t s

» » Arzu Rəhimovun adamı narazılıq yaradır - Ağdamda

Arzu Rəhimovun adamı narazılıq yaradır - Ağdamda

8-08-2015, 11:46 Yazar:  Aysel Baxılıb: 569 Çap et
Arzu Rəhimovun adamı narazılıq yaradır - AğdamdaHər kəsə bəllidir ki, bu gün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) bir sıra yerli şöbə və idarələrində ciddi neqativ hallar hökm sürür. Misal kimi, Seymur Qurbanovun rəisi olduğu SHXÇDX-nin Ağdam rayon şöbəsini göstərmək olar. Əldə etidyimiz bilgilərdə qeyd olunur ki, Seymur Qurbanovun ailəsi, eləcə də onun yaxınları Ayaz Mütəllibovun ən qatı tərəfdarlarından olublar və deyilənlərə görə, bu gün də belədir.

Bununla bağlı redaksiyamızı məlumatlandıran mənbə iddia edir ki, SHXÇDX-nin Ağdam rayon şöbəsinin rəisinin babası, odlu-alovlu Mütəllibov tərəfdarı kimi tanınan İbrahim Qurbanov hətta ümummilli lider, ulu öndər, mərhum prezident Heydər Əliyevə qarşı çıxan əsas fiqurlardan biri kimi tanınır: «Seymur Qurbanovun babası İbrahim Qurbanov Hacıqabul rayonunun katibi vəzifəsində çalışıb və geniş maliyyə imkanlarına sahib olub. O, həmçinin Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibovun yaxın dostlarından hesab olunur. Seymur Qurbanovun atası Pənah Qurbanov isə Şirvan Vergilər Departamentində məsul vəzifədə çalışıb. İbrahim Qurbanov hətta ümummilli lider Heydər Əliyevə qarşı çıxan əsas fiqurlardan biri kimi tanınır. Məhz elə bu səbəbdən də Seymur Qurbanovun bu gün Səfərbərlik Xidmətinin Ağdam rayon şöbəsinə rəhbərlik etməsi heç cür başadüşülən deyil. Onu da qeyd edim ki, Seymur Qurbanov Atdam rayonuna təyinat almazdan öncə Səfərbərlik Xidmətinin Hacıqabul rayon şöbəsinin rəisi vəzifəsində çalışıb. Məhz həmin dönəmlər o, işində kobud nöqsanlara yol verməsi səbəbindən Respublika Hərbi Prokurorluğunun, eləcə də Baş prokuror yanında Korrupsiyaya Qarşı Baş Mübarizəİdarəsinin siyahısına düşmüşdü. Çünki Seymur Qurbanov Hacıqabul rayonunda çalışarkən gəncləri həqiqi hərbi xidmətdən yayındırmaq üçün bir sıraəməllərə baş vurub. İndi isə o, eyni əməllərini Ağdam rayonunda təkrarlamaqdadır».

"Gündəlik Bakı" bildirir ki, SHXÇDX-nin Ağdam rayon şöbəsində hökm sürən acınacaqlı vəziyyətin göz önündə olduğunu vurğulayan məlumatlı şəxsin sözlərinə görə, Seymur Qurbanovun keçmişi, eyni zamanda xidməti tərcümeyi-halı ilə bağlı xeyli müəmmalı məqamlar mövcuddur: «O, çoxsaylı nöqsanlı əməlləri ilə əhalinin narazılığını qazanıb. Belə ki, Ağdam Hərbi Komissarlığının fəaliyyət göstərdiyi illərdə yerli əhali bu qurumun işindən razı idi. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti fəaliyyətə başlayandan sonra vəziyyət dəyişdi. Hər çağırış dövrü xidmətin Ağdam rayon şöbəsində sanki bazar açılır. Şöbə rəisi Seymur Qurbanov üzərinə düşən vəzifə və tapşırıqların öhdəsindən gələ bilmir. Ən böyük problem çağırışçıların tibbi müayinədən keçirilməsi ilə bağlıdır. Ağdam rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış şöbəsinin tərkibində fəaliyyət göstərən hərbi həkim komissiyasının sədri və üzvləri Seymur Qurbanovla əlbir olaraq hərbi xidmətdən yayınmaq istəyən gənclərin işini həll edirlər. Belə ki, həkimlər «niqodnıy» bilet almaq istəyən çağırışçıları saxta sənədlər əsasında xəstə çıxarıb hərbi xidmətə yararsız hesab edirlər. «Niqodnıy» hərbi biletin qiyməti çox bahadır. Bu sahədən əldə olunan gəlirin bir hissəsi şöbə rəisinə çatır. Seymur Qurbanov nə etsə də, məsuliyyətdən yaxasını kənara çəkə və deyə bilməz ki, bu işlərdən mənim xəbərim yoxdur. Çünki həkim komissiyasının çağırışçılar haqqında tərtib etdiyi sənədlərə yekunda şöbə rəisi möhür vurub imza çəkir. Bundan başqa, son dövrlər Ağdamda sağlamlığında müxtəlif qüsurlar olan çağırışçıların hərbi xidmətə yola salınması sanki adi hal alıb. Xəstə çağırışçıların valideynləri şöbə rəhbərinin qabağında göz yaşı tökür, buna baxmayaraq, Seymur Qurbanov yenə də öz bildiyini edir. Məhz bu səbəbdən də artıq onun barəsində müvafiq ölçü götürülməlidir».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:14 İtirilmiş hərbi bilet necə əvəzlənəcək? Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Kollegiyası “İtirilmiş hərbi biletlərin (ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqələrin) əvəzinə yenisinin verilməsi üçün müraciətin və sənədlərin qəbulu üzrə inzibati reqlament”i təsdiqləyib. APA-nın məlumatına görə, Səfərbərlik və
23:12 Çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini qabaqcadan öyrənə biləcəklər Prezident İlham Əliyevin sərəncamına əsasən, Azərbaycan Respublikası vətəndaşları iyulun 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaq və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması həyata keçiriləcək. Artıq çağırışçılar hansı hərbi hissəyə düşəcəklərini
22:55 Seymur Verdizadə Ermənistanla sərhəddən MÜRACİƏT ETDİ - VIDEO Jurnalist Araşdırmaları Mərkəzinin sədri, tanınmış qələm sahibi Seymur Verdizadə Türkiyəyə səfəri çərçivəsində Qars vilayəti ərazisində Türkiyə-Ermənistan sərhədinə gedib. Mediaxeberleri.az modern.az saytına istinadla xəbər verir ki, sosial şəbəkələrdə bu haqda məlumat verən S.Verdizadənin
00:07 Ağstafada “Şahin” hərbi idman növü üzrə növbəti rayon birinciliyi keçirildi Ağstafa rayonunda yeniyetmə və gənclərin hərbi vətənpərvərlik tərbiyəsi işinin yüksəldilməsi məqsədi ilə "Şahin" hərbi idman oyunu üzrə növbəti rayon birinciliyini keçirilmişdir. Yarış Ağstafa şəhər 2 saylı tam orta məktəbində keçirilmişdir. Yarışlarda rayonun 37 tam orta məktəbindən ümumilikdə
00:45 Gənc oğlan xalası qızını zorlamaq istədi Suraxanı rayonunda qonaq ev sahibinin azyaşlı qızını bıçaqlayıb. Mediaxeberleri.az xəbər verir ki, Zirə qəsəbəsində yaşayan 24 yaşlı Nəcəfov Seymur Məmməd oğlu Suraxanı rayonu Xanlar Ələkbərov küçəsində yaşayan xalasının evinə qonaq gəlib. 14 yaşlı xalası qızının evdə tək olduğunu görən Seymur

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az