Biznes-ledi Ruhi Əliyeva müharibədən sonra yolka bəzəyənləri gördükdə təəssüfləndiyini bildirib.Mediaxeberleri.az xəbər verir ki, sosial şəbəkə hesabında ötən il şam ağacı ilə çəkilmiş fotosunu paylaşan Ruhi bayram keçirmək əvəzinə şəhidlərə ehsan verməyi məsləhət görüb:
“Keçən il çəkilən bu fotonu sizinlə bölüşməkdə bir məqsədim var. Qarşıdan yeni il gəlir. Bəzi insanların evdə uşaq var deyərək, necə həvəslə bu bayrama hazırlaşdıqlarını, evdə şam ağacları qurduqlarını görürəm və çox təəssüflənirəm. Bəli, haqlı mübarizəmizin qalibi biz olduq, zəfər bizimdir, bunun sevincini də hər zaman yaşayacağıq, amma bu sevinci şəhidlərimizə, qazilərimizə borclu olduğumuzu bir an olsun belə unutmamalıyıq! O şəhidlər ki, bəzilərinin qırxı hələ də çıxmayıb, bəziləri itkin düşüb, o qazilər ki, hələ də xəstəxanada yaşam mücadələsi verirlər, gözlərini, qollarını, ayaqlarını vətənə fəda ediblər. Biz bir bayramdanmı keçə bilmirik?! Bir azərbaycanlı olaraq, bir ana olaraq heç vaxt belə bir həssas məqamda nə evdə, nə iş yerlərimdə şam ağacı qura bilmərəm, nə də evimdə bayram keçirdə bilmərəm. Vicdanım buna yol verməz. Bayram süfrəsi açmaq əvəzinə gücümüz çatan qədər şəhidlərimizin adlarına ehsan vermək, onların ruhlarına dualar oxumaq, yaralı qazilərimi ziyarət etmək həmrəyliyimizin ən gözəl nümayişi olar".
Öz şərhini bildir: