t s

» » İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...

İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...

2-12-2020, 08:28 Yazar:  Samir Baxılıb: 60 Çap et
İcra Hakimiyyətinin sevimli şirkəti: Tender oyunları...
İsmayıllı Rayon İcra Hakimiyyəti başçısının İsmayıllı şəhər üzrə nümayəndəliyi “Nial Construction” MMC ilə müqavilə bağlayıb.

Mediaxeberleri.az
xəbər verir ki, maliyyə dəyəri 104 288 AZN olan müqaviləyə əsasən şirkət İsmayıllı şəhərində mənzil fondunun əsaslı təmirini həyata keçirməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən 18 aprel 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 100 AZN olan şirkətin hüquqi ünvanı İsmayıllı rayonu Talıstan kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Qasımov Seyfəli Şamil oğludur.

Araşdırmalarımız zamanı bəlli olub ki, “Nial Construction” MMC bir qayda olaraq İsmayıllı Rayon İcra Hakimiyyətinin keçirdiyi iriməbləğli tenderlərin qalibi olur.

Məsələn, bu ilin fevralında icra hakimiyyəti ümumi dəyəri 3,6 milyon AZN təşkil edən bir neçə tender keçirib. Bu tenderlərdən birinin qalibi “Nial Construction”dur. İcra hakimiyyəti şirkətlə 383 000 AZN-lik müqavilə bağlayıb.

2019-ci ildə isə İsmayıllı Rayon İcra Hakimiyyəti zəlzələ nəticəsində ziyan görmüş vətəndaşların evlərinin təmiri məqsədilə “Nial Construction” MMC ilə maliyyə dəyəri 990 000 AZN olan müqavilə imzalayıb.

Şirkətin qanuni təmsilçisi Seyfəli Qasımova gəlincə, açıq mənbələrdə onun barəsində yalnız 2017-ci ildə İsmayıllı Rayon Pilot Məşğulluq Mərkəzinin inzibati binasında “Əmək yarmarkalarının təşkili və keçirilməsinin əhəmiyyəti” mövzusunda keçirilən dəyirmi masada iştirakı barədə məlumata rast gəlinir.Yenisabah.az




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:18 Ədəbiyyat Muzeyində TENDER HOQQABAZLIĞI... - İcazə verin, şübhələnək... Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı muzeyi 1945-ci ildə yaradılıb. Azərbaycan Milli Elmlər Akademiyasının tərkibinə daxil edilmiş muzey elmi- tədqiqat müəssisəsi kimi fəaliyyət göstərir. Milli Azərbaycan Ədəbiyyatı Muzeyi Azərbaycan MEA-nın tərkibinə daxil olsa da, müstəqil qurum
16:00 “Azərbaycan Dəmir Yolları” QSC bu rəqəmləri niyə açıqlamır? – Cavid Qurbanov gəldikdən sonra... Azərbaycanda dövlət büdcəsi və xarici kreditlər hesabına həyata keçirilən infrastruktur layihələri arasında dəmiryollarının yenidən qurulması, yeni xətlərin çəkilməsi son illərdə önəmli yer tutmağa başlayıb. Mediaxeberleri.az xəbər verir ki, Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin
12:06 Əhmədzadənin xırıd etdiyi büdcə pulları... - İDDİA Azərbaycanda son aylar baş verən gözlənilməz dəyişikliklər, aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az