Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyev 1998-ci ildə “21-ci əsr” jurnalına müsahibə verib. Adətən, müsahibələrdə Heydər Əliyevdən proseslərlə bağlı siyasi mövqeyi soruşulur. Bu qeyri-adi müsahibədə öz əksini tapan mövzular siyasətdən çox uzaqdır.
Mediaxeberleri.az dahi siyasətçinin 21 maraqlı suala cavabını təqdim edir.
- Ən çox sevdiyiniz şeir?
- Səməd Vurğunun “Azərbaycan” şeiri.
- Ən çox sevdiyiniz şair?
- Şəhriyar.
- Ən çox sevdiyiniz mahnı?
- Xalq mahnıları və Tofiq Quliyevin mahnıları.
- Ən çox sevdiyiniz bəstəkar?
- Üzeyir Hacıbəyov.
- Ən çox sevdiyiniz dramaturq?- Hüseyn Cavid.
- Ən çox sevdiyiniz sənət əsəri?- Səttar Bəhlulzadənin “Muğan gözəli”.
- Ən çox sevdiyiniz sənət növü?- Miniatür.
- Ən çox sevdiyiniz sənətkar?
- Əhməd Eldarov.
- Ən çox sevdiyiniz içki?
- Çay, səhərlər südlə.
- Ən çox sevdiyiniz gül?- Qızılgül.
- Ən çox sevdiyiniz rəng?
- Zoğalı rəng.
- Ən çox sevdiyiniz idman növü?- Yüngül və üzgüçülük.
- Ən çox sevdiyiniz insan xasiyyətləri?- Mərdlik.
- Ən çox sevdiyiniz şəhər?
- Bakı.
- Ən çox sevdiyiniz mövsüm?
- Yaz.
- Ən çox sevdiyiniz qələm növü?- Mürəkkəblə yazan qələm.
- Ən çox sevdiyiniz rəqəm?
- 7.
- Ən çox sevdiyiniz bayram?
- Novruz.
- Ən çox sevdiyiniz jurnal?
- “Molla Nəsrəddin”.
/Teleqraf
Öz şərhini bildir: