t s

» » Fəxrizadəni kim və niyə öldürdü? - Şok versiya

Fəxrizadəni kim və niyə öldürdü? - Şok versiya

2-12-2020, 13:58 Yazar:  Samir Baxılıb: 49 Çap et
Fəxrizadəni kim və niyə öldürdü? - Şok versiya
İranın nüvə fiziki Möhsün Fəxrizadənin sui-qəsd nəticəsində qətlə yetirilməsi təkcə regionda deyil, bütün dünyada böyük rezonans doğurub. İran rəsmiləri sui-qəsddə İsraili ittiham edirlər, lakin Təl-Əviv bunu qəti şəkildə rədd edir. İranın xüsusi şəkildə qorunan nüvə aliminin qətlə yetirilməsi hətta yüksək təhlükəsizlik tədbirlərinin belə bəzi kəşfiyyat orqanlarının qarşısını ala bilmədiyini göstərir.

Mediaxeberleri.az xəbər verir ki, məsələ ilə bağlı Axar.az-a danışan politoloq, təhlükəsizlik eksperti Ərəstun Oruclu deyib ki, Möhsün Fəxrizadəyə sui-qəsdi İsrail kəşfiyyatının təşkil etdiyini düşünmür:

“Əlbəttə, heç nəyi istisna etmək olmaz. Məsələ burasındadır ki, İranda baş verən bu cür hadisələri İsrail və onun kəşfiyyatı ilə əlaqələndirirlər. Amma sonuncu qətl barədə obyektiv mövqe yoxdur. Digər tərəfdən, başqa ölkə rəsmiləri və mediası bu qətli MOSSAD-ın törətməsi haqda fikir irəli sürməyiblər”.

Ekspert bildirib ki, budəfəki qətl əvvəlkilərdən fərqlənir:

“Sözügedən qətlin tarixçəsi çox maraqlıdır. Bu qətlin Co Baydenin nüvə anlaşmasına qayıdacağı haqda bəyanatından sonra törədilməsi narahatlıq doğurur. Hər kəs anlayır ki, bundan sonra ABŞ-İran münasibətləri Obama dövrünə qayıda bilər. Əlbəttə ki, bundan narazı olanlar var. Düşünürlər ki, ABŞ İranla əldə olunmuş 5+1 anlaşmasına qayıdarsa, ilk növbədə İran üzərindən sanksiyalar qismən götürüləcək. Bu da imkan verəcək ki, İran iqtisadiyyatını, hərbi gücünü bərpa etsin. Ölkənin nüvə silahı əldə etməsi isə real görünmür. Bütün tərəflər, o cümlədən İsrail bunu ciddi qəbul etmir. Düşünürlər ki, İran bu anlaşmadan yalnız və yalnız öz nüvə proqramını təhlükəsizləşdirmək üçün istifadə edəcək, ona görə burada ziddiyyət var. Bunlara əsaslanaraq düşünürəm ki, İranın nüvə aliminin qətlə yetirilməsinin mahiyyəti məhz ABŞ-İran anlaşmasının qarşısını kəsmək, İranı təhrik etmək və elə bir mühüt yaratmaqdır ki, nəinki ABŞ, heç İran da anlaşmaya getməsin.

Məsələ burasındadır ki, İranın mühafizəkar dairələri də həmin anlaşmanın əleyhinədir. Onlar düşünür ki, bu anlaşma yanlış idi və İran nüvə silahını istehsal etməli idi. Bu mənada hesab edirəm ki, qətlin səbəbi mümkün anlaşmaya qayıdışı pozmaqdır. Beləliklə deyə bilərik ki, həmin alimin MOSSAD tərəfindən qətlə yetirilməsini demək çətindir. Dediyim kimi, ortada heç bir sübut yoxdur”.

Politoloq vurğulayıb ki, İran nüfuzlu şəxslərin qorunmasını gücləndirməlidir:

“Bu, 2020-ci ildə öldürülən ikinci nüfuzlu İran rəsmisidir. General Qasım Süleymanidən sonra indi də nüvə fiziki qətlə yetirilib. Bu, onu göstərir ki, İranda bəlli şəxslərin qorunması lazımi səviyyədə deyil. Əgər xarici kəşfiyyat ölkənin daxilində rahatlıqla bu cür qətli törədib, önəmli şəxsi aradan götürürsə, bu o deməkdir ki, İranın daxilində əks-kəşfiyyat, antiterror və digər təhlükəsizlik qurumları müasir tələblərə cavab verəcək səviyyədə deyil. Bir çoxları iddia edir ki, istənilən şəxsi öldürmək olar, amma burada söhbət istənilən şəxsdən getmir, ölkə üçün önəmli şəxs öldürülüb. Bu mənada düşünürəm ki, İranın bu sektorunda problemi var”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
08:27 İranın nüvə proqramı ətrafında kritik hadisələr: dəhşətli müharibə necə əngəlləndi... Ukrayna böhranının və İŞİD terror qruplaşmasının arxa plana keçirdiyi, lakin bir vaxtlar dünyanın bir nömrəli problemi səviyyəsinə qədər yüksəlmiş İranın nüvə proqramı ətrafında gərgin proseslər gedir. Virtualaz.org saytı nüfuzlu beynəlxalq KİV-lərə istinadən xəbər verir ki, ABŞ-la İranın nüvə
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az