t s

» » Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu

Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu

3-01-2021, 21:17 Yazar:  Samir Baxılıb: 57 Çap et
Teymur Rəcəbov erməni rəqibini məğlub edərək çempion oldu
Bu gün “Champions Chess Tour” çərçivəsində rapid üzrə onlayn keçirilən “Airthings Masters” turnirinin final mərhələsinin həlledici matçında qalib müəyyən olunub.

Mediaxeberleri.az
xəbər verir ki, final mərhələsinin ikinci matçında Azərbaycan şahmatçısı Teymur Rəcəbov erməni rəqibi Levon Aronyanla mübarizə aparıb.

Matç Azərbaycan təmsilçisinin qələbəsi ilə başa çatıb. Birinci matçda rəqibini 2,5:1,5 hesabla məğlub edən 33 yaşlı qrossmeyster bu dəfə də ona şans verməyib. İlk 2 partiyada heç-heçə edən Rəcəbov 3-cü dueldə Aronyan üzərində qələbə qazanaraq, turnirin qalibi və 60 000 ABŞ dolları məbləğində mükafatın sahibi olub.

Qeyd edək ki, Teymur Rəcəbov Airthings Masters" turnirinin dörddəbir finalında Rusiya təmsilçisi Yan Nepomnyaşini, yarımfinalda bu ölkənin digər şahmatçısı Daniil Dubovu məğlub edib.

Yarışın ümumi mükafat fondu 200 min ABŞ dollarıdır. (Report)




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:09 Aronyan Teymur Rəcəbova məğlub olmasından danışdı: “Çox məyusam“ “Matç ağır oldu”. Mediaxeberleri.az xəbər verir ki, bunu Azərbaycan şahmatçısı Teymur Rəcəbov deyib. Təcrübəli qrossmeyster onlayn blits şahmat üzrə “Airthings Masters” turnirinin final qarşılaşmasının Ermənistan təmsilçisi Levon Aronyanla ilk matçı haqda fikirlərini açıqlayıb. 2,5:1,5 hesabı ilə
16:00 “Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra... Azərbaycanda dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilən infrastruktur layihələri arasında dəmiryollarının yenidən qurulması, yeni xətlərin çəkilməsi son illərdə önəmli yer tutmağa başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
08:14 “Grand Chess Tour 2019”: Şəhriyar Məmmədyarov rapid yarışlarını 8-ci pillədə başa vurub İyulun 29-da Parisdə "Grand Chess Tour 2019" seriyasının üçüncü mərhələsinin rapid yarışlarının son üç turu keçirilib. Mediaxeberleri.az xəbər verir ki, ölkəmizi nüfuzlu turnirdə təmsil edən Şəhriyar Məmmədyarov yeddinci turda hindistanlı Vişvanatan Ananda qalib gəlsə də, sonrakı iki turda
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az