t s

» » Həftəsonu hansı taksilər fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

Həftəsonu hansı taksilər fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA

21-11-2020, 13:40 Yazar:  Samir Baxılıb: 57 Çap et
Həftəsonu hansı taksilər fəaliyyət göstərəcək? - RƏSMİ AÇIQLAMA"Xüsusi karantin rejiminin davam edəcəyi dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksilər Bakıda heç bir məhdudiyyət olmadan fəaliyyət göstərə bilərlər"

Mediaxeberleri.az xəbər verir ki, bunu Bakı Nəqliyyat Agentliyinin (BNA) mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

Onun sözlərinə görə, qanunvericiliyin tələbinə uyğun olaraq sənədləri qaydasında olan sürücülər də fərqlənmə nişanı almaq üçün BNA-ya müraciət edə bilərlər.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova isə bildirib ki, dekabrın 28-nə qədər rayon taksilərinə fərlənmə nişanı verilməyəcək: “Nazirlər Kabinetinin qərarına uyğun olaraq mart ayından etibarən şəhərlərarası və rayonlararası ictimai nəqliyyat fəaliyyət göstərmir. Qərarda giriş-çıxış yasağı göstərilən regionlara da taksilərin getməsi qadağandır. Bu tək həftəsonlarına aid deyil, həftənin bütün günlərinə aiddir. Amma son qərar bu oldu ki, dekabrın 28-nə qədər fərqlənmə nişanı olan taksi sürücüləri bütün regionlarda xidmət göstərə biləcəklər. Amma fürsətdən yararlanma halları ola bilər. Tutaq ki, ictimai nəqliyyat həftəsonları işləmir. İndiyə qədər qeyri-qanuni fəaliyyət göstərmiş taksi sürücüləri, avtonəqliyyat vasitələrinin sürücüləri istəyəcəklər ki, gəlsinlər fərqlənmə nişanı alsınlar. Çünki iznli taksilər fərqlənmə nişanlı taksilərdir. Onlarla bağlı da biz bildirdik ki, həmin şəxslər fərqlənmə nişanını dekabrın 28-nə qədər ala bilməyəcəklər. O şəxslərin fərqlənmə nişanı yenilənəcək ki, onlar mütəmadi fərqlənmə nişanı alıblar. Misal üçün, vaxtı bitib və dəyişir. Amma yeni almaq istəyənlərin müraciətinə baxılmayacaq”.

DANX sözçüsü hesab edir ki, təmsil etdiyi qurumun verdiyi bu qərar haqsız rəqabətə və qiymət artımına şərait yaratmayacaq: “Onsuz da qeyri-rəsmi taksi fəaliyyəti göstərənlər dövlət büdcəsindən yayınanlardır və qanuni taksi fəaliyyəti göstərməyən taksi xidməti göstərən vətəndaşlardır. Onlar istədikləri qiyməti qoyur. Əslində taksi ilə bağlı qiymət senzi yoxdur deyə, orda hansısa tarif yoxdur. Bu dəqiqə taksilərdə qiymətlə bağlı hər-hansı məsələdən danışmaq tez olar. Çünki marşrut xətlərində konkret tarif şurasının qiymətləridir, amma taksilərlə bağlı konkret qiymət yoxdur. Taksi sürücüsünə niyə qiymətləri qadlrırısan deməyə əsas verən hər-hansı qanunvericilik sənədi yoxdur. Təbii ki, ümumi nəzarət olunur ki, vətəndaşları onların alıcılıq qabiliyyəti nəzərə alınsın.

Pandemiya ilə bağlı olaraq məhdudlaşdırma o deməkdir ki, işə gedən vətəndaşın maşını yoxdursa, işə gedib-gələ bilsin. Bunun üçün rəsmi fəaliyyət göstərən taksilər kifayət qədərdir. Yəni qiymət artımından, inhisardan söhbət gedə bilməz. Amma digər sürücülər, hansı ki, indiyə qədər adam daşıyırdılar, qeyri-rəsmi fəaliyyət göstərirdilər, onların fərqlənmə nişanı almasına ona görə, icazə vermirik ki, bu sayı artırmayaq. Küçədə avtonəqliyyat vasitələrinin sayı artmasın. Amma digər avtonəqliyyat vasitələri, rəsmi taksilər kifayət qədərdir, hətta hesablamalarımıza görə, bu dəqiqə sərnişin axınını tənzimləmək üçün həddindən çoxdur”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

10:45 Vüsal Kərimli BACARMADI... - İTTİHAM Hazırda fəaliyyətindən ciddi narazılıq edilən strukturlar siyahısında “liderliyi” Bakı Nəqliyyat Agentliyi (BNA) tutur desək, yanılmarıq. Yaradılma səbəbi əslində paytaxtın nəqliyyat xaosuna son vermək olan bu qurum gözləntiləri nəinki doğrultmadı, əksinə indi bu sektordakı vəziyyətin daha bərbad
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:15 Bakı Nəqliyyat Agentliyinin baş direktoru: “Libasımı dəyişib xəlvətcə reydlərə çıxıram” - MÜSAHİBƏ Vüsal Kərimli: “Çalışırıq ki, sürücülər vətəndaşları 30 qəpik olaraq yox, insan kimi görsünlər”. “Sosial şəbəkələrdən istifadə edirəm, amma öz adımla deyiləm” Bakı Nəqliyyat Agentliyinin (BNA) baş direktoru Vüsal Kərmli ictimai nəqliyyatdakı mövcud vəziyyət, problemlər və onların həlli yolunda
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az