t s

» » “Rusiya hər iki tərəfi razı salmaq istəyir” - Partiya sədri

“Rusiya hər iki tərəfi razı salmaq istəyir” - Partiya sədri

21-11-2020, 14:59 Yazar:  Samir Baxılıb: 93 Çap et
“Rusiya hər iki tərəfi razı salmaq istəyir” - Partiya sədriBu gün Rusiyanın müdafiə naziri Sergey Şoyqunun rəhbərlik etdiyi nümayəndə heyəti Ermənistana səfər edib. Yaxın günlərdə Rusiyanın xarici işlər naziri Sergey Lavrov, Baş nazir müavinləri Aleksandr Novak və Aleksey Overçukun da bu ölkəyə səfəri gözlənilir.

Maraqlıdır, niyə Rusiya böyük heyətlə Ermənistana getməyə ehtiyac duyub? Ümumiyyətlə, bu səfər münaqişənin nizamlanmasına necə təsir göstərəcək?

Milli Cəbhə Partiyasının sədri, Milli Məclis deputatı Razi Nurullayev Yenisabah.az-a açıqlamasında bildirib ki, eyni nümayəndə heyəti həm də Azərbaycana da səfər edəcək:

“Mən bu barədə araşdırmışam, müəyyən məsələləri özüm üçün aydınlaşdırmaq istəmişəm. Onlar Azərbaycan rəhbərliyi ilə də görüşəcəklər, noyabrın 10-da imzalanan üçtərəfli bəyanatın müqddəalarının həyata keçirilməsi üçün lazım olan şərtləri müzakirə edəcəklər. Şərtlərə hər iki tərəfin sadiq olmasını istəyirlər. Onlar yəqin ki, Qarabağın həm ermənilər yaşayan hissəsində, həm də Azərbaycan hissəsində Rusiya dövlətinin hansı addımlar ata biləcəyi ilə bağlı məsələləri müzakirə edəcəklər ki, orada olan dağıntıların daha tez həll yolu tapılsın və bu humanitar fəlakət aradan qaldırılsın”.

Millət vəkili Rusiya səfərinin münaqişənin nizamlanmasına hər hansısa mənfi təsir göstərməyəcəyini vurğulayıb:

“Rusiya bu məsələdə sülhməramlı missiyasını üzərinə götürüb, marağındadır ki, onun iştirakı ilə imzalanan üçtərəfli bəyanatın müddəaları hərfilə yerinə yetirilsin və tərəflər arasında yeni münaqişələr əmələ gəlməsin. Çünki Rusiyanın sülhməramlıları, Rusiya dövləti haqqında dünyada fikir heç də birmənalı deyil. Hər kəs düşünür ki, Rusiya hara gedirsə, oraya dağıntı, fəlakət aparır. Rusiya da təbii ki, bütün bunlardan məlumatlıdır və mənə elə gəlir ki, Rusiya bunun tamamilə əksini Azərbaycanda sübut edəcək. Onlar əllərindən gələni edəcəklər ki, sülhməramlı missiyaları uğurlu olsun və heç bir tərəfi narazı salmasınlar. Hər halda bizim üçün məsələnin maraqlı olan tərəfi bundan ibarətdir ki, Azərbaycanın ərazi bütövlüyü bərqərar olur və bundan sonra nələr baş verəcəksə, hər bir şey Azərbaycanın ərazi bütövlüyü çərçivəsində olacaq. Amma birmənalı olaraq burada Dağlıq Qarabağın statusundan söhbət gedə bilməz. Bu məsələ birdəfəlik bağlanıb”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:17 Əli Kərimli xahiş etdi ki, məni onunla görüşdür - Rauf Arifoğlu SENSASİON SİRLƏRİ AÇDI (MÜSAHİBƏ) Azloqos.eu saytının rəhbəri, tanınmış yazıçı-jurnalist Ələkbər Əlyev "Yeni Müsavat" media qrupunun təsisçisi və baş redaktoru Rauf Arifoğludan geniş müsahibə alıb. Mediaxeberleri.az həmin müsahibəni oxucularına təqdim edir: - Rauf bəy, yaxın günlərdə “Yeni Müsavat”ın 30-illik yubileyini qeyd
14:22 AXCP sədri Razi Nurullayev: "Hakimiyyət bizim proqramdan istifadə etdi, amma..."- MÜSAHİBƏ AXCP sədri: "Hakimiyyətin içərisində Əli Kərimlini saxlayan qüvvələr var" Mediaxeberleri.az AXCP sədri Razi Nurullayevin Modern.az saytına müsahibəsini təqdim edir. -Razi bəy, son zamanlar görünmürsünüz. Deyəsən işləriniz çoxdur. -Əksinə, mən çox görünürəm. Əslində mənim problemim elə çox
16:01 “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısında deyilmiş fikirlər Ocaq Günsırası ilə 28 Od Ayı, 37-ci ildə (iyul, 2015) İnam Evində “Uluyol-Hünər” Ailəsinin “Ailə Günü” toplantısı keçirildi. Öncə Ailə Gününün quralları yerinə yetirildi. Sonra
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az