t s

» » Biləsuvarda şəhid gizir dəfn edilib

Biləsuvarda şəhid gizir dəfn edilib

29-11-2020, 16:47 Yazar:  Samir Baxılıb: 93 Çap et
Biləsuvarda şəhid gizir dəfn edilib
Vətən Müharibəsində torpaqlarımızın azadlığı uğrunda canından keçən Azərbaycan Ordusunun hərbi qulluqçusu, şəhid Əlizadə Nəriman Nurəhməd oğlunun nəşi doğulduğu Biləsuvar şəhərinə gətirilib.

"Report"un Muğan bürosunun məlumatına görə, 44 günlük Vətən Müharibəsində şəhid olan N.Əlizadə ilə yaşadığı evində vida mərasimi keçirilib.

Vida mərasimində şəhidin ailə üzvləri, yaxınları, Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, digər rəsmi şəxslər, eləcə də rayonun ictimaiyyət nümayəndələri və sakinləri iştirak ediblər.

Vida mərasimindən sonra şəhid Biləsuvar şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimindən sonra şəhid gizirin şücaətindən söz açılıb, onun düşmənə qarşı göstərdiyi qəhrəmanlığı haqqında məlumat verilib. Qeyd olunub ki, 30 ilə yaxın müddət ərzində işğal altında olan torpaqlar məhz Ali Baş Komandanın rəhbərliyi altında Azərbaycan əsgərinin yüksək döyüş qabiliyyəti nəticəsində azad olunub.

Həmçinin bildirilib ki, şəhid N.Əlizadənin və ümumiyyətlə, İkinci Qarabağ Müharibəsində şəhid olan hərbçilərimizin qanı yerdə qalmayıb və Azərbaycan Ordusu şəhid hərbçilərimizin qisasını elə döyüş meydanında alıb.

Allah rəhmət eləsin!

Biləsuvarda şəhid gizir dəfn edilib




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:55 İcra Başçısı Mühüd Orucovun doğum günündə ailəsini ziyarət edib İcra başçısı və hüquq-mühafizə orqanlarının rəhbərləri Aprel şəhidi kapitan Mühüd Orucovun doğum günündə ailəsini ziyarət ediblər Yaşasaydı... bu gün 36 yaşı tamam olacaqdı "Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Uzun illər
20:45 İcra başçısı aprel şəhidlərinin məzarını ziyarət edib - FOTOLAR Azərbaycanın hərb tarixinə “4 günlük müharibə” və ya “Aprel döyüşləri” kimi yazılan şanlı tarixi qələbəmizdən 4 il ötür. Aprel döyüşləri zamanı Qazax rayonunun 3 nəfər igid oğlu Fərəhli kəndindən kapitan Orucov Mühüd Qurban oğlu, Yuxarı Salahlı kəndindən baş leytenant Namazov Elvin Məmməd oğlu və
08:48 Qazaxda geniş tərkibli Şura iclası keçirilib - FOTO Dünən Qazax rayonunda fevralın 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında iqtisadi və sosial məsələlərlə bağlı keçirilən müşavirə ilə əlaqədar geniş tərkibli Şura iclası keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Gənclər Mərkəzində keçirilən iclasda Qazax Rayon İcra
09:42 “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirilib Biləsuvarda rayonunun yaradılmasının 85 illik yubileyinə həsr olunmuş “Biləsuvar – 85” kitabının təqdimat mərasimi keçirildi. Mediaxeberleri.az xəbər verir ki, tədbirdə Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı Mahir Quliyev, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az