t s

» » Bu bitki çayları sizi kondisionerin səbəb olduğu xəstəliklərdən qoruyacaq

Bu bitki çayları sizi kondisionerin səbəb olduğu xəstəliklərdən qoruyacaq

2-08-2015, 11:08 Yazar:  Alim Baxılıb: 427 Çap et
Bu bitki çayları sizi kondisionerin səbəb olduğu xəstəliklərdən qoruyacaqBu bitki çayları sizi kondisionerin səbəb olduğu xəstəliklərdən qoruyacaqYay aylarını kondisionersiz təsəvvür etmək mümkünsüzdür. İstidən qorunmaq, həddən artıq tərləməmək və gecələr rahat yata bilmək üçün kondisionerə ehtiyacımız var. Ancaq yay mövsümündə bizi bir çox problemlərdən xilas edən kondisioner sağlamlığımızın ən böyük düşmənlərindən biridir. Xüsusilə də tez-tez təmizlənməyən kondisionerlər sağlamlıq üçün əsl təhlükə hesab edilir.
Çünki belə kondisionerlərdə müxtəlif mikroorqanizmlər (bakteriya, göbələk) toplanıb çoxalırlar. Bu da insanlara bir çox infeksiyaların yoluxmasına səbəb olur. Kondisioner havanı üfürdüyü üçün otaqdakı tozu qaldırır. Bu asma xəstələrinə pis təsir edir. Belə halda asma krizləri şiddətlənə bilər. Kondisionerin bir digər zərəri də bizim ani şəkildə isti havadan soyuq havaya keçməyimizə səbəb olmasıdır. Belə hallarda bədənin immuniteti zəifləyir və üst tənəffüs yollarında, xüsusilə də ağciyərlərdə problemlər yarana bilir.
Türkiyəli həkim Ərdəm Yeşilada kondisionerin mənfi təsirlərindən qorunmaq üçün bitki çaylarına müraciət etməyi məsləhət bilir.
Mediaxeberleri.az həkimin məsləhət gördüyü həmin çayları təqdim edir:
Adaçayı
Gün ərzində bir-iki stəkan adaçayı içərək immunitetinizi infeksiyalara qarşı möhkəmləndirə bilərsiniz. Adaçayının ehtiva etdiyi “sineol” adlı maddə mikrobların inkişafını dayandıraraq sağlamlığınızı qoruyur.
Ağ və ya yaşıl çay
Yüksək miqdarda “kateşin” ehtiva edən hər iki çay növü təsirli antioksidant hesab edilir. Bu çaylar immunitet sistemini gücləndirməyin ən təsirli vasitələrdəndir.
Darçın-mixək çayı
Həm darçının, həm də mixəyin mikrobları öldürdüyü araşdırmalar nəticəsində sübuta yetirilib. Təsirini artırmaq üçün onları birlikdə istifadə etmək məsləhətdir.
Cökə çayı
Boğaz iltihabının qarşısını alır, boğaz ağrısını azaldır.
Kirpiotu (Ekineziya) çayı
Ağciyərləri və tənəffüs yollarını qoruyur. Bitkinin tərkibindəki maddələr ağciyərlərdə yaranan mikrobları yox edir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:15 Damarları təmizləyən 10 qida Ürək və damar sağlamlığı üçün sağlam qidalanmaq vacibdir. Əks halda, damarlarda yağ yığılır və qan dövranına pis təsir edir. Damarlarda baş verən problemlər infarktdan, insulta, iflicdən, beyin xəstəliklərinə qədər bir çox təhlükəyə səbəb ola bilir. Mediaxeberleri.az damarları təmizləyib, insana
07:55 Vitamin qrupları və faydaları - Bunları bilirsiniz? A Vitamininin Faydaları: — Gözləri qoruyur. — Infeksiyalara qarşı bədəni qoruyar. — Diş və diş ətlərini tamamilə qoruyar. — Qırışların aradan qaldırılmasını təmin edər. — Sızanaqların yaranmasının qarşısını alır. — Dırnaqlar üçün lazımlıdır. A Vitamini hansı qidalarda tapılır? Kök, ərik,
23:14 Qara tutun inanılmaz faydaları Tut ağacı adətən, aprel ayında çiçəkləyir, mayda isə meyvə verir. Bu dadlı meyvənin faydaları isə saymaqla bitmir. Ehtiva etdiyi vitamin və minerallar sağlamlığın keşiyində dayanır, bir çox xəstəliyə əlac olur. Qara tutun mövsümü olmayanda, onun çayını içmək və ya qurudulmuşunu yeməklə də
18:27 Qaraciyərin yağlanmasının qarşısını alın! Qaraciyərin yağlanması təhlükəli sağlamlıq problemlərindən biridir. Türkiyəli həkim Haticə Yasəmin Balaban qaraciyər yağlanmasının qarşısını almaq üçün məsləhətlər verib. Publika.az qaraciyər problemi ilə üzləşənlərə həmin məsləhətləri təqdim edir: Qaraciyərdə toplanan yağ orqanizm üçün yararlı
01:43 Menstruasiya sancısı haqqında bilmədikləriniz Araşdırmalar qadınların təxminən 60 faizindən çoxunda menstruasiya dövrünün çox ağrılı keçdiyini ortaya çıxarıb. Ağrının səbəbi menstruasiya dövründə uşaqlığın büzülməsindən və sıxılmasından dolayı uşaqlıqda qan dövranının zəifləməsi və oksigenin azalmasıdır. Türkiyəli ginekoloq Esra Can Çətin

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az