t s

» » Qazaxda Vətən Müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib - FOTO

Qazaxda Vətən Müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib - FOTO

10-01-2021, 17:00 Yazar:  Samir Baxılıb: 82 Çap et
Qazaxda Vətən Müharibəsində şəhid və qazi olmuş bir qrup hərbçinin ailəsi ziyarət edilib - FOTO
Milli Məclisin deputatı Səməd Seyidov və Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Vətən müharibəsi şəhidlərinin ailələrini ziyarət ediblər

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Müzəffər Azərbaycan Ordusu yola saldığımız 2020-ci ilin 27 sentyabrından başlayan İkinci Qarabağ müharibəsində əsl qəhrəmanlıq nümunəsi göstərərək 44 gün ərzində erməni hərbi birləşmələrini işğal etdikləri torpaqlardan qovub çıxardı. Təxminən 30 il işğal altında olan torpaqlarımızı cəmi 44 gün ərzində düşməndən azad etdi və soydaşlarımızın yurd həsrətinə son qoyuldu. Torpaqlarımızın ərazi bütövlüyünün bərpası uğrunda aparılan Vətən müharibəsində respublikamızın hər yerindən olduğu kimi, Qazax rayonu da şəhid verdi. Qazaxın igid, mərd, cəsur oğulları “Qarabağ Azərbaycandır!” deyərək başladığımız haqq savaşında, tarixi ədalətin bərpa olunmasında son damla qanlarına kimi vuruşaraq torpaq uğrunda canlarından keçdilər. Ən uca məqama – Şəhidlik zirvəsinə yüksəldilər.

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ müharibəsinin qazaxlı şəhidlərinin ailələrini ziyarət ediblər.
Vətən müharibəsinin şəhidləri gizir Abdullayev Sərxan Elxan oğlunun, gizir Orucov Elvin Rövşən oğlunun, əsgər Hüseynov İlqar Yaşar oğlunun, tibb xidməti leytenantı Əfəndiyev Adil Qədir oğlunun, kapitan İsmayılov İmamverdi Yoloğlu oğlunun, əsgər Məmmədov Tural Elxan oğlunun, gizir İsmayılov Tahir Niyazi oğlunun, əsgər Qasımov Oruc Afiq oğlunun, çavuş Veyisli Xaliddin Zərgər oğlunun, gizir Məmmədov Turan Nadir oğlunun, kiçik gizir Namazov Elcan Hidayət oğlunun ailələrinə baş çəkib, qayğıları ilə maraqlanıblar.

Şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad olunub. Qəhrəman şəhidlərimizin ata və analarına, ailələrinə bir daha başsağlığı verilib, şəhidlərimizin hər zaman qəlbimizdə yaşayacaqları bildirilib.

“Hər bir şəhid ailəsi mənim üçün doğmadır, əzizdir”, - deyən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov şəhidlərimizin ailələrinin dərdinə hər zaman şərik olduğunu və bundan sonra da belə olacağını qeyd edib. “Ölkə Prezidenti şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin, onların ailələrinin qarşısında baş əyirsə, qayğı göstərirsə, ölkə rəhbərinin bu qayğısı hər birimiz üçün örnəkdir, eyni zamanda da vəzifə borcumuzdur”, - deyən icra başçısı onlara göstərilən diqqətin, qayğının bundan sonra da olduğu kimi davam etdiriləcəyini bildirib. Rayon rəhbəri bugünkü tarixi Qələbəmizə, Zəfərimizə görə Ali Baş Komandanın rəhbərliyi altında hərb tariximizdə yeni salnamə yazan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bir daha dilə gətirib.
Milli Məclisin deputatı Səməd Seyidov şəhidlərimizin ailələrinə başsağlığı verərək bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini bildirib. Vətənpərvər oğullar böyüdən ata və analara minnətdarlığını çatdırıb. Şəhidlərimizin qəhrəmanlığı sayəsində 30 illik həsrətdən sonra düşmən tapdağında olan torpaqlarımızın azad olunduğunu, Vətən uğrunda canından keçən bütün şəhidlərimizin Azərbaycan xalqının qəlbində əbədi yaşayacağını qeyd edib. Torpaq uğrunda şəhid olan Vətən oğullarının hər birimizin övladı olduğunu diqqətə çatdırıb. Şəhidlik adlı uca zirvəyə yüksələrək tarix yazan oğullarımızı yaşatmağın, ailələrinə qayğı göstərməyin hər birimizin borcu və ən ümdə işi olduğunu bildirib. Bugünkü şanlı Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu, bu cür oğulları olan Azərbaycanla hər birimizin fəxr etdiyini söyləyib. Ziyalı olaraq, vətəndaş olaraq hər zaman şəhid ailələrinin yanında olduğunu və bundan sonra da olacağını dilə gətirib.

“Şəhid ailəsi üçün diqqət və qayğı lazımdır ki, onu da dövlətimiz tərəfindən hər zaman hiss edirik”, - deyən şəhid ailələri onlara göstərilən qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının döyüş meydanında göstərdikləri igidliklərinin ölkə rəhbəri tərəfindən yüksək qiymətləndirilərək orden və medallara layiq görülməsini razılıq hissi ilə qarşılayıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az