Azərbaycan Milli Konservatoriyasının "Muğam” kafedrasının müdiri, Xalq artisti Arif Babayevin koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.Məsələ ilə bağlı
Mediaxeberleri.az-a onun tələbəsi - Xalq artisti Mənsum İbrahimov açıqlama verib. Xanəndə yayılan məlumatın əsassız olduğunu deyib:
“Məncə, bu əsassız xəbərdir. Belə bir şey eşitməmişəm. Mən özüm arada zəng edib danışıram, səhhəti ilə maraqlanıram. Açığı 3-4 gündür danışmırıq, çünki tez-tez zəng edib narahat eləmək istəmirik. Bir neçə gün əvvəl danışanda özünü yaxşı hiss edirdi. Koronavirusa yoluxduğu haqda bir şey eşitməmişəm”.
Qeyd edək ki, 82 yaşlı sənətçi ötən il ağır əməliyyat keçirmiş, onun üçün İstanbuldan həkim gətirilmişdi.
Öz şərhini bildir: