t s

» » Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO

29-11-2020, 02:27 Yazar:  Samir Baxılıb: 221 Çap et
Peşəkar boksçumuz ABŞ-da rinqə “Karabakh is Azerbaijan” forması ilə çıxıb - VİDEO
Xəbər verdiyimiz kimi, həvəskar boks millimizin sabiq üzvü, üçqat dünya və Avropa çempionu, Olimpiya mükafatçısı Məhəmmədrəsul Məcidov peşəkar rinqdə məğlubedilməzliyini qoruyub saxlayır.

34 yaşlı dağıstanlı idmançı ABŞ-ın Florida ştatının Hollivud şəhərində keçirilmiş boks gecəsində Puerto Riko təmsilçisi Saret Delqado ilə döyüş üçün rinqə “Karabakh is Azerbaijan” (“Qarabağ Azərbaycandır”) və “Pray for Ganja” (“Gəncə üçün dua et”) sözləri yazılmış qara formada gəlib.

Boksçu üçüncü raundun 40-cı saniyəsində rəqibini texniki nokauta salıb.


Qeyd edək ki, Məhəmmədrəsul Məcidov dağıstanlı olsa da, həvəskar boksda olduğu kimi, peşəkar karyerasında da döyüşə Rusiya yox, Azərbaycan bayrağı ilə çıxır. O, daha əvvəl – ötən il Ed Fauntini (ABŞ) və Tom Litlı (Böyük Britaniya) məğlub edib.





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:00 "Xınalıq”, “Keşikçidağ” və “Atəşgah məbədi” ilə bağlı QƏRAR VERİLDİ Nazirlər Kabineti “Azərbaycan Respublikasının “Xınalıq” Dövlət tarix-memarlıq və etnoqrafiya qoruğunun, “Keşikçidağ” Dövlət tarix-mədəniyyət qoruğunun və “Atəşgah məbədi” Dövlət tarix-memarlıq qoruğunun əsasnamələrinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci
23:04 Məhəmmədrəsul Məcidovdan növbəti qələbə - Peşəkar rinqdə (VİDEO) Azərbaycanın Dağıstan əsilli peşəkar boksçusu Məhəmmədrəsul Məcidov növbəti dəfə rinqə çıxıb. Həvəskarlar arasında üçqat dünya çempionu peşəkar rinqdə ikinci görüşündə Böyük Britaniya təmsilçisi Tom Littl ilə üz-üzə gəlib. Superağır çəkidəki boksçular arasında baş tutuan peşəkar döyüşdə 33 yaşlı
14:08 Gəncə-Qazax istiqaməti üzrə “Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş Qazaxdan start götürüb Bu gün Qazax Rayon İcra Hakimiyyətinin və Azərbaycan Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri İctimai Birliyinin birgə təşkilatçılığı ilə “Qarabağ Azərbaycandır!” devizi altında təşkil olunan avtoyürüş Qərbin qapısı sayılan Qazaxdakı Şəhidlər xiyabanından start götürüb. Şəhərin
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
02:15 “Baku Fires” Puerto Riko komandasını da məğlub edib Bu gün Quba Olimpiya İdman Kompleksində “Baku Fires” və “Puerto Riko Hurricanes” komandaları arasında keçirilən qarşılaşmada boksçularımız 4:1 hesabı ilə qələbə qazanıblar. APA-nın şimal bürosunun verdiyi məlumata görə, Dünya Boks Seriyası (WSB) Liqasının 6-cı turu çərçivəsində keçirilən görüşdə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az