t s

» » Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb

Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıb

1-12-2020, 16:41 Yazar:  Samir Baxılıb: 102 Çap et
Şəhid ailələri və qazilərə veriləcək təqaüdlərin məbləği açıqlanıbƏmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Azərbaycanın bütövlüyü uğrunda şəhid olanların ailələrinə və qazi statusu almış hərbçilərə veriləcək təqaüdlərin məbləğini açıqlayıb.

Nazirliyin Sosial təminat siyasəti şöbəsinin müdiri Babək Hüseynov Mediaxeberleri.az-a bildirib ki, Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid və qazi statusu almış hərbçilər üçün psixoloji və maddi güzəştlərin tətbiqi nəzərdə tutulur. Şəhid və qazi ailələri üçün yardım təqaüd formasında olacaq.

B.Hüseynov əlavə edib ki, şəhid ailəsi üçün təqaüdlərin məbləği 300 manat, müharibə səbəbindən əlilliyi olan şəxslər üçün təqaüdlərin məbləği 1, 2 və 3-cü dərəcəyə uyğun olaraq, 250, 230 və 210 manat müəyyən edilib.

Onun sözlərinə görə, nazirliyin tərkibində psixoloji dəstək mərkəzi də fəaliyyətə başlayıb. Bu dəstək müharibə zonasındakı vətəndaşlar, müharibə iştirakçıları, şəhid ailələrinin üzvləri və yaralanmış vətəndaşlar üçün dövlət hesabına təmin ediləcək. Bununla əlaqədar Sosial Xidmət Agentliyi tərəfindən "Qaynar xətt" (050 406 75 85) yaradılıb.

B.Hüseynov qeyd edib ki, psixoloji yardıma ehtiyacı olan şəxslər bu nömrəyə zəng etməklə dövlət vəsaiti hesabına həyata keçirilən dəstəkdən yararlana bilərlər.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

17:36 Deputatlarla belə əlaqə saxlaya bilərsiz... - Bu da nömrələr Azərbaycan Milli Məclisinin saytında seçicilərin deputatlarla əlaqə saxlaması üçün onların köməkçilərinin əlaqə vasitələri yerləşdirilib. Siyahıda Milli Məclisin sədri Oqtay Əsədov, sədrin birinci müavini Ziyafət Əsgərov, sədr müavini, Bahar Muradova və Valeh Ələsgərov, həmçinin deputat Araz
10:13 Novruz Məmmədovdan əlilləri sevindirəcək QƏRAR: 7 TƏLƏB MÜƏYYƏNLƏŞDİ Azərbaycanın Baş Naziri Novruz Məmmədov “Əlilliyi olan şəxslərin iş yerlərinin standartları”nın təsdiq edilməsi barədə qərar verib. Mediaxeberleri.az xəbər verir ki, qərarda deyilir: 1. Əlilliyi olan şəxslərin iş yerlərinin standartları 1. Ümumi müddəalar 1.1. “Əlilliyi olan şəxslərin iş
11:05 Əlillərə verilən prezident təqaüdü dayandırıla bilər: - YENİ QAYDALAR Xəbər verdiyimiz kimi, Azərbaycanın baş naziri Novruz Məmmədov “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi haqqında qaydaları təsdiqləyib. Mediaxeberleri.az mövzunun
12:17 Bu şəxslərə Prezident təqaüdünün ödənilməsi qaydası MÜƏYYƏNLƏŞDİ Nazirlər Kabineti “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlara qulluq edən şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün ödənilməsi Qaydası”nı təsdiq edib. “I dərəcə əlilliyi olan şəxslərə və ya sağlamlıq imkanları məhdud 18 yaşınadək
19:24 Babəkin edam olunmasının ildönümü qarşısında Babəkin edam olunmasının ildönümü qarşısında (Babək martın 14-də edam olunub) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız. Bu gün “Türkel Araşdırma Qurumu”, hər vaxt ulusal dəyərlərimizi qoruyan, bu dəyərlərlə bağlı öz sevgisini, münasi­bətini ortaya qoyan aydınları yenidən bir

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az