t s

» » “Laçında kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar var“ - İqtisadçı deputat

“Laçında kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar var“ - İqtisadçı deputat

1-12-2020, 16:36 Yazar:  Samir Baxılıb: 63 Çap et
“Laçında kiçik və orta sahibkarlığın inkişafı üçün geniş imkanlar var“ - İqtisadçı deputat"Laçın strateji baxımdan əhəmiyyətli olduğu qədər iqtisadi və regional inkişaf baxımından da mühüm əhəmiyyətə malikdir. Laçın rayonu işğaldan azad olunmaqla Kəlbəcər-Laçın iqtisadi rayonunun ərazisi tamamlanıb".

Mediaxeberleri.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, YAP İcra katibliyinin təşkilat şöbəsinin müdiri Aydın Hüseynov deyib.

O qeyd edib ki, Kəlbəcər-Laçın iqtisadi rayonu Kəlbəcər, Laçın, Zəngilan, Qubadlı rayonlarını əhatə edir:

"Bu rayonlardan işğal altında qalan Laçin idi və bu gün artıq Laçın da Azərbaycana qaytarıldı və bu iqtisadi rayonun ərazisi tamamlanmış oldu. 30 ilə yaxın bir müddətdə işğal altında qaldığına görə bu iqtisadi rayoun geniş imkanlarından istifadə etmək olmurdu. Bu iqtisadi rayon geniş təbii sərvətlərə və iqtisadi imkanlara, o cümlədən kənd təsərrüfaının inkişafı üçün münbit torpaq sahələrinə malikdir. Bu iqtisadi rayon ərazisində qızıl, civə, xromit, mərmər, üzlük tikinti daşları koral, perlit və s. faydalı qazıntı ehtiyatları vardır. Burada İstisu, Minkənd, Tutqunçay kimi mineral bulaqlar, iqlim-balneoloji şərait, dağ meşələri kurort məqsədləri üçün istifadə edilə bilər. Eyni zamanda ərazinin mineral su yataqlı 8 yeraltı su yatağı mövcuddur. Onlardan 3,093 min m3/gün həcmində ehtiyata malik olan 7 yataq Kəlbəcər rayonunun və 4,300 min m3/gün həcminə malik olan 1 yataq Laçın rayonunun ərazisində yerləşir. Bütün bunlar rayonda geniş investisiya imkanları yaradır, kiçik və orta sahibkarlığın, turizmin inkişafı üçün geniş perspektivlər açır”.

Deputat əlavə edib ki, Kəlbəcər-Laçın iqtisadi rayonu ölkəmizdə digər iqtisadi rayonların da inkişafına öz töhfəsini verəcək: “Kəlbəcər-Laçın iqtisadi rayonu şimaldan Gəncə-Qazax iqtisadi rayonu ilə, şərqdən isə Yuxarı Qarabağ iqtisadi rayonu ilə əhatə olunur ki, bu da iqtisadi rayonların qarşılıqlı inkişafına imkan yaradır. Ümumilikdə Kəlbəcər-Laçın iqtisadi rayonunun fəaliyyətinin bərpa olunması ölkə iqtisadiyyatının inkişafına, ümumdaxili məhsulun artmasına mühüm töhfə vermiş olacaq”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
09:36 YAP kimlərin mandatını təhvil aldı - şok siyahı Hakim partiya namizədlərini açıqlandı, seçki başladı...; Noyabr seçkilərində iştirak edəcək şəxslər sırasında yeni adlar var; bir sıra biznesmen və tanınmış simalar iqtidarın siyahısından çıxarıldı; deputat olmaq istəyənlər rektorluq kürsüsü ilə vidalaşır... Sentyabrın 15-də Yeni Azərbaycan

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az