t s

» » Teymur Rəcəbov “Armageddon”la yarımfinala çıxdı

Teymur Rəcəbov “Armageddon”la yarımfinala çıxdı

31-12-2020, 09:37 Yazar:  Samir Baxılıb: 60 Çap et
Teymur Rəcəbov “Armageddon”la yarımfinala çıxdı
Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin 1/4 final mərhələsi davam edir.

Bu gün mərhələnin ikinci matçları keçirilib.

Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb.

Şahmatçılar arasında ilk matçda olduğu kimi, ikinci matçda da 4 oyunun hamısı heç-heçə başa çatıb – 2:2.

Hesab bərabər olduğundan şahmatçılar blitsdə zəkalarını yoxlayıblar. İki oyundan ibarət növbəti mübarizədə də qrossmeysterlər “sülh” bağlayıblar – 1:1.

Qalibi müəyyənləşdirmək üçün “Armageddon” oynanılıb. Rəcəbov qara fiqurlarla heç-heçə etdiyindən yarımfinala yüksəlib.

O, bu mərhələdə norveçli dünya çempionu Maqnus Karlseni yarışdan kənarlaşdıran rusiyalı Danil Dubovla oynayacaq. Şahmatçılar finala vəsiqə üçün 2 gün – dekabrın 31-də və yanvarın 1-də qarşılaşacaqlar.

Digər yarımfinal cütündə isə Levon Aronyanla (Ermənistan) Maksim Vaşye-Laqrav (Fransa) mübarizə aparacaq.

Qeyd edək ki, turnir 2021-ci il yanvarın 3-də yekunlaşacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:32 Teymur Rəcəbov beynəlxalq turnirin 1/4 final mərhələsinin ilk matçında heç-heçə etdi Onlayn formada keçirilən blits şahmat üzrə “Airthings Masters” turnirinin 1/4 final mərhələsi start götürüb. Bu gün mərhələnin ilk matçları keçirilib. Yarışda iştirak edən azərbaycanlı qrossmeyster Teymur Rəcəbov 1/4 finalda rusiyalı Yan Nepomnyaşi ilə qarşılaşıb. Şahmatçılar arasında ilk matçda
07:52 Teymur Rəcəbov "play-off"a vəsiqə qazandı Şahmat üzrə "Skilling Open" turnirində üçüncü oyun gününə yekun vurulub. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan təmsilçisi Teymur Rəcəbov turnirdə daha 5 görüş keçirib. 33 yaşlı qrossmeyster XI turda ağ fiqurlarla rusiyalı Sergey Karyakini məğlub edib. Növbəti 4 görüşünü heç-heçə ilə başa
13:43 Teymur Rəcəbov bu gün Aronyanla qarşılaşa bilər Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun yarışdığı Millətlər Kuboku onlayn şahmat turnirində bu gün V və VI turun görüşləri keçiriləcək. Mediaxeberleri.az xəbər verir ki, Teymurun tərkibində olduğu “Dünyanın Qalan Hissəsi” yığması bu gün əvvəlcə Avropa komandası, daha sonra Çin millisi ilə
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
12:36 Bakı 2015: Sambo yarışları başladı - YENİLƏNİB İdmançımız ermənini məğlub edərək finala yüksəlib. Mediaxeberleri.az xəbər verir ki, +100 kq çəki dərəcəsində Vasif Səfərbəyov 1/4 finalda makedoniyalı Bayro Maşoviçlə üz-üzə gəlib. O, rəqibinə qalib gəlib və yarımfinala yüksəlib. Daha sonra o yarımfinalda erməni əsilli ukraynalı Razmik Tonoyanla

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az