t s

» » Bu ərazilərdə ev tikməyin - Nazirlikdən XƏBƏRDARLIQ

Bu ərazilərdə ev tikməyin - Nazirlikdən XƏBƏRDARLIQ

22-02-2015, 20:42 Yazar:  Aygün Baxılıb: 567 Çap et
Bu ərazilərdə ev tikməyin - Nazirlikdən XƏBƏRDARLIQEkologiya və Təbii Sərvətlər Nazirliyi ölkə üzrə ən təhlükəli sürüşmə zonalarını açıqlayıb. Bu sürüşmə zonaları hansılardır və mütəxəssislər harada ev tikməyi məsləhət görmürlər?

Bakıda ən çox sürüşmə təhlükəsi olan ərazi Suraxanı rayonunun Zığ qəsəbəsidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, ölkə üzrə mövcud olan 37 sürüşmə zonasından 10-u Abşeron yarımadasında yerləşir. Ən təhlükəli sürüşmə isə məhz Zığ qəsəbəsi ərazisindədir. Nazirlik Zığ ərazisində ev tikmək istəyənləri diqqətli olmağı çağırıb.

Zığ ərazisinə həm yağıntının daha çox düşməsi, həm də insan fəaliyyəti nəticəsində yaranan səbəblər bu ərazidə tikinti aparılmasını demək olar ki, mümkünsüz edib...Qəsəbə ərazisində yay fəsli istisna olmaqla sürüşmə təhlükəsi qalan 3 fəsildə aktual olaraq qalır.

Ancaq təhlükələrə baxmayaraq Zığ qəsəbəsi ərazisində ev tikməyə davam edənlər yenə də var. Mütəxəssislər isə bildirir ki, kimsə ev tikirsə onun qarşısını almaq qanunla mümkün deyil. Ekspertlər yalnız tövsiyyə verə bilər bu məsələ ilə bağlı...

Hazırda Ekologiya və Təbii Sərvətlər nazirliyi Zığ qəsəbəsi ərazisindəki sürüşmə yerlərinin fotoplanını hazırlayır. Fotoplan bütün aidiyyatı qurumlara da göndəriləcək ki, vətəndaşlar ev tikməzdən qabaq ərazi barədə məlumat ala bilsinlər.

Ölkə üzrə ən riskli sürüşmə zonaları isə Lənkəran-Lerik yolunun 17-ci, 29 və 40-cı kilometrlikləri, Quba-Xınalıq yolunun 38-ci kilometrliyi və Ağsu aşırımı hesab olunur.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:43 Bakı qara təslim oldu: qaz, işıq, su olmayan rayonlar... Dünən günün ikinci yarısından Bakıda başlayan qar və çovğun paytaxtın elektrik, qaz, su təsərrüfatında da qəzalara səbəb olub. Bakı və ətraf qəsəbələrin əksəriyyətində qaz, işıq və suyun kəsilməsi müşahidə olunur. Bu kəsintilər dünən axşam saatlarından başlayıb. Ən əsas problem isə işıqla
13:02 Sinoptiklərdən hava müjdəsi Fevralın 23-dən başlayaraq Azərbaycan ərazisində, o cümlədən paytaxt Bakıda hava şəraiti mülayimləşəcək. Bu barədə Axar.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosundan məlumat verilib. Məlumata görə, bu gün gündüz
14:06 Sulu qar və qar yağacağı gözlənilir Nazirlik xəbərdarlıq edir: Hava kəskin soyuyacaq Temperatur 0 dərəcəyədək aşağı düşəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycan ərazisində kəskin hava şəraiti ilə bağlı ilkin xəbərdarlıq yayıb. Nazirliyin Milli Hidrometeorologiya Departamentindən Mediaxeberleri.az-a verilən məlumata
20:19 Qanunsuz ovlanmış balıqların satılmasının qarşısının alınmasında ciddi çətinliklər var Nazirlik qanunsuz balıq ovu ilə məşğul olan şəxsləri 157 763 manat məbləğində cərimə edib. Bu barədə Mediaxeberleri.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyindən məlumat verilib. Nazirlik yol kənarında balıq məhsullarının satışını həyata keçirən şəxslərdən də danışdı: “Eyni zamanda, qanunsuz
00:55 Xəbərdarlıq - qar gəlir Hava kəskin dəyişir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti gözlənilən hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb. Departamentdən verilən məlumata görə, mülayim hava şəraitindən sonra fevralın 17-dən ikinci ongünlüyün sonunadək ölkə ərazisində hava

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az