t s

» » 27 il çap edilən “Polis” qəzeti fəaliyyətini dayandırdı

27 il çap edilən “Polis” qəzeti fəaliyyətini dayandırdı

26-11-2020, 16:33 Yazar:  Samir Baxılıb: 63 Çap et
27 il çap edilən “Polis” qəzeti fəaliyyətini dayandırdıBakı Şəhər Baş Polis İdarəsi tərəfindən 1993-cü ildə təsis edilmiş “Polis” qəzeti fəaliyyətini dayandırıb.

Mediaxeberleri.az xəbər verir ki, qəzet Daxili İşlər Nazirliyinin daxili təşkilati məsələsinə görə dərc edilməyəcək.

Qeyd edək ki, qəzet beş minə yaxın nüsxə ilə həftədə bir dəfə (cümə günü) Azərbaycan dilində nəşr olunurdu.

Bakı Şəhər Baş Polis İdarəsinin “Polis” qəzetinin ideyaları Daxili İşlər Nazirliyi tərəfindən 1933-cü ildə təsis edilmiş “Mübariz keşikdə” qəzetində davam etdiriləcək.

Belə ki, adıçəkilən qəzet polisin fəaliyyət prinsiplərini (insan və vətəndaş hüquqlarına, azadlıqlarına hörmət, qanunçuluq, humanistlik) və istiqamətlərini (ictimai qaydaların qorunması, ictimai təhlükəsizliyin təmin edilməsi, cinayətlərin, digər hüquqpozmaların qarşısının alınması və açılması, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi) əsas götürərək, polislə vətəndaşlar arasında şəffaf əlaqələrin yaradılmasına xidmət edir.

Bu barədə ilk məlumatı APA yayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:21 Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti 1958-ci ildə Laçın rayonunda anadan olmuşdur.1977-ci ildə Gəncə şəhər baza inşaat texnikomunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı İnsitutunu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti ) bitirmişdir.1977-1979-cu illərdə hərbi xidmərdı olmuşdur.SOV.İKP.MK-nin 16 mart, Azərb. KP.
22:24 Nazir: Cəbhədə döyüşlər zamanı polisin üzərinə mühüm vəzifələr düşür DİN-də kollegiya iclası keçirilib. Aprelin 8-də Daxili İşlər Nazirliyində (DİN) “Uçot-qeydiyyat intizamına riayət edilməsi”nin, “Mülkiyyət əleyhinə olan, xüsusən soyğunçuluq, quldurluq və avtonəqliyyatın qaçırılması cinayətlərinin qarşısının alınması və açılması"nın, həmçinin “Cinayətlərin
19:12 Baş redaktor həyacan təbili çaldı: "Həbsimə sayılı günlər qalıb..." "Gündəm xəbər" qəzetinin təsisçisi və baş redaktoru Şirin Cəfəri həbsinə sayılı günlər qaldığını bildirib. Baş redaktorun Savash.org-a verdiyi məlumata görə, artıq proses özünün arzuolunmaz sonluğuna yaxınlaşır: "Mənim həbsimə heç bir əsas yoxdur. Vergilər Nazirliyinin barəmdə çıxardığı 71428
01:38 Baş redaktor ölkə rəhbərliyinə müraciət etdi “Gündəm Xəbər” qəzetinin təsisçisi Şirin Cəfəri ölkə rəhbərliyinə müraciət edib. Müraciəti olduğu kimi təqdim edirik: Məlum olduğu kimi bu gün Azərbaycanda fəaliyyət göstərən əksər mətbu orqanlara qarşı bəzi dövlət məmurları tərəfindən təzyiqlər, yaxud da bu və ya digər formada basqılar hələ də

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az