t s

» » Ağstafadakı dəhşətli qətllə bağlı Prokurorluqdan rəsmi AÇIQLAMA - YENİLƏNİB

Ağstafadakı dəhşətli qətllə bağlı Prokurorluqdan rəsmi AÇIQLAMA - YENİLƏNİB

9-01-2021, 19:02 Yazar:  Samir Baxılıb: 30 Çap et
Ağstafadakı dəhşətli qətllə bağlı Prokurorluqdan rəsmi AÇIQLAMA - YENİLƏNİB
Yanvarın 9-da saat 16 radələrində Ağstafa rayonunun Sadıxlı kəndində Taleh Süleymanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.

Ağstafa rayon prokurorluğundan verilən məlumata görə, cinayət prosessual qanunvericiliyinin tələblərinə əsasən, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər prosessual hərəkətlər yerinə yetirilmişdir.

Aparılmış araşdırmalarla zərərçəkmişin qaynı 1991-ci il təvəllüdlü Mustafayev Ramil Məmmədrahim oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Taleh Süleymanova odlu silahdan atəş açaraq qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Faktla bağlı Ağstafa rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmış, müvafiq ekspertizalar təyin edilmişdir.

Ramil Mustafayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

17:51

Ağstafa rayonunda odlu silahla qətl törədilib.

Report-un məlumatına görə, hadisə rayonun Sadıqlı kəndində qeydə alınıb.

Rayon sakini Taleh Süleymanov tüfənglə qətlə yetirilib.

Onun qayınatası Rəhim adlı şəxs tərəfindən şəxsi münasibətlər zəminində qətlə yetirildiyi ehtimal edilir.

Faktla bağlı araşdırma aparılır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

14:59 Azərbaycanda polisə zor tətbiq edildi - RƏSMİ 31 dekabr 2020-ci il tarixdə Ağstafa Rayon Polis Şöbəsinin əməkdaşına qarşı zor tətbiq olunması ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub. Ağstafa Rayon Prokurorluğundan verilən məlumata görə, araşdırmalarla Daxili İşlər Nazirliyinin 102 xidmətinə daxil olan müraciət əsasında
11:46 Bakıda şok: 49 yaşlı kişi məktəbli oğlana mağazada təcavüz etdi - TƏFƏRRÜAT Bakıda həmcinsinə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunan Lerik rayon sakini, 1972-ci il təvəllüdlü Əflatun Mehrəliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az-ın əldə etdiyi məlumata görə, Əflatun Mehrəliyev 13 oktyabr 2019-cu il tarixdə, saat 23
02:28 Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət Məclisi Katibliyinin heyəti elan olundu Bildiyimiz kimi Mühacirətdə Qərbi Azırbaycan (İrəvan) Respublikasının elan edilməsindən sonra ona daxil olan qurum və təşkilatların formalaşdırılması prosesi aparılır. MQA(İ)R-nın Təşkilat Komitəsinin bu gün keçirilmiş iclasında Mühacirətdə Qərbi Azərbaycan (İrəvan) Respublikası Millət
11:08 ATU-nun keçmiş əməkdaşı ölkə başçısına MÜRACİƏT ETDİ – “Fətullah Gülən universitetləri ilə əlaqəsi olan..." Azərbaycan Texnologiya Universitetinin kompüter mütəxəssisi Azər Allahverdiyev qarşılaşdığı problemlərlə bağlı ölkə başçısına müraciət edib. Onun müraciətini olduğu kimi dərc edirik: “Cənab Prezident İlham Əliyev! Dövlətimizin quruculuq işlərində apardığınız uğurlu siyasəti dəstəkləyir və Sizə
20:52 Şahidin cinayət təqibi orqanı tərəfindən ölkədən getmək hüququnun məhdudlaşdırılması hüquqidirmi?! Oxucularımızın diqqətinə "Azərbaycan vəkili" jurnalında işıq üzü görmüş vəkil Sadiq Əfəndiyevin hazırladığı maraqlı yazını təqdim edirik. Yazıda cinayət prosesində ölkədən getmək hüququnun məhdudlaşdırılmasının şahidə münasibətdə tətbiq edilməsinin hüquqi olub-olmaması və buradan doğan nəticələr,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az