Son günlər sosial şəbəkələrdə haqqında paylaşımlar edilən Qazax rayon sakini qazi Musayev Kənan Nadir oğlunun problemləri həll olunub. Vətən müharibəsində iştirak edən və yaralanan qazimizə göstərilən növbəti dövlət qayğısı sayəsində bu gün evinə qaz xətti çəkilib. Noyabr ayının 24-dən isə anası işlə təmin edilib.
Mediaxeberleri.az xəbər verir ki, qazimizin ailəsi 2016-cı ildə Əliağa Şıxlinski küçəsində yerləşən, keçmiş kənd təsərrüfatı texnikumunun yataqxanası olan binada 3 otaqlı evlə təmin olunub. Yaşadıqları binanın xarici fasadında, bloklarında, pilləkan qəfəslərində əsaslı təmir işləri aparılıb. Elektrik xətləri səliqəyə salınıb. Binadakı 57 mənzilin hər birinə və blokların giriş hissələrinə yeni dəmir qapılar qoyulub. Bundan əlavə, sakinlərin rahat şəkildə gediş-gəlişini təmin etmək üçün binanın həyətində blokların giriş hissəsinə beton səki salınıb. Bundan başqa, həyətdə sanitar qovşağı tikilib. İçməli su xətti çəkilərək bulaq tikilib sakinlərin istifadəsinə verilib. Binanın həyətinə şeben tökülərək səliqəyə salınıb.
Qazimizin anası Məhəbbət Məmmədovanın müraciətinə əsasən rayon rəhbərliyi tərəfindən yaşadıqları evin təmirinə də köməklik göstərilib. Bu gün qazimiz və anası onlara göstərilən dövlət qayğısına görə minnətdarlıq ediblər.
Mediaxeberleri.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:
14:30 Abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verildi - FOTOLARHeydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən təmirsiz həyətlərin abadlaşdırılmasına yönəlmiş “Bizim həyət” layihəsi uğurla davam edir. Mediaxeberleri.az xəbər verir ki, Xətai rayonunun Zığ yolu, 9 ünvanında,
20:31 Qazax: abadlıq və tərəqqi ünvanıBu gün respublikamızın bütün bölgələrində irimiqyaslı layihələrin həyata keçirilməsi geniş vüsət almışdır. Dövlətimizin başçısı cənab İlham Əliyevin imzaladığı fərman və sərəncamlardan irəli gələn vəzifələr ölkənin hər yerində olduğu kimi respublikanın qərb qapısı Qazaxda da uğurla həyata
21:26 Qazaxda çoxmənzilli binaların təmiri uğurla davam etdirilirMediaxeberleri.az-a daxil olan məlumata görə, Bu gün böyük bir tikinti meydançasını xatırladan Qazax rayonunda bütün sahələrlə yanaşı vətəndaşların yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində də məqsədyönlü işlər görülür. Rayondakı çoxmənzilli yaşayış binalarının əsaslı şəkildə təmir
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİBAzərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın
21:55 Qazaxda ilin yekunlarına dair hesabat yığıncağı keçirildi– FOTOQazax rayonunda 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib. Yığıncaqda Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Əlibaba Əliyev, Milli Məclisin deputatları Kamran Nəbizadə və Ülviyyə Ağayeva
Öz şərhini bildir: