t s

» » Millət vəkili və İcra başçısı Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb

Millət vəkili və İcra başçısı Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb

10-01-2021, 00:09 Yazar:  Samir Baxılıb: 205 Çap et
Millət vəkili və İcra başçısı Vətən müharibəsi şəhidlərinin ailələri ilə görüşüb
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu ötən ilin 27 sentyabrında başlayan və cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı düşməni diz çökdürdü, torpaqlarımızı işğalçılardan təmizlədi, ərazi bütövlüyümüzü bərpa etdi. 44 günlük haqq savaşında tarixi ədalət bərpa olundu. 30 illik Vətən həsrətinə son qoyularaq torpaqlarımız işğaldan, əsirlikdən azad edildi. Qazandığımız böyük Qələbə ilə bütün dünya Azərbaycan dövlətinin və ordusunun gücünü gördü. Cənab Prezident İlham Əliyevin "Qarabağ Azərbaycandır və nida işarəsi” devizini 44 günün ərzində reallığa çevirən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, igid Vətən oğulları bunu döyüş meydanında göstərdikləri şücaətlə də bir daha sübut etdilər.

"Qarabağ Azərbaycandır!” şüarını əldə rəhbər tutan Qazaxın igid, mərd, cəsur oğulları da torpaqlarımızın ərazi bütövlüyünün bərpa olunması uğrunda aparılan Vətən müharibəsində əsl qəhrəmanlıq göstərərək Şəhidlik zirvəsinə ucalmaqdan bir an belə çəkinmədilər. Vətən müharibəsinin, İkinci Qarabağ müharibəsinin şəhidi olaraq adlarını əbədi olaraq tarixə yazdılar. Tarixi ədalətin bərpa olunması üçün son damla qanlarına kimi vuruşaraq torpaq uğrunda candan keçməyin, Şəhidlik zirvəsinə yüksəlməyin uca bir məqam olduğunu bizlərə bir daha sübut etdilər. Bu gün hər birimiz ölkə vətəndaşı olaraq igid Vətən oğullarının xatirəsini əziz tutmağı, onların ailələrinə qayğı göstərməyi, sahib çıxmağı özümüzə borc bilməli, bu yolda üzərimizə düşən işin öhdəsindən layiqincə gəlməyə çalışmalıyıq.

Bu gün Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri, millət vəkili Səməd Seyidov Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovla birlikdə İkinci Qarabağ müharibəsinin qazaxlı şəhidlərinin ailələri ilə görüşüb, onların qayğılarını dinləyiblər.

Fərəhli, Alpout, Ürkməzli kəndlərindən olan Vətən müharibəsinin şəhidləri kiçik çavuş Məmmədov Əhməd Nazim oğlunun, leytenant Məmmədov Məhəmməd Zakir oğlunun, gizir Şükürov İlkin Aslan oğlunun, gizir Nağıyev Anar Sahib oğlunun, çavuş Pənahov Elməddin Məqsəd oğlunun, şəhid Kərimov Kamil Ələddin oğlunun ailələrini ziyarət ediblər.

Vətən uğrunda canlarını qurban edən şəhidlərimizin ruhuna dualar oxunub, əziz xatirələri dərin ehtiramla yad edilib. Şəhidlərimizin ailələrinə, yaxınlarına, valideynlərinə bir daha başsağlığı verilib, Vətən uğrunda canlarını fəda edən bütün şəhidlərimizin hər zaman qəlbimizdə əbədi yaşayacağı qeyd edilib.

Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov bu gün xalq olaraq fəxrlə, qürurla səsləndirdiyimiz şanlı Qələbəmizə, Zəfərimizə görə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında hərb tariximizə yeni salnamə yazan Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, qanları ilə tarix yazan şəhidlərimizə bir ömür boyu minnətdar və borclu olduğumuzu bildirib. Cənab Prezidentin şəhidlərimizin, yaralılarımızın, hərbçilərimizin ailələrinə göstərdiyi diqqət və qayğısının bu gün hər bir Azərbaycan vətəndaşı üçün nümunə olduğunu söyləyib. İcra başçısı hər zaman olduğu kimi, bundan sonra da şəhidlərimizin xatirəsinin əziz tutulacağını, onların ailələrinə göstərilən diqqətin, qayğının bundan sonra da davam etdiriləcəyini qeyd edib.

“Şəhidlərimiz bizim baş tacımız, qürur yerimizdir”, - deyən Milli Məclisin deputatı Səməd Seyidov bütün şəhidlərimizin ruhu qarşısında baş əydiyini söyləyib, ailələrinə başsağlığı verib. Torpaq uğrunda canından keçən vətənpərvər oğullar böyüdən ata və anaların hər birimizin fəxri olduğunu bildirib. Millət vəkili şəhidlərimizin əzmi, iradəsi, qəhrəmanlığı sayəsində 30 illik Vətən həsrətindən sonra tarixi Qələbə qazandığımızı və bu gün həmin qələbəyə görə igid oğullarımıza borclu olduğumuzu vurğulayıb. Millət vəkili qeyd edib ki, nə qədər Azərbaycan dövləti və xalqı var, illər keçsə də şəhidlərimizin qəhrəmanlığı heç vaxt yaddan çıxmayacaq. Qanları ilə tarix yazan oğullarımızın döyüş yolunun, həyatının, Vətən üçün göstərdikləri qəhrəmanlıqlarının gələcək nəsillər üçün bir məktəb olduğunu və dərindən öyrəniləcəyini, 30 illik Qarabağ həsrətinə 44 gündə son qoyan Vətən oğulları ilə hər kəsin fəxr edəcəyini qeyd edib. Bugünkü şanlı Zəfəri bizlərə bəxş edən Ali Baş Komandan İlham Əliyevə, Müzəffər Ordumuzun əsgər və zabitlərinə, hərbçilərimizə, torpaqlarımızı canları bahasına azad edən şəhidlərimizə minnətdar olduğumuzu bir daha qeyd edərək şəhidlərimizə Allahdan rəhmət, ailələrinə səbir diləyib.

Dövlətimiz tərəfindən şəhid ailələrinə göstərilən diqqət və qayğını yüksək qiymətləndirən ailələr həmin qayğıya görə ölkə Prezidenti İlham Əliyevə, Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını bildiriblər. Övladlarının döyüş meydanında göstərdikləri igidliklərini qiymətləndirərək orden və medallara layiq görən ölkə Prezidentinə təşəkkürlərini çatdırıblar.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:08 Prezident İlham Əliyev Silahlı Qüvvələrin bir qrup hərbi qulluqçusunu təltif edib - SİYAHI Prezident İlham Əliyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının təltif edilməsi haqqında Sərəncam imzalayıb. Mediaxeberleri.az xəbər verir ki, Sərəncamla Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi zamanı döyüş əməliyyatlarına yüksək peşəkarlıqla
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az