t s

» » Qazax rayon polis şöbəsinin rəisi yaralı əsgərlərə baş çəkib

Qazax rayon polis şöbəsinin rəisi yaralı əsgərlərə baş çəkib

20-11-2020, 07:54 Yazar:  Samir Baxılıb: 622 Çap et
Qazax rayon polis şöbəsinin rəisi yaralı əsgərlərə baş çəkib
Bu gün hər birimiz fəxarətlə, qürurla söylədiyimiz o tarixi Qələbəni bizlərə bəxş edən Ali Baş Komandana, şəhidlərimizə və hərbçilərimizə borcluyuq. İllər ötsə belə bizlərə 44 günlük haqq savaşında hər gün sevinc, fərəh, qürur dolu saysız-hesabsız qələbələr bəxş edən şanlı Azərbaycan Ordusunun əsgər və zabitləri, hərbçiləri, ruhları qarşısında bir ömür boyu baş əydiyimiz şəhidlərimiz heç vaxt unudulmayacaq.

Qazax rayon Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev Qazax rayon Mərkəzi Xəstəxanasında müalicə olunan yaralı əsgər və zabitlərə baş çəkib

Mediaxeberleri.Az
-ın məlumatına görə, ziyarətdə bir qrup polis əməkdaşları da iştirak edib. Xəstəxananın baş həkimi Ədalət Əliyevə yaralıların son durumu ilə bağlı məlumat verib.

Polis Şöbəsinin rəisi, polis polkovniki Ədalət Əliyev yaralı əsgərlərlə bir-bir görüşərək onların hansı şəraitdə yaralandığı və səhhətləri ilə maraqlanıb.

Müalicə alan hərbi qulluqçular göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib və tezliklə sağalıb Silahlı Qüvvələrin Ali Baş Komandanının rəhbərliyi altında yeni uğurlar qazanmaq əzmində olduqlarını ifadə ediblər.

Sonda Ədalət Əliyev yaralılara şəfa diləyib. Həmçinin, onlara 10 ədəd smartfon tipli mobil telefon və sovqatlar təqdim olunub.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:59 İcra başçısı Qubadlının işğaldan azad olunmasında iştirak edən yaralı hərbçimizi ziyarət edib Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun sentyabrın 27-də Qarabağda başladığı uğurlu əks-həmlə əməliyyatı nəticəsində 44 gündən sonra Azərbaycan böyük tarixi Zəfərə, Qələbəyə nail oldu. Qarabağ adlı haqq savaşına çıxdıq və bu yolda haqq-ədalət Ali Baş Komandan
16:56 İcra başçısı tarixi Qələbənin qazanılmasında iştirak edən yaralı hərbçimizə baş çəkib Sentyabrın 27-dən başlayan Azərbaycanın haqq savaşı, Vətən müharibəsi 10 noyabrda böyük tarixi Qələbə ilə başa çatdı. Elə bir tarixi Qələbə ki, biz xalq olaraq şanlı Ordumuzun cəbhədə qazandıqları uğurlu nailiyyətlərlə, Ermənistan silahlı qüvvələrinə vurduqları sarsıdıcı zərbələrlə, azad etdikləri
13:41 Qazax Rayonlararası Psixiatriya Xəstəxanasında 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə tədbir keçirilib - Foto+Video Azərbaycan xalqının həmrəyliyinin təmin olunmasında misilsiz xidmətləri olan Ümummilli Lider Heydər Əliyevin bizlərə ərməğan etdiyi 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı respublikamızın hər yerində olduğu kimi, Qazax rayonunda da böyük təntənə və silsilə
21:08 Qazaxda “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi şöhrət bayramı keçirilib - FOTOLAR Azərbaycan Respublikasının Müdafiə Nazirliyinin və Qazax Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qazax şəhərində Aprel zəfərinin üçüncü ildönümünə həsr olunmuş “Aprel döyüşləri bizim şanlı tarixi qələbəmizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib. Mediaxeberleri.az
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az