t s

» » Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI

Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDI

1-12-2020, 16:34 Yazar:  Samir Baxılıb: 82 Çap et
Azərbaycanda Qələbə paradı keçiriləcək - VAXT AÇIQLANDIAzərbaycan Silahlı Qüvvələrinin Vətən Müharibəsindəki tarixi qələbəsi münasibətilə Bakıda hərbi parad keçiriləcək.

Mediaxeberleri.az xəbər verir ki, paradın dekabrın 10-da Azadlıq Meydanında keçiriləcəyi planlaşdırılıb.

Ehtiyatda olan polkovnik, hərbi ekspert Şair Ramaldanov məsələ ilə bağlı bildirib ki, paradın tarixi barədə hələlik məlumatsızdır:

“Hazırda Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti parada hazırlaşır, gündəlik məşqlər gedir. Paradda iştirak edəcək Silahlı Qüvvələrin üzvləri bəllidir. Cənab Ali Baş Komandan hələ Azərbaycan Silahlı Qüvvələrinin 100 illiyi münasibətilə Bakıda təntənəli hərbi parad keçirilən zaman qələbə paradının anonsunu vermişdi və bildrmişdi ki, Azadlıq Meydanına qələbə bayrağı gətirəcəyik. Ona görə də parad mütləq olacaq, amma dəqiq hansı gündə bunu rəsmi qurumlar açıqlayacaqlar.”

Polkovnik Vətən Müharibəsində Ermənistandan hərbi qənimət kimi ələ keçirilən müxtəlif adda texnikanın hərbi paradda nümayiş olunacağını istisna etməyib:

“Paradda texnika nümayişi olacaq, amma hansı texnikadan neçə ədəd nümayiş etdiriləcək, bunu deyə bilmərəm. Sadəcə, onu deyə bilərəm ki, bu parad möhtəşəmliyilə seçiləcək, bu parada çatacaq parad olmayacaq”.

Ş.Ramaldanov budəfəki paradda aparıcılıq edəcəyilə bağlı sualımıza zarafatyana “aparıcılıq Azərbaycan vətəndaşına həvalə ediləcək, adının fərqi yoxdur”,- deyə bildirib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:35 Rəcəb Babaşov Böyük Vətən müharibəsi iştirakçılarını evlərində ziyarət etdi - FOTOLAR 9 May faşizm üzərində Qələbə günüdür. Bəşəriyyət üçün dəhşətli, faciəli fəlakətlər dövrü kimi yadda qalan İkinci Dünya müharibəsi həmin gün SSRİ-nin qələbəsi ilə başa çatıb və faşizm süqut edib. Bu gün fəxrlə söyləmək olar ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə mühüm töhfələr verib. Bu
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
12:48 Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə bağlı tədbir keçirildi Bu gün Ağstafada Dövlət Bayrağı Günü münasibəti ilə ümumrayon tədbiri keçirilmişdir. Mediaxeberleri.az xəbər verir ki, Yeni Azərbaycan Partiyasının inzibati binasının önündə Dövlət Bayrağı Günü ilə əlaqədar keçirilən tədbirdə Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı cənab Nizaməddin Quliyev,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
01:47 Qənimət Zahidə sərt ittihamlar: "Sənin dilini kəssəm neynəyəcəksən?..." "Mühacirlər" filminin müəllifi, hazırda Avropada mühacir həyatı yaşayan Laçın Məmişov facebook sosial şəbəkəsində "Azadlıq" qəzetinin baş redaktoru Qənimət Zahidə ünvanlanmış sərt ifadələr işlədib. Savash.org olaraq heç bir şərh vermədən, sözügedən statusdakı cümlələrə toxunmadan həmin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az