t s

» » Kəlbəcərdən olan 2-ci Qarabağ qazisi: “Nəinki gözüm, canım da Vətənə qurbandır” – VİDEO

Kəlbəcərdən olan 2-ci Qarabağ qazisi: “Nəinki gözüm, canım da Vətənə qurbandır” – VİDEO

29-11-2020, 19:30 Yazar:  Samir Baxılıb: 230 Çap et
Kəlbəcərdən olan 2-ci Qarabağ qazisi: “Nəinki gözüm, canım da Vətənə qurbandır” – VİDEO
Bütövləşən Vətən naminə dəmir yumruğumuzu düşmənin başına endirdik, onu əzdik, Böyük Qələbə qazandıq. Qarabağ nisgili ilə dünyadan köçənlərimizin, şəhid oğullarımızın ruhları şad oldu…

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, şanlı Ordumuzun rəşadəti sayəsində yerə, göyə sığmayan Qələbə sevincini yaşayırıq. Həmrəy, möhkəm iradəli xalqımız 44 günlük Vətən müharibəsindən qalib ayrılan igid əsgər və zabitlərimizlə, qanını Vətən torpağına qarışdıran şəhidlərimizlə, qazilərimizlə fəxr edir…

Belə qazilərdən biri, Kəlbəcər rayon sakini, hal-hazırda Yevlax şəhərində məskunlaşan, 33 yaşlı Fətəliyev Xəyyam Yaqub oğludur. Vətən müharibəsində ağır yalandıqdan sonra, müalicə aldığı Hərbi Hospitalından evə dönərkən igid döyüşçümüzün ilk ziyarət etdiyi yer İkinci Qarabağ müharibəsində şəhid olan hərbiçilərimizin məzarı olub.

Bu barədə Qarabağ qazisi onu ziyarətə gələn bir qrup vətəndaşlarla söhbət əsnasında qeyd edib.

Xəyyamdan ağrıları barədə soruşanda cavab verdi ki, ən böyük ağrılı yerimiz düşmən tapdağında olan torpaqlarımız idi, ona da məlhəm tapdıq. Bədəndəki yaralar gec-tez sağalacaq. O cür partlayışın, odun-alovun içindən sağ çıxmışam, Allahıma şükür etməliyəm. Nəinki gözüm, canım da Vətənə qurbandır: “Heyfslənirəm ki, doğma ata-baba yurdum olan Kəlbəcər ərazisində gedən döyüşlərə qədər iştirak edə bilmədim. Təsəlli tapıram ki, sonda Kəlbəcər də, Qələbə də bizim oldu. Azərbaycan əsgəri tutduğu mövqeləri, yaşayış məskənlərini sonacan qoruyub saxlaya bildi, aciz, qorxaq erməni kimi döyüş meydanından qaçmadı, daim irəli addımladı, gücünü göstərdi, haqqını aldı…”.

Ziyarətə gələnlər qazinin müalicəsinin gedişi və sağlamlıq durumu ilə maraqlanıb, yaralıya mənəvi və maddi dəstək olublar.

Qarabağ qazisi ona göstərilən diqqət və qayğıya görə, hər kəsə dərin təşəkkürünü bildirib.

Qeyd edək ki, Fətəliyev Xəyyam 11 oktyabrda Suqovuşan kəndi istiqamətində gedən döyüşlərdə gözündən və bədənin müxtəlif yerlərindən çoxsaylı qəlpə yarası alıb.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

21:08 Qazaxda “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib - FOTOLAR Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. Mediaxeberleri.az
19:26 Bir gözümdən yaş, o birindən qan axırdı... – igid kəşfiyyatçının döyüş və həyat hekayəti Bir neçə başqa işinə görə həm də mənimlə görüşmək üçün Bakıya gəlirdi öz maşını ilə. Həm də sükan arxasında özü oturduğunu söylədi. Üzünə deməsəm də o durumda maşın sürə bilməsi mənə qəribə gəldi baş leytenantın. Düşündüm ki, neçə ola bilər, ayaq o vəziyyətdə, əl elə.... və adam Qazaxdan Bakıya
09:57 “Ata Sonevini Ziyarət Günü” Törənində deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə bu ilin Şölə Ayının 5-də Asif Atanın ölümündən 18 il ötdü. Mütləqə İnam Ocağı gələnəksəl olaraq bu tarixdə “Ata Sonevini Ziyarət Günü” Törənini (Ağstafa sonevliyində) gerçəkləşdirdi. Evladlar “Ataya səcdə yüksəkliyində Ata tələblərinə
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az