t s

» » Separatçıların gözü Xankəndi hava limanında - AZAL-dan rədd cavabı

Separatçıların gözü Xankəndi hava limanında - AZAL-dan rədd cavabı

2-12-2020, 13:30 Yazar:  Samir Baxılıb: 73 Çap et
Separatçıların gözü Xankəndi hava limanında - AZAL-dan rədd cavabı
Dağlıq Qarabağ separatçıları Xankəndi hava limanının işlək vəziyyətə gətirilməsi halında bu imkandan yararlanmaq niyyətindədir.

Mediaxeberleri.Az
xəbər verir ki, Dağlıq Qarabağ separatçısı David Babayan hesab edir ki, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı bəyanatda nəzərdə tutulan nəqliyyat marşurutlarının blokadadan çıxarılması halında Xocalı hava limanının fəaliyyətinin bərpa edilməsini müzakirə etmək mümkündür.

Separatçı düşünür ki, Xankəndi hava limanının açılması nıticəsində dünya ilə əhəmiyyətlə marşrut yaranar. Onun iddiasına görə, hava limanı açıldıqdan sonra ərazi mühüm nəqliyyat mərkəzinə çevrilə bilər.

Cinayətkar deyib ki, müharibə zamanı hava limanı ciddi zərər çəkməyib.

Xatırladaq ki, noyabrın 25-də Azərbaycan Hava Yolları (AZAL) yaydığı məlumatda qeyd edib ki, Xankəndi hava limanı Azərbaycanın hava limanı kimi ICAO reyestrinə daxil ediləcək. Hava limanlarının kodları ICAO-nun 7910/178 nömrəli Sənədinin 2020-ci ilin dekabr ayında dərc olunacaq yenilənmiş nəşrinə əlavə ediləcək.

“Əlamətdar haldır ki, beynəlxalq təşkilatın yenilənmiş reyestrinə Zabrat, Yevlax və Naftalandakı hava limanları ilə yanaşı, həm də Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında azad edilmiş ərazilərdə - Ağdam, Füzuli və Xankəndində yerləşən hava limanları da daxil olacaq. Bu, beynəlxalq aviasiya qurumlarının ölkəmizin ərazi bütövlüyünü tanımasının növbəti təzahürüdür”, – deyə AZAL-ın prezidenti Cahangir Əsgərov bildirib.Teleqraf.com




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

19:15 Xankəndi hava limanı ilə bağlı RƏSMİ AÇIQLAMA: Azərbaycan BUNA NAİL OLDU - VİDEO “Xankəndi hava limanına beynəlxalq status verilməyib. Sadəcə olaraq Azərbaycanın 6 hava limanı Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) yenilənmiş reyestrinə salınıb”. Mediaxeberleri.az xəbər verir ki, bunu Teleqraf.com-a “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) prezidentinin ictimaiyyətlə
18:10 Azad edilmiş ərazilərdəki hava limanları ilə bağlı mühüm qərar Beynəlxalq Mülki Aviasiya Təşkilatı (ICAO) Azərbaycanın daha altı hava limanının beynəlxalq məkan indeksləri kataloquna daxil edilməsini təsdiq edib. Bu barədə "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətindən Mediaxeberleri.az-a məlumat verilib. AZAL prezidenti Cahangir Əsgərov beynəlxalq
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
14:33 Göylə gedən “Səma cahangiri”nin “qəza enişi” - Cahangir Əsgərov erası sona çatır Ötən günlərin xəbərləri içərisində çoxlarının diqqətini cəlb etməyən, ilk baxışdan sıradan bir informasiya təsiri bağışlayan məlumat ölkədəki banklardan birinin adını dəyişdirməsi oldu. Söhbət “Bank Silk Way”-ın adının dəyişdirilərək “Premium Bank” ASC kimi yola davam etməsindən gedir. Sözügedən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az