t s

» » Qarakənd faciəsindən 29 il ötür

Qarakənd faciəsindən 29 il ötür

20-11-2020, 06:53 Yazar:  Samir Baxılıb: 57 Çap et
Qarakənd faciəsindən 29 il ötür
Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində göyərtəsində Azərbaycanın rəsmi şəxslərinin olduğu "Mi-8" helikopterinin erməni silahlı dəstələri tərəfindən vurulmasının ildönümüdür.

Mediaxeberleri.az
xatırladır ki, Qarakənd faciəsindən 29 il ötür.

1991-ci il noyabrın 20-də baş verən hadisə nəticəsində helikopterdə olan 22 nəfərin hamısı - ölkənin görkəmli dövlət xadimləri, jurnalistlər, həmçinin Rusiya-Qazaxıstan sülhməramlı missiyasının üzvləri həlak olub. Həmin şəxslər bunlardır:

Tofiq Kazım oğlu İsmayılov – dövlət katibi

İsmət İsmayıl oğlu Qayıbov – baş prokuror


Məhəmməd Nəbi oğlu Əsədov – daxili işlər naziri

Zülfü Saleh oğlu Hacıyev – baş nazirin müavini

Vaqif Cəfər oğlu Cəfərov – millət vəkili

Vəli Hüseyn oğlu Məmmədov – millət vəkili

Osman Mirzəhüseyn oğlu Mirzəyev – Prezident Aparatının şöbə müdiri

Qurban Hüseyn oğlu Namazəliyev – nazir müavini

İqor Aleksandiroviç Plaviski – keçmiş DQMV-nin prokuroru

Vladimir Vladimiroviç Kovalyov – keçmiş DQMV-nin Daxili İşlər İdarəsinin rəisi

Sergey Semyonoviç İvanov – Dağlıq Qarabağ üzrə milli təhlükəsizlik şöbəsinin rəisi

Nikolay Vladimiroviç Jinkin – fövqəladə vəziyyət rayonunun komendantı

Sanlal Dasumoviç Serikov – Qazaxıstan DİN-in müavini

Mixail Dmitriyeviç Lukaşov – milis general-mayoru

Oleq Nikoloyeviç Koçerev – polkovnik-leytenant

Rafiq Məmməd oğlu Məmmədov – dövlət katibinin köməkçisi

Alı Mustafa oğlu Mustafayev – telejurnalist

Arif İsmayıl oğlu Hüseynzadə – AzTV-nin işıqçısı

Fəxrəddin İbrahim oğlu Şahbazov – videooperator

Vyaçeslav Vladimiroviç Kotov – helikopter heyətinin komandiri

Gennadi Vladimiroviç Domov – helikopter heyətinin üzvü

Dmitri Borisoviç Yarovenko – helikopter heyətinin üzvü.

Əvvəlcə rəsmi olaraq helikopterin dumana düşərək qayaya çırpılması ehtimalı irəli sürülsə də, bir neçə gün sonra onun vurulması faktı təsdiqlənib. Erməni separatçıları bu terror aktı ilə özlərinin terrorçu mahiyyətini bir daha sübut etdilər.

Faciədən 29 il ötməsinə baxmayaraq, hadisə ilə bağlı bir sıra qaranlıq məqamlara hələ də aydınlıq gətirilməyib.

Faktla bağlı 1991-ci ildə Azərbaycanın Hərbi Qarnizon Prokurorluğu tərəfindən cinayət işi açılıb, istintaqın aparılması Respublika Prokurorluğuna verilib. Terror aktının baş verdiyi ərazinin işğalı altında olması səbəbindən cinayət işi üzrə istintaq dayandırılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:39 Qarakənd faciəsindən 28 il ötür - Həlak olanların SİYAHISI Göyərtəsində Azərbaycanın siyasi elitasının olduğu vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür. “Mİ-8” hərbi vertolyotu ermənilər tərəfindən 1991-ci il noyabrın 20-də Xocavənd rayonunun Qarakənd kəndi üzərində vurulub. Vertolyotun vurulması nəticəsində Azərbaycanın
21:00 Prezident əfv sərəncamını imzaladı - TAM SİYAHI Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncam imzalyıb. Mediaxeberleri.az xəbər verir ki, sərəncamda deyilir: "Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi
16:26 Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - TAM SİYAHI Məhkum olunmuş bir sıra şəxslərin, onların ailə üzvlərinin, İnsan hüquqları üzrə müvəkkilin, insan hüquqlarının müdafiəsi təşkilatlarının Azərbaycan Respublikası Prezidentinə ünvanlanmış əfv haqqında müraciətlərinə baxaraq, məhkumların şəxsiyyətini, səhhətini, ailə vəziyyətini, cəza çəkdikləri
07:55 Qarakənd faciəsindən 27 il ötür Bu gün Xocavənd rayonunun Qarakənd kəndi üzərində Azərbaycana məxsus "Mi-8" helikopterinin ermənilər tərəfindən vurulmasından 27 il ötür. Mediaxeberleri.az Trend-ə istinadən bildirir ki, Ermənistan silahlı bölmələri tərəfindən 1991-ci il noyabrın 20-də helikopterin vurulması nəticəsində
18:18 Bu, XX əsr tariximizin ən qanlı səhifəsidir Son iki əsrdə xalqımıza qarşı erməni millətçiləri tərəfindən məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə, soyqırımı və təcavüzkarlıq siyasəti Azərbaycan tarixinin faciələrlə, o cümlədən qanlı hadisələrlə dolu çox ağrılı mərhələlərini təşkil edir. Bu millətçi-şovinist siyasətin əsas məqsədi

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az