t s

» » Türk ordusunun “Şah Fırat” əməliyyatı - Video

Türk ordusunun “Şah Fırat” əməliyyatı - Video

22-02-2015, 20:34 Yazar:  Məmməd Məmmədov Baxılıb: 752 Çap et
Türk ordusunun “Şah Fırat” əməliyyatı - Video"Süleyman Şahın nəşi Suriya ərazisində daha təhlükəsiz bir məkana aparılıb"

Türkiyə ordusu bu gecə tarixi əməliyyatını həyata keçirib. Suriyada gedən döyüşlərdə bu ərazidə olan şah Süleyman məqbərəsini itirmək istəməyən rəsmi Ankara qoşunlarını Suriya sərhədinə yeridib.

Türkiyə ordusu bu gecə Suriyaya daxil olub. Suriyaya daxil olan Türkiyə ordusunun məqsədi 8 aydır İŞİD tərəfindən mühasirə saxlanılan Osmanlı şahı Süleyman Şahın türbəsini azad etmək olub. Türbənin azad edilməsinə hazırlanan “Şah Fırat” adlı əməliyyata 39 tank, 100 hərbi maşın və 572 əsgər cəlb edilib.

Əməliyyat üçün Türkiyə Hərbi Hava Qüvvələri hazır vəziyyətə gətirilsə də, hava hücumuna ehtiyac qalmayıb. Türkiyə ordusu gecə saatlarında türbənin yerləşdiyi əraziyə çatıb.

Türkiyə ordusu İŞİD-in sərt müqavimətiti ilə qarşılaşıb. Uzun sürən atışmadan sonra ordu həm mühasirədə saxlanılan türbəni qoruyan türk əsgərlərini, həm də Süleyman Şahın nəşini ordan çıxara bilib. Əməliyyatın gedişatına Silahlı Qüvvələrin Baş Qərargah rəisilə birlikdə Baş nazir Əhməd Davudoğlu da rəhbərlik edib.

“Saat 9-da eyni anda iki əməliyyat həyata keçirilib. Birinci əməliyyat Mürşitpınardan Suriya ərazisinə daxil olaraq Süleyman Şah türbəsinə daxil olub. Eyni zamanda digər bölmələrimiz isə Eşmə adlanan bölgəyə daxil olaraq yeni türbə üçün yeri nəzarət altına alıb”- deyə Türkiyənin baş naziri Əhməd Davudoğlu bildirib.

Nazir vurğulayıb ki, Süleyman Şahın nəşi elə Suriya ərazisində daha təhlükəsiz bir məkana aparılıb və ora Türkiyə bayrağı sancılıb.
ans





www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:08 Türkiyə ordusu Suriyaya girdi – Son dəqiqə Türkiyə Silahlı Qüvvələrinə məxsus ordu qüvvələri Suriya sərhədini Axar.az Rudav-a istinadən bildirir ki, silahlı qüvvələrin təxminən 40-a yaxın tankı ötən gecə Süleyman Şah Türbəsində keşik çəkən əsgərlərin azad edilməsi üçün Suriya torpaqlarına daxil olub. Hərbi əməliyyat nəticəsində 40-a
13:47 Hakimiyyət hansı rayon icra başçılarının qələmini qırıb – Süleyman İsmayılovun sadaladığı faktlar anonsdur – Qara siyahının ilk ONLUĞU Ağstafa, Astara, Göygöl, Laçın, Masallı və Neftçala rayon icra başçıları vəzifələrindən ilk olaraq alınacaq Azərbaycanda parlament seçkiləri ərəfəsində bir çox rayonların icra hakimiyyətlərinin başçılarının əvəzlənəcəyi gözlənilir. Qarşıdakı iki ayda haqlarında daha çox narazılıqların eşidildiyi
12:05 Ankara İrəvanı qucağına alır Azərbaycan Türkiyə münasibətləri ciddi pisləşə bilər Ermənistana Rusiya ilə əməkdaşlıqdan dəymiş zərəri Türkiyə ilə əməkdaşlıq aradan qaldırı bilər. Mediaxeberleri.az xəbər verir ki, anspress-in məlumatına görə, bu barədə Ermənistanda fəaliyyət göstərən regional tədqiqatlar mərkəzinin rəhbəri

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az