t s

» » “Keşlə” “Sabah”la heç-heçə etdi

“Keşlə” “Sabah”la heç-heçə etdi

29-11-2020, 16:55 Yazar:  Samir Baxılıb: 53 Çap et
“Keşlə” “Sabah”la heç-heçə etdi
Azərbaycan Premyer Liqasında XI turun daha bir oyunu keçirilib.

Mediaxeberleri.az
xəbər verir ki, “Keşlə” “ASK Arena”da “Sabah”la heç-heçə edib - 1:1.

Görüşdə bütün qollar ikinci hissədə vurulub. 54-cü dəqiqədə meydan sahibləri azlıqda qalıb. Con Kamara qırmızı vərəqə alaraq, meydandan qovulub.

4 dəqiqə sonra qonaqlar Kevin Kubembanın qolu ilə hesabı açıb. 85-ci dəqiqədə isə Sezar Meza Kolli tarazlığı bərpa edib. Bu heç-heçədən sonra xallarının sayını 13-ə çatdıran “Keşlə” 5-ci pillədə qalıb. Masazır təmsilçisi isə 10 xalla 6-cı sıradakı mövqeyini qoruyub.

Qeyd edək ki, turun ilk oyununda “Neftçi” evdə “Zirə” ilə qolsuz heç-heçə edib. Bu günün ikinci matçında “Qarabağ” “Səbail”in qonağı olacaq. Tura sabah keçiriləcək “Sumqayıt” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.Report




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:36 Azərbaycan Premyer Liqasında yeni mövsüm başlayır Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/2021 mövsümünə start veriləcək. Mediaxeberleri.az xəbər verir ki, bununla da ölkə çempionatındakı 165 günlük fasilə başa çatacaq. Yeni mövsümdən çempionat matçlarında koronavirus pandemiyasına görə bəzi məhdudiyyətlər olacaq. I turun oyunları
08:11 Bu gün "Neftçi" və "Keşlə" arasında yubiley oyunu keçiriləcək Bu gün Azərbaycan Premyer Liqasında V turun daha bir oyunu keçiriləcək. "Report"un məlumatına görə, "Bakcell Arena"da "Neftçi" "Keşlə"ni sınağa çəkəcək. Saat 18:30-da başlanacaq görüşün baş hakimi İnqilab Məmmədov olacaq. Dörd turdan sonra "Keşlə" 6 xalla 4-cü, "Neftçi" 4 xalla 6-cı pillədə
14:10 Azərbaycan Premyer Liqasında növbəti oyunlar - AFİŞA Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXII tura start veriləcək. Mediaxeberleri.az xəbər verir ki, ilk oyun günündə Bakıda iki qarşılaşma keçiriləcək. Açılış matçında "Zirə" "Səbail"i qəbul edəcək. Zirə İdman Kompleksinin stadionunda təşkil olunacaq qarşılaşmanı Vüqar Həsənlinin
22:56 Azərbaycan çempionatı: 2 oyunda 8 qol Bu gün Topaz Premyer Liqasında XI tura start verilib. Mediaxeberleri.az xəbər verir ki, ilk oyun günündə iki görüş keçirilib. Əvvəlcə son iki mövsümün debütantları "Sabah" və "Səbail" üz-üzə gəlib. Oyun Premyer Liqa təcrübəsi daha çox olan "Səbail"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
09:13 Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub Futbol üzrə Azərbaycan Premyer Liqasında V tura yekun vurulub. “Report” xəbər verir ki, turun sonuncu matçında “Qarabağ” doğma azarkeşlər önündə “Qəbələ” ilə üz-üzə gəlib. Ağdam təmsilçisi görüşdə rəqibini 4:1 hesabı ilə darmadağın edib. Qarşılaşmada ilk qolu 30-cu dəqiqədə Abdullah Zubir vurub.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az