t s
00:28  Mühacir jurnalistdən tanınmış vəkilə və APA-ya ağır İTTİHAM✍ 00:34  Daha bir Qarabağ qazisinin acınacaqlı durumu (FOTO, VİDEO)✍ 00:52  Laçınlılar üsyan edir: “İcra başçısı bizi vecinə almır” - Gərginlik✍ 06:06  Dünyaya qara qış gəlir - Xəbərdarlıq✍ 06:14  Putin Yaxın Şərqin xəritəsini çəkdi — Fələstin dövləti qurulmalıdır✍ 06:38  Azərbaycan üçün vəhabi təhlükəsi✍ 08:48  Quldurlara "sürpriz" - VİDEO✍ 08:54  Əmisi qızına təcavüz edən gənc öldürüldü – DƏHŞƏTLİ QİSAS✍ 09:40  Ramilə Haqqı - "Məni sevənim"✍ 10:02  Manat əksər xarici valyutalara nisbətdə ucuzlaşıb✍ 10:19  İşığın və qazın qiymətinin artırılması nələri bahalaşdıracaq?✍ 10:29  Bakı metrosunda HƏYƏCAN: 65 yaşlı kişi özünü qatarın altına atdı✍ 10:56  Fikrət Yusifov: Qiymət artımı qazdan və elektrik enerjisindən istifadə edən əhalinin 70 faizə qədərnə aid olmayacaq✍ 13:57  Manat neftin üzməsinə adaptasiya olunub✍ 14:01  Beytulla Hüseynov: Nazir tapşırmışdı ki, pulları Vidadi Zeynalova verək✍ 14:04  Azərbaycanın siyasi partiyalarına 2,5 milyon manat ayrılacaq✍ 14:06  Avropa.info-nun əməkdaşı çəkiliş apararkən qoçu dəstəsi tərəfindən vəhşicəsinə döyüldü – Kamerası və telefonu əlindən alındı, başını yararaq fiziki xəsarət yetirdilər (Video)✍ 14:07  Azərbaycanda pensiya xərcləri artırılacaq✍ 14:54  Metroda nasazlıq yaranıb✍ 15:23  Nazir: Qazın qiymətinin qalxmasına Rövnəq Abdullayev aydınlıq gətirsin✍ 
» » Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna qarşı sensasion ittiham

Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna qarşı sensasion ittiham

16-12-2020, 23:04 Yazar:  Samir Baxılıb: 243 Çap et
Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna qarşı sensasion ittiham
“CƏNAB NAZİR, BƏS OĞUZ MEŞƏLƏRİNDƏKİ ƏLİBALTALI “İŞĞALÇILARI KİM CƏZALANDIRMALIDIR?”

Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi Seyidov Xalid Tofiq oğlu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə ünvanlı müraciətinin bir surətini də “Təzadlar”a göndərib.

Müvafiq sənəd və sübutlar əlavə olunmuş müraciəti ixtisarla təqdim edirik:

“Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzi”nin direktoru Alim Əlizadənin korrupsiya hərəkətlərinin qarşısının dərhal alınması barədə müraciət:

Çox hörmətli cənab nazir!

Xatırladım ki, doğma Oğuz meşələrinə son dövrlərdə kəskin hücumlar başlanmış və mən də Nazirliyə dəfələrlə faktlarla şikayətlər etmişəm. Bilirəm ki, Siz bu qanunsuzluqlarla barışmırsınız, amma tapşırıq verdiyiniz bəzi məmurlar doğru yol tutmurlar. Odur ki, yazılı ərizələrimə baxılmadığından Sizə “Təzadlar” qəzeti vasitəsilə müraciət etməli oldum.

Budur, son iki ildə Oğuz-Qəbələ regionundakı meşələrdə vəziyyət çox gərgindir, acınacaqlıdır. Əvvəlcə meşələrimizə total hücumlarla bağlı yuxarı orqanlara , DTX-ya müraciətlər etdim. Heç bir xeyri olmadı. Və sonda, 2020-ci ilin əvvəlində Ekologiya və Təbii Sərvətlər naziri kimi Siz İsmayıllıda və Ağsuda keçirdiyiniz rəsmi səyyar qəbullarınızda oldum. Vəziyyəti əlimdəki foto və sübutlarla izah etdim. Dedim ki, yaxın ətrafınız Sizi aldadır, meşələri amansızcasına məhv edirlər, xahiş edirəm tədbir görün. Siz tapşırıqlar verdiniz. Amma tapşırıqları qəbul edənlər başqa yol tutdular. Şikayətim nəticəsiz qaldı. Sonra Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə əlimdəki faktlarla müraciət etdim. Sağ olsunlar ki, dövlətin qayğısını çəkirlər, məsuliyyət hiss edirlər. Bildirdim ki, Qəbələ-Oğuz Regional Meşə Təsəsrrüfatında son dərəcə acınacaqlı vəziyyət yaranıb. BCMCİ-nin əməkdaşları 11 mart 2020-ci ildə dərhal Bakıdan gələrək Qəbələ-Oğuz Regional Meşə Təsəsərrüfatında direktor İlqar Qəribovu, onun baş mühasibini, meşə sahə rəislərinin çoxunu saxlayaraq Bakıya apardılar.

Xatırladıram ki, saxlanılan müdir İ.Qəribov ETSN-nin Meşə Təsərrüfatı departamentinin direktoru Ağaqardaş Qafarovla qohumdur (kirvədirlər). Onların şərikləri və himayədarları isə ETSN-də nazir müavini Firdövsi Əliyevdir. Özləri belə deyirlər, bəlkə də elə deyil, bilmirəm. Budur, İlqar Qəribovun dəstəsinin bir qismi həbs edilsə də, digərləri, başda onu əvəzləyən Alim Əlizadə İ.Qəribovun ETSN-dəki himayədarlarına güvənərək meşələrə indi qənim kəsilib, onu hər gün məhv etməklə məşğuldur.

Cənab nazir! Son müraciətimdən sonra ETSN-nin 6 və 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin komissiyası bir neçə meşə dolayında apardığı yoxlama zamanı baş verən kütləvi məhvetməni gördü. Lakin onlar çox az ərazini əhatə edən sahəyə - yalnız hər meşə dolayından cəmi 1 kvartala baxış keçirməklə kifayətləndilər. Halbuki, hər meşə dolayı 8-10 kvartaldan ibarətdir. Və onlar şikayətçi kimi mənim iştirakımı lazımi qaydada təmin etmədilər. Niyə?

Ən maraqlısı budur ki, həbs edilən İlqar Qəribovun yerinə yeni təyin olunmuş yaxın adamı Alim Əlizadə işə başladığı təkcə 20 gün ərzində 400 ağac kəsilib satılmışdır (fotoları təqdim edirəm). Keçən noyabr ayı ərizndə Muxas kənd sakinlərinin şikayəti nəticəsində 6 saylı Regional Ekologiya İdarəsi tərəfindən tək bir meşə dərəsində 90 ədəd təzə kəsilmiş ağac aşkar edilmiş və cəmi 1300 manat cərimə aktı yazılmışdır. Hər ağaca 13 manat. Yəni, ağacın qara bazarda satış qiyməti qədər cərimə (Fotolar təqdim edilir).

“6 dekabr 2020-ci ildə Alim Əlizadənin göstərişi ilə Oğuzun Tayıflı kəndində 2019-cu ilin yazında 6 ha meşə sahəsində salınmış qoz bağı texnikanın köməyilə kürütdürülüb yerli bələdiyyə sədrinə satılmışdır...”

20 gün əvvəl mənim təkrar şikayətim əsasında DİN-nin BMCQMİ-nin əməkdaşları Oğuzun Filfili kəndinin tək bir hissəsində yoxlama apararkən bir dəstəni cinayət başında yaxlayaraq saxlamışdır. Hadisə “REAL TV”-nin çəkilişi əsasında 1 həftə əvvəl ictimaiyyətə təqdim edilmişdir. Yaxşı, necə olur ki, Bakıdan gələn adi jurnalistlər bunları görür, bilir, amma nazirlikdəki iri-məsul məmurlar bunları “görüb-bilmir”?!

Cənab nazir!

ETSN Regionnal Meşə Təsəsrrüfatı Mərkəzinin direktoru A.Əlizadə hazırda idarənin ən vacib postlarına sabiq müdir İ.Qəribova yaxın olan, vaxtilə qanun pozuntusuna görə işdən qovulmuş bir neçə şəxsi yenidən 2 ştat vahidi üzrə işə götürərək qanunsuzluq edir. Məqsədi sabiq müdirin tapşırıqları əsasında hazırda törədilməkdə olan qanusuz əməllər barədə məlumatların kənara çıxmasının qarşısını almaqdır.

Budur, 6 dekabr 2020-ci ildə Alim Əlizadənin birbaşa göstərişi ilə Oğuzun Tayıflı kəndində 2019-cu ilin yazında 6 ha meşə sahəsində salınmış qoz bağını tamamilə texnikanın köməyilə əvvəlcə kürütdürmüş və taxıl əkilməsi üçün şumladaraq hazır vəziyyətə gətirmişlər, həmin yer yerli bələdiyyə sədrinə satılmışdır. Axı dövlət bu qoz bağının salınması və qulluq göstərilməsi üçün buraya son 2 ildə 100 min manatdan çox vəsait xərcləmişdir. Qoz bağının məhv edilməsi vandalizmdir. Tayıflı kəndinin meşə sahəsində isə 8 ha sahəni də A.Əlizadə göstəriş verərək şumlayaraq taxıl əkmişdir.

“ETSN Daxili Audit İdarəsinin rəisi Samir Kərimli də şikayətimi araşdırmağa gəldi, heç bir qeydlər etmədən çıxıb getdi...”

Maraqlı burasıdır ki, şikayətlərimiz əsasında yerində araşdırma aparılması üçün Oğuza gəlmiş ETSN Daxili Audit İdarəsinin rəisi Samir Kərimli də mən şikayətçi ilə görüşmədən, yaxın meşə ərazisində formal göründükdən sonra heç bir qeydlər etmədən çıxıb getmişdir. Mənim 1 ay əvvəl yazdığım şikayət ərizəsinə cavab verən ETSN-in yanında Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırovun 27 noyabr 2020-ci il tarixli cavab məktubunda qeyd edilir: “Qəbələnin Yenikənd meşəbəyliyinin 10 saylı və Bum meşəbəyliyinin 6 saylı dolaylarında yoxlamalar aparılmasını tələb etmisiniz. Araşdırma zamanı Yenikənd meşəbəyliyində cəmi 2 (iki) ədəd müxtəlif cinsli, kiçik diametrli ağacın kəsilməsi aşkar edilmişdir.”

Yəni formal cavabdan da görünür ki, ETSN-nin məsul şəxsləri nədənsə Oğuz və Qəbələdə son illər aparılan kütləvi meşə kəsintilərini görmək və qanunauyğun tədbir görmək istəmirlər. Məntiq deyir ki, onlar bu biznesdən əldə olunan gəlirə ortaq olmaqla başlarını dolandırır, vəzifələrinin öhdəsindən gəlmirlər. Əgər ETSN-in yanında Dövlət Ekologiya Təhlükəsizlik Xidmətinin rəis müavini Ramal Bağırov bu qanunsuzluqları araşdırıb tədbir görmək istəsəydi, dövlətimizə, ekologiyamıza, meşələrimizə canı yansaydı, Sizin etimadınızı doğrultmaq istəsəydi, şikayəti mənimlə birlikdə araşdırardı. Bəlkə mən böhtan atmışam, yalan yazmışam.
Hətta mən müdir A.Əlizadəyə ağac kəsimlərilə bağlı iradlarımı bildirdikdə qeyd edirdi ki, biz bu kəsimlərlə bağlı tədbir görülməsi üçün sənədləri prokurorluğa göndəririk və s. Nəticə yoxdursa, özünüz nəticə çıxarın.

Cənab nazir!

Sizin hazırda müharibə və müharibədən sonrakı dövrdə vacib işlərin həyata keçirilməsilə məşğul olduğunuzdan istifadə edərək ETSN Oğuz-Qəbələ Meşə Təsərrüfatı İdarəsinə yenicə direktor vəzifəsinə təyin edilən Alim Əlizadə sələfi Qəribovun yolunu davam etdirərək işlədiyi 7 ay ərzində meşələrimizi həm kürümə, həm də kütləvi kəsim etməklə məhv olmasına gətirib çıxaran qanunsuz əməllər törətməkdədir. Siz deyin, bunların Qarabağdakı meşələrimizi qıran, yandıran ermənilərdən nə fərqi var? Azərbaycan Cinayət Məcəlləsində cinayəti görüb-bilib məlumat verməmək cinayətdir. Mən gördüklərimi, şahidi olduqlarımı sənədləşdirib nazirliyə, digər qurumlara göndərirəm. Bir daha xahiş edirəm ki, Oğuz-Qəbələ meşələrinin barbarcasına darmadğın edilməsi faktlarının yerində mən şikayətçinin iştirakı ilə araşdırılması və məsələyə hüquqi qiymət verilməsi üçün aidiyyətı təşkilatlara göstəriş verəsiniz (belə qanunsuzluqlara etiraz etdiyim üçün də məni işdən kənarlaşdırmışlar). Düşmənlərimiz 30 ildir Qarabağdakı meşələri darmadağın etdilər, nəhayət, Ordumuz onlara layiq cavabını verib oradan qovdu, işğalçıları cəzalandırdı. Bəs bizim meşələrimizdəki əlibaltalı “işğalçılar”la kim məşğul olmalıdır?

Əgər təqdim etdiyim faktlar təsdiqini tapmasa, məni dərhal böhtan atdığıma görə həbs etsinlər. Lazımi sübutları təqdim edirəm.

Dərin hörmətlə:
Seyidov Xalid Tofiq oğlu,
Oğuz rayon Meşə Təsərrüfatı İdarəsinin sabiq meşəbəyisi


Qəbələ Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoruna qarşı sensasion ittiham




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
16:42 İlham Əliyev əfv sərəncamı imzaladı Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb. Sərəncamın mətni AZƏRTAC-da dərc olunub. Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az