t s

» » “EU Reporter”: “Qarabağda beynəlxalq investisiya təşkilatları üçün səhv düzəltmək şansı”

“EU Reporter”: “Qarabağda beynəlxalq investisiya təşkilatları üçün səhv düzəltmək şansı”

21-11-2020, 20:33 Yazar:  Samir Baxılıb: 61 Çap et
“EU Reporter”: “Qarabağda beynəlxalq investisiya təşkilatları üçün səhv düzəltmək şansı”
Avropanın nüfuzlu “EU Reporter” analitik portalı “Dağlıq Qarabağ sualına cavab” adlı məqalə yayıb.

ABŞ-ın Baltimor Universitetinin İctimaiyyət və Beynəlxalq Əlaqələr Məktəbinin icraçı direktoru, professor İvan Saşa Şihanın yazdığı məqalədə dünya güclərinin on illərdir Ermənistan-Azərbaycan münaqişəsinin həlli istiqamətində səylər göstərməsinə baxmayaraq, hansısa bir irəliləyişə nail olmaq üçün davamlı təzyiq göstərmədiklərini bildirir.

Qeyd edir ki, belə bir şəraitdə Ermənistanla Azərbaycan arasında uzun müddətdir davam edən bu münaqişənin danışıqlar masası arxasında deyil, məhz döyüş meydanında həll olunması qaçılmaz idi və keçən həftə imzalanmış tarixi sülh razılaşması da bunu bir daha sübut etdi.

Məqalədə imzalanmış sülh razılaşmasına istinadla qeyd edilir ki, bu sənədə əsasən Azərbaycan öz suveren ərazisini bərpa edir. Ermənistanın işğalçı qüvvələri Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədlərindən geri çəkilir və bu ərazilərə sülhməramlı qüvvələr daxil olur. Azərbaycanlı məcburi köçkünlər Qarabağ ərazisinə və ona bitişik rayonlara qayıdırlar.

Məqalədə ədalətin bərpa olunduğu bildirilir. Müəllif vurğulayır ki, beynəlxalq ictimaiyyət münaqişə ilə bağlı vəziyyətin bu nöqtəyə çatması üçün qan tökülməsini tələb edən şəraitin yaradılmasına görə utanmalıdır. Çünki əgər vaxtında razılaşdırılmış beynəlxalq diplomatik təzyiqlər həyata keçirilsəydi, eyni nəticəni əldə etmək mümkün olardı.

Müəllif qeyd edir ki, uğurlu hərbi gedişləri ilə Ermənistan silahlı qüvvələrini 30 ilə yaxın müddətdə işğal altında saxladığı ərazilərdən geri çəkilməyə məcbur etməsi nəticəsində Azərbaycan regionda yeni reallıq yaratdı.

Vurğulanır ki, son aylarda baş verən hadisələr bütün dünyanın diqqətini Cənubi Qafqaza yönəltdi, bu regionun necə strateji əhəmiyyət daşıdığı bir daha özünü göstərdi. Cənubdan İran, şimaldan isə Rusiya ilə həmsərhəd olan Azərbaycan Asiya ilə Avropanı birləşdirən körpü rolunu oynayır.

Bu ərazidən təkcə yeni dəmir yolu xətləri deyil, həm də Avropanın əsas enerji mənbələrindən biri olan, Azərbaycanın Xəzər dənizində yerləşən yataqlarından daşınan neft və qaz boru kəmərləri keçir. Həm qədim, həm də XXI əsr İpək Yollarının üzərində yerləşməklə bu bölgə istər xəritədəki geoiqtisadi mövqeyindən, həm də öz təbii ehtiyatlarından səmərəli istifadə etməklə dünyanın iqtisadi mərkəzlərindən birinə çevrilə bilər.

Beynəlxalq diplomatik dairələrin bu bölgədəki fəaliyyəti uğursuz olub, indi beynəlxalq investisiya təşkilatlarının həmin səhvi düzəltmək vaxtı gəlib çatıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:48 ERMƏNİSTAN-AZƏRBAYCAN MÜNAQİŞƏSİNİN NİZAMLANMASINA DAİR AVROPANIN MÖVQEYİ Müəllif burada bilərəkdən “Dağlıq Qarabağ münaqişəsi” terminindən istifadə etmir, çünki iki dövlət arasında qarşıdurmanın məzmunu Azərbaycanın Qarabağ separatçıları ilə mübarizəsindən daha genişdir və tarixən dərindir. Müstəqil dövlətə qarşı törədilmiş erməni təcavüzü nəticəsində həmin dövlətin
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
23:55 Ermənilər necə dövlət qurdu? - Təcavüz tarixi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi
09:59 Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırımı siyasətinin mərhələləri Ermənilərin Azərbaycan torpaqlarına köçürülməsi Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az