t s

» » Qarabağ qazisi, Lerik rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən ŞİKAYƏTÇİDİR

Qarabağ qazisi, Lerik rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən ŞİKAYƏTÇİDİR

10-01-2021, 16:53 Yazar:  Samir Baxılıb: 81 Çap et
Qarabağ qazisi, Lerik rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən ŞİKAYƏTÇİDİR
Lerik rayon sakini Qarabağ qazisi, rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən şikayətlənir.

Qazinin şikayətinə heç bir şərh vermədən yanlışlıkları redaktə etməklə təqdim edirik.

“Dövlətə xəyanət;
Salam Qarabağ qazisiyəm. 1992-ci ildə Fizulidə iki dəfə yaralanmışam. Həyat yoldaşım 2008-ci ildən məşqulluq mərkəzində işsiz kimi qeydiyatda idi. Nəhayət 2018-ci ildə Lerik rayonunda 2 saylı körpələr evinin açılışı oldu.

Yoldaşım əvvəlcə dayə-xadimə işləyirdi. Sonra boş yer olduğundan paltaryuyan işi ilə əvəz olundu. Öz xahişimizlə körpələr evi ləğv edilmiş baxçalar hesabına fəaliyyət göstərdiyindən əmək haqqı 75 ödənilirdi. 2020-ci ildə körpələr evinin yeni ştatları gəldi, bir çoxları rüşvət verib akladlarını tam etdilər mənə isə demədilər. Çunki banka borcum çox idi, kredit verməzdilər.

İşi alanda qardaşım öz adına 1000 manat götürmüşdü. Ona görə də həmin 0.25- i satdılar. Lerik rayon İcra Hakimiyyətində şöbə müdiri işləyən, Ermənistanda qondarma soyqırım abidəsini ziyarət edib, erməni bayrağını öpən məmura dəstək olaraq, onun əmisi qızına. Həyat yoldaşı da İcra Hakimiyyətində şöbə müdiri işləyir. Lerik rayon İcra Hakimiyyətində rüşvət yığmaqla bir çox Lerikli məmurlar var ki, onlar dövlətimizə, Prezidentə yalan məlumatlar verir. 2020 – ci ilin yanvarından dəfələrlə şikayət etsəm də xeyri yoxdu.

Kül olsun o, məmurun başına ki, qazinin 50 manatında gözu var.

Ən çox mənə təsir edən isə qazinin pulunu kəsib erməni bayrağını öpən məmurun qohumuna iş yeri yaratmaqdı. Bu bütün şəhid ailələri qazilərə dövlətimizə təhqirdi. Lerik rayonunda xalqı heç kim düşünmür, iş yeri olanda ilk növbədə məmurlar öz qız-gəlinlərini, qohumlarını yerləşdirir ki, rüşvət verəndə səsləri çıxmasın.“Yeni Gündəm”

Hörmətlə Lerik rayon sakini Qarabağ qazisi Məmmədov Üzeyir Cavanşir oglu

Qarabağ qazisi, Lerik rayon İcra Hakimiyyətindən və məsul şəxlərindən ŞİKAYƏTÇİDİR




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
20:17 Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi Ağstafada şəhid ailələri, Qarabağ müharibəsi əlilləri və Çernobıl əlilləri ilə birlikdə Novruz bayramı keçirildi. Mediaxeberleri.az xəbər verir ki, 19 Mart 2019-ci il tarixində Novruz bayramı ilə bağlı Ağstafa rayon İcra hakimiyyətinin və Ağstafa Aqroparkın təçkilatçılığı ilə rayonun Qarabağ
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
21:10 Ən əski türk soylarından biri – KOLANILAR Kolanılar ən əski türk boylarından biridir. Çox geniş ərazidə yayılmışlar. Bu gün təkcə quzey Azərbaycanda deyil, eləcə də güney Azərbaycanda, İraqda, Misirdə, Suriyada, Əfqanıstanda, Özbəkistanda, Türkiyədə, hətta Almaniyada və digər ölkələrdə ümumilikdə 100 minlərlə kolanı türkü yaşamaqdadır.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az