t s

» » “Bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir” - Deputat

“Bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir” - Deputat

12-01-2021, 09:10 Yazar:  Samir Baxılıb: 35 Çap et
“Bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir” - Deputat
"Üçtərəfli bəyanat Azərbaycanın milli maraqları baxımından növbəti uğurlu addımdır".

Mediaxeberleri.az
xəbər verir ki, bunu Milli Məclisin deputatı Azay Quliyev Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Moskva görüşünü şərh edərkən deyib.

"Bu gün, yanvarın 11-də Moskvada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Rusiyanın Prezidenti cənab Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında imzalanan üçtərəfli bəyanat Azərbaycanın milli maraqlarına, taktiki və strateji hədəflərinə tam cavab verir.

Belə ki, bu bəyanat bütövlükdə regionda iqtisadi, ticari və nəqliyyat əlaqələrinin bərpasına həsr olunub və bunun üçün konkret və işlək mexanizmi özündə əks etdirir. Bu tarixi məsələnin effektiv həlli üçün hər üç ölkənin Baş nazirinin müavinləri səviyyəsində birgə İşçi Qrupu yaradılır və İşçi Qrupuna bu ilin martın 1-nə kimi avtomobil, dəmiryolu xəttlərinin açılması və müxtəlif iqtisadi layihələrin icrası ilə bağlı konkret təkliflər hazırlayıb təqdim etmək tapşırılır. Bu isə o deməkdir ki, 11 yanvar bəyanatı noyabrın 10-da imzalanmış sənədin 9-cu maddəsinin icrası üçün konkret mexanizm və vaxt çərçivəsi müəyyən edir ki, bu da çox önəmli nəticədir".

Azay Quliyev regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasının ölkəmiz üçün böyük əhəmiyyət daşıdığını bilirib:

"Hamıya məlumdur ki, Vətən müharibəsində əldə etdiyimiz şanlı qələbədən, ərazi bütövlüyümüzü və beynəlxalq səviyyədə tanınan sərhədlərimizi bərpa etdikdən sonra regionda kommunikasiyaların açılmasında, iqtisadi və ticari əlaqələrin bərpa olunmasında ən çox maraqlı olan Azərbaycandır.

Çünki:

1) 30 il blokada vəziyyətində olan Naxçıvanla birbaşa avtomobil və dəmiryolu əlaqəsi yaranır ki, bu da Muxtar Respublikanın inkişafı, gediş-gəlişin asanlaşdılrılması, nəqliyyata çəkilən xərclərin kifayət qədər azaldılması və bütövlükdə Azərbaycanın anklav bölgəsi ilə bütövləşməsi deməkdir.

2) Azərbaycanla Naxçıvan arasında iqtisadi və nəqliyyat dəhlizinin işə düşməsi Türkiyə ilə quru əlaqələrimizin yaranması deməkdir ki, nəticədə Türkiyənin Azərbaycan üzərindən türk dünyasına asan çıxışı təmin edilir və bu coğrafiya ilə birbaşa bağlantı əldə olunur.

3) Azərbaycan İpək yolu marşurutu üzrə ikinci alternativ dəhliz qazanır. Bu dəhliz yüklərin daşınması baxımından ölkəmizin Gürcüstandan asılılığına son qoyur və daha qısa yol olduğundan nəqliyyat xərclərini azaldır və beynəlxalq bazarda rəqabət aparmaq imkanımızı xeyli yaxşılaşdırır.

4) Daqlıq Qarabağın Azərbaycana inteqrasiya prosesini sürətləndirir, bu mövzuda ölkəmizə qarşı ola biləcək mümkün təzyiqləri neytrallaşdırır və beynəlxalq aləmdə siyasi mövqeyimizi daha da gücləndirir.

5) Qalib tərəf kimi Ermənistanla gələcək sülh sazişinin milli maraqlarımıza uyğun şəkildə hazırlanması və imzalanması, xüsusilə, Cənubi Qafqazda təhlükəsziliyin və əməkdaşlığın təminatı üçün önəmli imkanlar yaradır".




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:41 Prezidentə yazırlar: Xalqımıza yorulmadan göstərdiyiniz misilsiz xidmətlərə görə Sizə minnətdarıq Azərbaycan Prezidenti İlham Əliyevə vətəndaşlardan minnətdarlıq məktubları gəlməkdə davam edir. Həmin məktubların daha bir qismini təqdim edirik: Xarkov vilayətində fəaliyyət göstərən “Dostluq” Azərbaycan-Ukrayna Dostluğu Cəmiyyətinin sədri, Xarkov Milli Radioelektronika Universitetinin
11:43 Büdcə təşkilatları ilə bağlı yeni qayda təsdiqləndi - QƏRAR Nazirlər Kabineti “Azərbaycan Respublikasında büdcə təşkilatlarının sektor strateji planlarının hazırlanması Qaydası”nı təsdiq edib. Mediaxeberleri.az xəbər verir ki, qaydalara əsasən, büdcə təşkilatlarının strateji planı dedikdə, onların qısa və ortamüddətli dövrdə hədəflərini və həmin hədəflərin
11:00 Siqaret tüstüsündə boğulan şəhər... Deputat: “Bizi zəhərləyənləri çərçivəyə almağı bacarmalıyıq...” Ölkəmizdə istənilən kafe və restoranlarda, avtobus dayanacaqlarında, bir sözlə, insanların sıx olduğu ictimai yerlərdə siqaret çəkilir. Bu da siqaret çəkənlərin siqaret çəkməyən insanları zəhərləməsi deməkdir. Hətta ictimai nəqliyyatda
11:30 Siqaret qaçmaqmalçılığının arxasındakı general - Ehtiram Xəlilov Aksiz Baş Gömrük İdarəsinin işçiləri qaçaqmal yolu ilə aksiz nişanı olmayan malları, siqaret və spirtli içkiləri alver məntəqələrinə dağıdırlar. Son zamanlar Bakıda, Sumyqayıtda, Gəncədə və Azərbaycanın digər şəhərlərində üzərində aksiz nişanı olmayan siqaretlərin satışı kütləvi xarakter almağa
16:34 Bunu heç vaxt görməmişdiz - ŞOK FOTO Oxuyucularımızdan biri bizim mail adresimizə maraqlı bir foto göndərib . Şəkildə gördüyünüz yuyulmağa qoyulan otaq pərdəsidir . Siqaret çəkilən otaqda pərdə yuyularkən bu hallara düşür. Siqaretin insan orqanizimnə vurduğu fəsadlar görün indi nə qədər böyükdür.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az