t s

» » Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə

Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrə

22-02-2015, 21:51 Yazar:  Aygün Baxılıb: 758 Çap et
Xocalı soyqırımı ilə bağlı aksiya - İsveçrəHeydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “ Xocalıya ədalət!” beynəlxalq təşviqat kampaniyası çərçivəsində dünyanın bir çox ölkələri olduğu kimi İsveçrədə də Xocalı soyqırımının 23-cü ildönümü ilə bağlı silsilə tədbirlər keçirilib.

Ölkənin paytaxtı Bern şəhərinin mərkəzi meydanında XX əsrin ən qanlı səhifələrindən biri olan Xocalı soyqırımı ilə əlaqədar aksiya təşkil edilib.

Aksiyada Xocalı faciəsi zamanı həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Üzərində “Xocalıya ədalət !”, “Xocalı hadisələrinə siyasi qiymət verilməlidir!”, “Biz torpaqlarımızın azad olunmasının tələb edirik” kimi şözlər yazıldığı transparantların və ermənilərin qəddarcasına qətlə yetirdikləri Xocalı şəhidlərinin fotolarının əks olunduğu lövhələrin nümayiş etdirildiyi aksiyada Azərbaycan və Türkiyə diasporunun təmsilçiləri, İsveçrədə təhsil alan tələbələrimiz “Dağlıq Qarabağ bizimdir!”, “Xocalı bizimdir!”, “Erməni işğalçılarına ar olsun!”, “Ermənistan işğalçı dövlətdir”, “Şəhidlərimizin qanı yerdə qalmayacadır!” və digər şüarlar səsləndiriblər.

Aksiyada çıxış edən İsveçrə Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin rəhbəri Qasım Nəsirov bildirdi ki, Azərbaycan xalqının ən ağrılı və qanlı səhifələrindən biri olan Xocalı soyqırımı artıq hamımızın yaddaşında həkk olunub. Hər il biz erməni vəhşiliyinin qurbanı olan Xocalı şəhidlərinin xatirəsini yad edirik.

Bu il Xocalı soyqırımının baş verdiyi amansız hadisələrdən 23 il ötsə də, silahlı ermənilər tərəfindən amansızlıqla qətlə yetirilən qardaşlarımızı və bacılarımızı, günahsız uşaqları unuda bilmirik və unutmağa haqqımız da yoxdur. Onlar əsrlər boyu xalqımıza qarşı düşmənçilik siyasəti yeridən ermənilərin soyqırımına məruz qalıblar.

Faciənin əsl səbəbkarlarının bu gün belə cəzasız qaldıqlarını və Ermənistanda yüksək vəzifələrdə olduqlarını xatırladan Q.Nəsirov dünya ictimaiyyətinin hadisələrə seyrçi münasibət bəsləmələrindən, beynəlxalq təşkilatlar tərəfindən Xocalı faciəsinə siyasi qiymət verilməməsindən bütün azərbaycanlıların təəssüf hissi keçirdiyini vurğulayıb. O, qeyd edib ki, istər Azərbaycanda, istərsə də onun hüdudlarından kənarda yaşayan və doğma vətənini qəlbən sevən hər bir azərbaycanlı Ermənistanın işğalçı dövlət olmasını, xalqımıza qarşı etnik təmizləmə siyasət aparmasını, ölkəmizlə bağlı həqiqətləri dünya ictimaiyyətinə və yaşadıqları ölkələrin sakinlərinə çatdırmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Tədbir zamanı yerli sakinlərə və qonaqlara Xocalı soyqırımından ətraflı bəhs edən vərəqlər paylanıb.

İki saat davam edən aksiyanın sonunda üzərində “Fevralın 25-dən 26-na keçən gecə Xocalı faciəsi” sözləri yazılan qara rəngli yüzlərlə şar havaya buraxılıb. /AzərTac/




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:07 Rustavidə Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü olan “Xocalıya ədalət!” təbliğat-təşviqat kampaniyası çərçivəsində Gürcüstanda silsilə tədbirlər keçirilir. Bu silsilədən növbəti tədbir Rustavi şəhərində təşkil olunub. Əvvəlcə faciə qurbanlarının və şəhidlərimizin əziz xatirəsi
13:33 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada mərasim keçirilmişdir Türkiyə Prezidentinin Baş müşaviri: Biz bütün acılara şərikik və hamıdan da bizim acıları bölüşməsini ummağa haqqımız var Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Ankarada keçirilmiş mərasimdə iştirak edən Türkiyə Prezidentinin Baş müşaviri İbrahim Kalın jurnalistlərə müsahibəsində bildirib
22:09 Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Vyanada aksiya və yürüş keçirilib Avstriyada fəaliyyət göstərən Azərbaycan Akademik Birliyi fevralın 21-də Vyana şəhərinin mərkəzində yerləşən Ştefan meydanında Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar kütləvi aksiya keçirib. 

 Ştefan meydanında qurulan çadırda Xocalı soyqırımını və ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsi
00:23 Fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” başlayacaq Benilüks Azərbaycanlıları Konqresi (BAK) Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 23-dən Benilüks ölkələrində “Xocalı həftəsi” elan edir. Diasporla İş üzrə Dövlət Komitəsindən AzərTAc-a bildiriblər ki, “Xocalı həftəsi” çərçivəsində Benilüks ölkələrində - Belçika, Niderland və
18:51 Norveç parlamenti qarşısında Xocalı soyqırımı ilə bağlı aksiya keçiriləcək Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) və Oslo Azərbaycan Evi Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar fevralın 26-da Norveç parlamentinin binası qarşısında mitinq təşkil edəcək. Diasporla İş üzrə Dövlət Komitəsindən Trend-ə verilən məlumata görə, aksiyada hər iki təşkilatın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az