t s

» » Nüsrət Kəsəmənli - 75: Ölümü ilə barışa bilmədiyim Şair!

Nüsrət Kəsəmənli - 75: Ölümü ilə barışa bilmədiyim Şair!

30-12-2020, 00:55 Yazar:  Samir Baxılıb: 166 Çap et
Nüsrət Kəsəmənli - 75:  Ölümü ilə barışa bilmədiyim Şair!
Nüsrət Kəsəmənli bəlkə də yeganə şairdir ki, onun yaradıcılığı dildən-dilə keçərək əzbərlənmiş, sevilmiş. Xalq Sevgisi qazanmış şairin yaradıcılığı xalqın yaddaşına hopdu. Onun yazdıqları kağız üzərində qalmadı. Könüldən-könülə yol tapdı Nüsrət Kəsəmənli poeziyası. Onun yaradıcılığı günəş kimi parladı, sevənlərin qəlbini riqqətə gətirdi.

O, hər kəsin şairidir. Varlının da, kasıbın da, əsgərin də, müəllimin, tələbənin də.

Vətənə məhəbbəti sonsuz olan şairi bölünmüş, parçalanmış, yağmalanmış o taylı-bu taylı Azərbaycan dərdi - Təbriz dərdi, Qarabağ dərdi vaxtsız-vədəsiz öldürdü. Təbrizdə can verdi. Bu ölüm adi ölüm deyildi. O, ölümü ilə o taylı-bu taylı Azərbaycanı bir az da yaxınlaşdırdı, birləşdirdi.

...Əlim bəlkə o diyara yetmədi,
Adım bəlkə tarixlərdə itmədi.
Nəğmələrim Vətən sarı getmədi;
Xəzan yarpaq, kəfənim ol, kəfənim...
Bənövşətək boynum bükük, dilim lal,
Görən nə vaxt tükənəcək bu məlal?
Ay "Qarabağ şikəstəsi", sən ucal


Harayıma yetənim ol, yetənim..., deyən Şairim, ruhunuz şad olsun. Qarabağ Azaddır. Nəvəniz Cavidan da Qarabağın azadlığı uğrunda döyüşdü. Vətənin azadlığı uğrunda əsgər Cavidan Kəsəmənlinin də xidməti var!

Şeirləriniz azad Qarabağda səslənəcək, Şairim!

Yaşasaydı bu gün 75 yaşını qeyd edəcəkdi. Ruhu şad olsun.

Kişiliyi, dürüstlüyü, məğrurluğu ilə bərabər təkrarsız ədəbi irs yadigar qoydu Xalqımıza.
750 il keçsə də Nüsrət Kəsəmənli hər zaman qəlblərdə yaşayacaq!
Ruhuna böyük sevgi və hörmətlə: Səbinə Yusif
P.S. Şəkil 19 il öncə çəkilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:58 Şair Rəşad Mahmudun Milli Qəhrəman Mübariz İbrahimova həsr etdiyi “Ölüm nəgməsi” poeması Milli qəhrəman Mübariz İbrahimova ithaf edirəm. Yaxşı dərs alanlar yaxşı dərs verməyi də bacarırlar. İlk söz Tarixi şərəfli qanla yazmısan, Şərəfdən nə yazsın tarixdən yazan? Şəhidlər vətənin dövləti, varı, “Millət unudarmı qəhrəmanları?” Bir xalqın şöhrəti yayılsın deyə,
21:16 Nüsrət Kəsəmənlinin xanımı: “Şirməmməd Hüseynov mənə görə Nüsrətə xəbərdarlıq etmişdi” - MÜSAHİBƏ Rəhilə Kəsəmənli: “Kaş o biri dünya olaydı, Nüsrətlə orda qarşılaşaydım” “Nüsrət Kəsəmənliyə qarşı çox haqsızlıqlar oldu” XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli Modern.az saytının suallarını cavablandırıb. Onunla söhbəti
15:41 " Zərfin içindəki məktub... " Sadiq Qara dostu Nüsrət Kəsəmənli haqda mediaxeberleri.az olaraq qeyd edək ki, mərhum şair Sadiq Qaranın oğlu Tural İrfan saytımıza həmişəyaşar şairimiz Nüsrət Kəsəmənli ilə atasının köhnə dostluğundan söz açdı və bəzi maraqlı xatirələr danışdı. Həmçinin Sadiq Qaranın əziz dostuna yazdığı, həsr etdiyi bir şeiri bizə təqdim etdi.
01:11 BSU-da Nüsrət Kəsəmənlinin xatirə gecəsi keçirilib Tanınmış şair, publisist Nüsrət Kəsəmənlinin 70 illiyi münasibəti ilə Bakı Slavyan Universitetində (BSU) xatirə gecəsi keçirilib. BSU-nun Mətbuat xidmətindən Mediaxeberleri.az-a verilən məlumata görə, mərasimdə şairin ailə üzvləri, yaxın dostları, tanınmış incəsənət xadimləri iştirak ediblər.
12:15 İdrak yoluna işıq saçan poeziya... Bu gün hər bir türkün ürəkdən sevdiyi şairlərdən biri də Bəxtiyar Vahabzadədir. Desək də, deməsək də, tarix özü bu həqiqəti təsdiq edib. Sovet ədəbiyyatının klassiklərindən sayılsa da, ruhən müasir bir yazıçı olan, dilimizin, mədəniyyətimizin qorunmasında böyük xidmət göstərən Mirzə İbrahimov

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az