, təbliğ etməyə yönəldilmişdir. Ümummilli liderin böyük müdrikliklə dediyi:

”Yüksək mədəniyyətə malik olan xalq həmişə irəli gedəcək, həmişə yaşayacaq və inkişaf edəcəkdir” sözləri zamanın sınaqlarından keçərək öz təsdiqini tapmışdır. Möhtərəm Prezidentimiz İlham Əliyevin hakimiyyəti dövründə də mədəniyyət sahəsində əsaslı islahatlar aparılmış, milli-mənəvi dəyərlərimizin inkişafı diqqət mərkəzində saxlanılmışdır. Mədəniyyətin müxtəlif sahələri ilə bağlı qəbul olunmuş dövlət proqramları və Prezident sərəncamları bir daha təsdiq edir ki, ölkəmizdə mədəniyyətə, milli- mənəvi dəyərlərin qorunub saxlanılmasına həqiqətən böyük qayğı var. Bu gün Azərbaycan mədəniyyəti dünya miqyasında ölkəmizi daha geniş tanıtmaqdadır. YUNESKO və ¬İSESKO kimi nüfuzlu beynəlxalq təşkilatlar artıq Azərbaycanı sivilizasiyalı bir ölkə kimi tanıyır. Bizim bir çox mədəniyyət abidələrimiz YUNESKO-nun maddi və mənəvi irs siyahısına salınmışdır. Hər iki beynəlxalq təşkilatın xoşməramlı səfiri, Azərbaycanın Birinci vitse –prezidenti Mehriban xanım Əliyevanın Azərbaycan mədəniyyəti və incəsənətinin dünyada tanınmasında rolu böyükdür.

Mədəniyyət dəyişmədən, zənginləşdirilmədən inkişaf edə və öz varlığını qoruya bilməz. Bu məqsədlə müasir mədəniyyət siyasətində yaradıcı və qurucu səciyyəli hər cür fəaliyyət təşviq edilir. O çümlədən müasir dünya siyasətində qlobal, regional problemlərin, qloballaşma və mədəni inteqrasiya məsələlərinin həllinə yeni münasibət müşahidə olunur. Demokratiyanın siyasi sistem kimi formalaşdırılmasını tələb edən bu prosesdə Azərbaycan Respublikası fəal iştirak etməkdədir. Milli və bəşəri dəyərlərin sintezi və dünya təcrübəsi yönündə həyata keçirilən islahatlar sayəsində dünyanın sosial, mədəni, iqtisadi cəhətdən inkişaf etmiş dövlətləri səviyyəsinə çatmaq mümkündür. Bu prosesdə qarşıya çıxan problemlər isə bilavasitə mədəniyyət sahəsində bəşər tarixinin, dünyanın inkişaf təcrübəsinin öyrənilməsini, kompleks əlaqələrinin genişləndirilməsini zərurətə çevirir ki, bütün bunlara da yalnız mükəmməl mədəniyyət siyasəti sayəsində nail olmaq mümkündür. Bu mənada Azərbaycan dövləti öz daxili və xarici siyasətini yeni tarixi şəraitə, müasir tələblərə uyğun olaraq, xalqımızın tarixi və mədəni ənənələrinə, dilimizə, dinimizə, milli -mənəvi dəyərlərimizə istinad edərək həyata keçirir. Müstəqilliyimizin əldə olunmasından sonra həyata keçirilən mədəniyyət siyasəti milli-mənəvi dəyərlərimizin qorunub saxlanılması və gələcək nəsillərə çatdırılması üçün böyük zəmin yaratmışdır. Xalqımızın əldə etdiyi bu böyük nailiyyət, milli sərvətimiz olan mənəvi dəyərlərimizin istifadəsini, bəşəri dəyərlərin tərkib hissəsi kimi inkişafını və inteqrasiyasını təmin etmişdir.

Azərbaycan xalqı azad və suveren dövlət quraraq mədəni-iqtisadi islahatlar aparmaqla öz milli-əxlaqi dəyərlərinə, tarixinə qayıdır. Bu tarixi zərurət isə yeni strukturların yaradılmasını, mədəniyyət sahəsinə dünyavi yeniliklərin tətbiq edilməsini, müasirliyin milli-mənəvi dəyərlərlə sintez olunmasını tələb edir. Yaranmış tarixi şəraiti, mədəniyyət sahəsinin daha da inkişaf etdirilməsini nəzərə alaraq Ölkə Başçısı bununla bağlı mühüm sərəncamlar vermiş, mədəniyyət sahəsinin şəffaf və səmərəli idarəetmə sistemi formalaşdırmaq və Mədəniyyət Nazirliyinin strukturunu təkmilləşdirmək məqsədilə yeni yol xəritəsi müəyyənləşdirmişdir.

Prezident İlham Əliyevin 14 fevral 2014-cü il tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası” sonrakı dövr üçün ölkənin mədəni həyatının müasir tələblər səviyyəsində qurulmasına əsaslı stimul vermişdir. Konsepsiyanın qəbul edilməsindən sonra mədəniyyət sahəsində islahatlar daha intensiv xarakter almışdır. Bundan sonra milli- mənəvi dəyərlərimizin qorunması, təbliği və inkişafı istiqamətində əsaslı tədbirlər reallaşdırılmasına başlanılmışdır. Prezident İlham Əliyevin “Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin strukturunun təkmilləşdirilməsi haqqında” 29 mart 2016-cı il tarixli sərəncamına uyğun olaraq nazirliyin Bakı Şəhər Mədəniyyət və Turizm Baş İdarəsi, yerlərdə 15 regional mədəniyyət idarəsi yaradılmış və 2017-ci ilin əvvəlindən fəaliyyətə başlamışdır. Həyata keçirilən struktur dəyişikliyi və islahatlar mədəniyyət sahələrində daha çevik idarəçiliyin təmin olunmasına xidmət göstərməklə yanaşı, regionlarda bu sahənin inkişaf etməsinə böyük təkan vermişdir.

Ölkə başçısının müvafiq sərəncamına əsasən rayon mədəniyyət şöbələrinin ləğvindən sonra yeni yaradılan reqional mədəniyyət idarələri bu sahənin şəffaflığını, əhatəliliyini təmin etməklə yanaşı, milli-mənəvi dəyərlərin təbliğinə, digər mədəni qurumlarla əlaqələrin artırılmasına öz müsbət təsirini göstərmişdir. Ötən qısa müddət ərzində yeni struktur zamanın yeni tələblərinə cavab verən, müasirliyi və yeniliyi öz fəaliyyətində ehtiva edən bir qurum olduğunu sübut etmişdir. Respublikamızda həyata keçirilən dövlət mədəniyyət siyasəti regionlarda bu mühüm sahənin inkişafına yeni təkan vermişdir.

Yeni yaradılan mədəniyyət qurumlarından olan Ağstafa Regional Mədəniyyət İdarəsinin fəaliyyəti etiraf etmək lazımdır ki, ilk illər nəzərdə tutulduğu səviyyədə deyildi, öz funksiyasını əməli işləri ilə doğrulda bilmirdi. Bunun müxtəlif səbəbləri olsa da, ən başlıcası rəhbərliyin öz fəaliyyətini günün tələbləri səviyyəsində qura bilməməsi, dövlət tərəfindən qarşıya qoyulan vəzifələri yerinə yetirməməsi idi. Yeni dövr isə idarənin rəhbərliyindən müasirlik, yenilik, şəffaflıq, diqqət və qayğı tələb edirdi.

2019- cu ildə Ağstafa Regional Mədəniyyət İdarəsinə Vuqar Qədirovun təyin olunması ilə bu quruma yeni abu-hava gəldi. Mübağəli şəkildə olsa da deyə bilərik ki, sanki Ağstafa Regional Mədəniyyət İdarəsi bu bölgədə elə həmin vaxtdan yarandı. Zəngin tərcümeyi- hala malik, gənclik dövründən müxtəlif hökumət və qeyri hökumət təşkilatlarında çalışan, ictimai işlərin bütün sahələrində uğur qazanan, ətrafına minlərlə insanı toplayıb dövlətimiz və dövlətçiliyimiz üçün məqsədyönlü fəaliyyətlə məşğul olan V.Qədirov üçün belə bir məsuliyyətli işdə çalışmaq elə də çətin olmadı. Passiv bir qrumu tez bir zamanda aktiv fəaliyyətə cəlb etdi. Hər zaman yeni ideyaların, yeniliyin tərəfdarı olan V.Qədirov öz gəlişi ilə Ağstafa Regional Mədəniyyət idarəsinə yenilik və müasirlik gətirdi. O, qısa müddətdə bütün köhnə stereotipləri aradan qaldırdı, zamanın tələblərinə cavab verməyən iş prinsiplərini yeniləri ilə əvəz etdi. Ən başlıcası isə şəffaflığı təmin edərək bütün qaranlıq məsələlərə aydınlıq gətirdi. V. Qədirov müasir və çevik idarəetmə sistemi yaradaraq, diqqət və qayğı prinsipi ilə çalışmağa başladı. Görülən bu vacib işlərin və həyata keçirilən tədbirlərin nəticəsidir ki, qısa zaman kəsiyində mədəniyyət ocağı mehriban, böyük bir ailəyə çevrildi. Məhz idarə rəisinin iş prinsipi və təqdirəlayiq taktikası nəticəsində eyni sahədə çalışan və əvvəllər bir-birini tanımayan mədəniyyət işçiləri dostluq və əməkdaşlıq etdilər. Beləliklə, idarədə region əməkdaşları arasında mədəni mübadilənin gücləndirilməsinə, yeni təşəbbüslərə yol açılmış, yenilik və müasirlik təmin edilmişdir.

V.Qədirovun irəli sürdüyü təşəbbüslərdən biri də regional idarədə mətbuat katibliyi yaradılmasıdır. Katiblik elə ilk gündən yeni forma və sistemlə fəaliyyətə başlamışdır. Mətbuat katibliyi yalnız regional idarənin tədbir və toplantılarını yazıb yaymaqla deyil, hər üç rayonun əməkdaşlarını özündə birləşdirən vahid quruma çevrilmişdir. Müasirlik və yenilik mədəniyyət işçilərinin yalnız gənclərinə deyil, yaşlı nəslə də siraət etmişdir. Bunun nəticəsidir ki, idarənin bütün əməkdaşları sosial şəbəkələrdə öz səifələrini açmış, eyni zamanda əməkdaşlar böyük həvəslə vertual sahədə fəaliyyətə başlamışlar. Burada yaşlılar gənclərdən heç də geri qalmadılar. Bir sözlə, idarədə sağlam rəqabət yarandı. Əvvəlki illərdən fərqli olaraq mədəniyyət işçiləri mütəmadi tədbirlər, yaradıcılıq gecələri, poeziya axşamları, konfrans və toplantılar keçirdilər. Keçirilən tədbirlər yalnız həmin müəssisənin divarları arasında qalmadı, sosial şəbəkələrdə yayımlanaraq bütün ictimaiyyətə çatdırıldı. Bu əməkdaşları öz işlərinə daha məsuliyyətli və həvəslə çalışmağa sövq etmişdir. Belə sağlam rəqabət idarənin rəhbərliyinin qurduğu yeni iş prinsipindən, V.Qədirov diqqət və qayğısından, tələbkarlığından irəli gəlirdi. Ölkə mətbuatı ilə də sıx əməkdaşlıq edən mətbuat katibliyi məhz hər üç rayonun mədəniyyət işçilərinin sosial şəbəkələrdəki virtual dəstəyi ilə dövlətçilik siyasətinin təbliğındə, Nazirliyin keçirdiyi tədbirlərin ictimailəşməsində, Regional İdarənin irimiqyaslı tədbirlərinin ictimaiyyətə təqdimatı istiqamətində də öz töhfəsini verərək bu sahədə birincilər sırasına daxil edilmişdir. Etiraf etmək lazımdır ki, Reqional İdarənin bu məqsədyönlü fəaliyyəti V. Qədirovun təşəbbüs və ideyasının məhsuludur.

Regional İdarə öz gündəlik fəaliyyətini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin imzaladığı fərman və sərəncamlara uyğun olaraq günün tələbləri səviyyəsində qurmağa çalışırdı. Ölkə rəhbəri tərəfindən verilən hər bir qərarlarla idarənin əməkdaşları müntəzəm olaraq məlumatlandırılır, onlardan irəli gələn vəzifələr yerinə yetirilirdi. Bunun nəticəsidir ki, Ağstafa Regional Mədəniyyət İdarəsi respublikamızın digər mədəniyyət idarələri arasında daima fərqlənirdi.

İdarədə ilin əvvəlində tərtib olunmuş Tədbirlər Planına uyğun olaraq müxtəlif tədbirlər müəyyənləşdirilirdi. Dövlət bayramları, əlamətdar günlər və anım günləri ilə bağlı tədbirlər keçirilir, sərgilər təşkil olunurdu. Keçirilən mədəni-kütləvi tədbirlər maraqlı olması və mühüm əhəmiyyət kəsb etməsi ilə tədbir iştirakçılarının marağına səbəb olurdu. Yadda qalan tədbirlərdən biri də YUNESKO – nun Ümumdünya İrs Komitəsinin 43- cü sesiyası çərçivəsində Ağstafa Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Qazax rayonu ərazisində yerləşən Avey Dövlət Qoruğunun Damcılı Bulaq və Göyəzən dağı filiallarında möhtəşəm festivalın keçirilməsi oldu. Yerli İcra Hakimiyyəti Aparatının məsul işçilərinin, idarə və müəssisə rəhbərlərinin, içtimaiyyət nümayəndələrinin, mədəniyyət işçilərinin iştirakı ilə keçirilən festivalda milli- mənəvi dəyərlərimizi özündə əks etdirən sərgi, milli musiqi alətlərimiz, milli geyimlərimiz, milli mətbəximiz numayiş olunmuşdur. Analoqu olmayan bu tədbir yaddaşlarda dərin iz buraxmışdır.

Müasir tələblər səviyyəsində fəaliyyət göstərən Ağstafa Regional Mədəniyyət İdarəsində ən vacib məsələlərdən biri də vətəndaş amilinin ön plana çəkilməsi olmuşdur. Vətəndaş amilinin ən bariz göstəricisi vətəndaşların idarə rəhbərliyi tərəfindən qəbul olunması, qaldırılan məsələlərin diqqətlə dinlənilməsi və onun qısa müddətdə həll olunması idi. Regional İdarənin rəisinə müraciət edən hər bir vətəndaş mütəmadi olaraq qəbul edilir, qaldırılan məsələlərə dərhal münasibət bildirilirdi. Ölkə başçısının vətəndaş amili ilə bağlı verdiyi tapşırığa bütün ciddiyyəti ilə əməl olunurdu. V.Qədirov insanları diqqətlə dinləyir, onların qaldırdıqları məsələlərə həssaslıqla yanaşaraq mövcud problemləri həll edirdi. Hətta problemlərini , dərdini, fikrini sərbəst söyləyə bilməsi üçün idarə rəisi hər bir mədəniyyət işçisinə ona birbaşa zəng etməyə, sosial şəbəkələr vasitəsilə çəkinmədən yazmağa şərait yaratmışdır. İdarə rəisinin belə bir humanist addımı mədəniyyət işçiləri tərəfindən razılıqla qarşılanmışdır. Bu səbəbdəndir ki, hər bir mədəniyyət işçisi hər hansı bir problemlə bağlı idarə rəisinə müraciət etməkdən çəkinmirdi. Onu da qeyd etmək lazımdır ki, V. Qədirov ailə vəziyyəti çətin, səhətində problem olan, müalicəyə ehtiyacı olan mədəniyyət işçilərini daim diqqət və nəzərində saxlayaraq onlara maddi və mənəvi dəstək olurdu.

V. Qədirovun mehriban xarakteri, xoş rəftarı yaşından və vəzifəsindən asılı olmayaraq hər bir mədəniyyət işçisinin qəlbində ona qarşı xüsusi rəğbət, səmimi hörmət və simpatiya yaratmışdır. V.Qədirovun ən gözəl xüsusiyyətlərindən bir də tabeçiliyində olan əməkdaşlara Regional Mədəniyyət İdarənin rəisi kimi deyil, öz həmkarı kimi yanaşması idi. Bu da onun yüksək insanı keyfiyyətə malik, sadə və səmimi insan olmasından irəli gəlir.
V.Qədirovun gənc olması, humanist qərarları , səmimi davranışı və sadəliyi gənclərə göstərdiyi diqqət və qayğı onlara gələcəyə böyük ümid və inamla baxmağa stimul verirdi. Onu da qeyd etmək lazımdır ki, V. Qədirovun sayəsində əvvəllər müraciətləri kağız üzərində qalmış, biganəliklə qarşılanmış bir sira gənclər təmənnasız olaraq işlə təmin olunmuşdur. Bu gənclər Regional İdarədə və onun tabeçiliyində olan müəssisələrdə böyük həvəs və ruh yüksəkliyi ilə müxtəlif vəzifələrdə çalışırlar. Gənclərin irəli çəkilərək işlə təmin olunması, onların potensiallarının üzə çıxarılmasına köməklik göstərilməsi, regional idarənin əhatə etdiyi rayonlarda yalnız mədəniyyət sahəsində deyil, gənclərin hərbi vətənpərvərlik ruhunun tərbiyəsi istiqamətində müəyyən ideoloji işlərin aparılması da V. Qədirovun Azərbaycan mədəniyyətinə və dövlətçiliyə xidmətin bariz nümunəsidir.

V. Qədirov vətənpərvərlik mövzusuna sevgi və həssaslıqla yanaşır. Bunu anlamaq heç də çətin deyil. Vətəni, doğulub, boya- başa çatdığı Azərbaycanın dilbər güşəsi olan Laçın rayonu düşmən tərəfindən işğala məruz qalmışdır. Sinəsi Vətən dağlı, Yurd həsrətli V. Qədirov doğma Laçında həyata keçirə bilmədiyi məqsədyönlü işləri Azərbaycanın sərhəd rayonunda reallaşdırmağa çalışırdı. Sanki bununla qəlbində azacıq da olsa rahatlıq tapırdı. V. Qədirovun təşəbbüsü ilə sərhəd bölgələrində müntəzəm olaraq əsgərlərlə görüşlər keçirilir, hərbi hissələrdə konsert proqramları təşkil olunurdu. Tədqiqəlayiq, yadda qalan tədbirlərdən biri də regionun bir qrup müharibə veteranları, qaziləri, ziyalıları və mədəniyyət işçilərinın iştirakı ilə “Keşikçidağ” Dövlət Tarix- Mədəniyyət Qoruğuna ziyarətin təşkil olunması, Azərbaycan bayrağının “İlham zirvəsi” ində dalğalandırılması və ucaldılması oldu. Şəhid ailələrini ziyarət etmək, müharibə veteranı və əlillərlə görüşlərin keçirilməsi, problemlərinin öyrənilməsi və həlli üçün çalışmaq reqional idarədə artıq ənənə halına çevrilmişdir.

Müasirliyin tələblərindən olan könüllülük fəaliyyəti ilə bağlı idarədə müəyyən işlər görülmüşdür. Bu məqsədlə tədbirlər planı hazırlanmış, iş qrafiki tərtib olunmuş, fəaliyyət xəritəsi müəyyənləşdirilmişdir. İdarənin gənc əməkdaşlarından ibarət olan könüllülər bir çox tədbirlər həyata keçirdirdilər.
Hamıya məlumdur ki, dünyanı cənginə alan koronavirus cəmiyyətimizdə əsas müzakirə mövzusuna çevrilib. Bu bəşəri bəla ilə mübarizə məqsədilə dövlət tərəfindən müvafiq addımlar atılır. Ağstafa Regional Mədəniyyət İdarəsi bu işlərdə də geridə qalmadı. Möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən başladılan könüllü təşəbbüslərə İdarənin bütün əməkdaşları, mədəniyyət işçiləri qoşularaq əllərindən gələni əsirgəmədi. Koronavirusla Mübarizəyə Dəstək Fonduna könüllü olaraq imkan daxilində müəyyən məbləğdə ianə etdi. O cümlədən imkansız, aztəminatlı, tənha və yaşlı insanlara mütəmadi olaraq ərzaq yardımı ilə kömək göstərdi. Bu xeyirhaq işlərin həyata keçirilməsi də V. Qədirovun təşəbbüs idi.
Koronavirus infeksiyasına qarşı mübarizədə məlumdur ki, idarə və müəssisələrin fəaliyyəti müvəqqəti olaraq dayandırıldi. Ağstafa Regional Mədəniyyət idarəsi bu dönəmdə də ruhdan düşmədi və fəaliyyətini onlayn sistemlə davam etdirirdi. Videokonfrans, zoom proqramı vasitəsilə toplantılar, ədəbi-bədii tədbirlər keçirilirdi. Onlayn müşavirələrdə idarə rəisi tərəfindən aidiyyatı məsul şəxslərə tövsiyə və tapşırıqlar verilirdi. Bundan əlavə karantin günlərində əhalinin səmərəli istirahətini təmin etmək məqsədilə Musiqi Məktəblərinin müəllim və şagirdləri tərəfindən səsləndirilən rəngarəng mahnılar, maraqlı ifalar dinləyicilərin marağına səbəb olaraq, razılıqla qarşılanırdı.

Yuxarıda qeyd olunanlar Regional İdarənin həyata keçirdiyi məqsədyönlü tədbirlərin bir hissəsidir. Bəli Reqional İdarə öz üzərinə düşən məsuliyyəti yaxşı hiss edir və işlərini günün tələbləri səviyyəsində qurmağa çalışırdı.

Danılmaz faktdır ki, Ağstafa Regional Mədəniyyət İdarəsinin keçmiş rəisi V. Qədirov öz fəaliyyəti ilə respublikamızın qərb bölgəsinə bir yenilik, müasirlik və dinamizm gətirmişdir. Milli-mənəvi dəyərlərimizin mühafizəçisi və gələcək nəsillərə ötürücüsü olan Regional İdarə V. Qədirovun sayəsində sözün əsl mənasında milli-mənəvi dəyərlərimizi özündə yaşadaraq idarəetmə nümunəsi göstərmişdir.

Vüqar Qədirova Azərbaycanın inkişafı naminə çətin, şərəfli və yorulmaz fəaliyyətində daha böyük uğurlar və müvəffəqiyyətlər arzu edirik. İnanırıq və əminik ki, Vüqar Qədirov ölkəmizin ictimai – siyası həyatında həmişə olduğu kimi, güclü bir politoloq kimi var qüvvəsi ilə fəaliyyət göstərəcək, Azərbaycanın tərəqqisinə öz töhvəsini verəcəkdir.

Xuraman Yusif




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:43 HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİDİR May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az