t s

» » Bu gün Azərbaycan Prezidentinin hər bir sözü xalqımız üçün qürur, sevinc müjdəsidir

Bu gün Azərbaycan Prezidentinin hər bir sözü xalqımız üçün qürur, sevinc müjdəsidir

18-11-2020, 19:52 Yazar:  Samir Baxılıb: 65 Çap et
Bu gün Azərbaycan Prezidentinin hər bir sözü xalqımız üçün qürur, sevinc müjdəsidir
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev və birinci xanım Mehriban Əliyeva işğaldan azad olunmuş Füzuli və Cəbrayıl rayonlarına, o cümlədən Füzuli və Cəbrayıl şəhərlərinə səfər ediblər. Əslində, dövlətimizin başçısı, Müzəffər Ali Baş Komandanımızın müharibə ab-havası hələ soyumamış ərazilərə bu səfəri əsl cəsarət nümunəsidir. Ancaq Prezident İlham Əliyev həmişə olduğu kimi, yenə də öz qələbə sevincini xalqla bölüşmək üçün bütün təhlükələrə rəğmən, Füzuli və Cəbrayıl rayonlarına səfər etdi. Bir daha göstərdi ki, həmişə xalqının yanındadır, onun sevincinə şərikdir, dar günlərində işığa aparan bələdçisidir. Bu, şanlı Qələbədən sonra Prezident İlham Əliyevin bölgələrə ilk səfəridir və təəccüblü deyil ki, dövlətimizin başçısı məhz işğaldan azad edilmiş torpaqlara getdi.

Mediaxeberleri.az
xəbər verir ki, bu sözləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputat Ülviyyə Ağayeva deyib.

Deputat bildirib: “Prezident İlham Əliyevin Füzuli rayonundan Şuşa şəhərinə yol çəkilməsi haqqında göstəriş verdi. Bu yol bizi Qarabağın tacı olan Şuşa şəhərinə apardığı üçün onun çox böyük əhəmiyyəti var. Bu, ölkəmizin həyatında çox əlamətdar hadisədir. Qələbə günündən cəmi 8 gün sonra işğaldan azad edilən torpaqlarda başlanan quruculuq işləri bir daha göstərir ki, dövlətimiz həmişə xalqın qayğıları ilə yaşayır. Bu Vətən müharibəsi xalqımızı Müzəffər Ali Baş Komandanın, Prezidentin ətrafında daha da sıx birləşdirdi, xalq–dövlət birliyinin ən bariz nümunəsini göstərdi. Bu gün elə vətəndaş tapılmaz ki, dövlətimizin başçısının çıxışlarını həvəslə gözləməsin, fəaliyyətini izləməsin. Bu gün Azərbaycan Prezidentinin hər bir sözü xalqımız üçün özünəinam, qürur, sevinc müjdəsidir. Buna görə də dövlətimizin başçısının səfər etdiyi bölgələrdə, yolboyu camaat öz qalib Prezidentini böyük məhəbbətlə, səmimi alqışlarla qarşılayırdı. Bu hisslər öz səmimiliyi ilə hamını kövrəldirdi”.

Səfər çərçivəsində Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın həm də tarixi Xudafərin körpüsünü ziyarət etdiklərini söyləyən deputat bildirib ki, bu, dövlətimiz və xalqımızın, ümumilikdə, Azərbaycanın öz milli-mənəvi dəyərlərinə hər zaman sadiq olduğunu, mədəniyyət abidələrinə sahib çıxdığını və onları qoruyacağını göstərir.

Ü.Ağayeva qeyd edib ki, bu səfərin tarixi əhəmiyyəti ilə yanaşı, digər mühüm cəhəti vaxtilə Azərbaycanın problemlərinə biganə qalan, Ermənistana isə havadarlıq edən dünya birliyinə ciddi mesajın verilməsidir: Azərbaycan işğalla barışmadı, bütün torpaqlarını azad etdi, öz tarixi torpaqlarına sahib çıxdı və sübuta yetirdi ki, Müzəffər Ali Baş Komandanımızın dediyi kimi, bu məsələnin başqa bir yolu – Vətən müharibəsi də mümkündür.

“Bugünkü uğurumuz, bu şanlı Qələbəmiz ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan, Prezident İlham Əliyevin uğurla və böyük uzaqgörənliklə davam etdirdiyi siyasət nəticəsində mümkün oldu, reallaşdı.

Siyasətdə və cəbhədə, diplomatiyada və hərbi strategiyada üstünlük qazanmış Prezident İlham Əliyev bu gün hər bir hərbçinin Müzəffər Ali Baş Komandanı, sadə vətəndaşların sevimli rəhbəridir”, - deyə deputat vurğulayıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

16:43 HEYDƏR ƏLİYEV MÜASİR AZƏRBAYCANÇILIQ İDEOLOGİYASININ BANİSİDİR May ayının 10-da Ümummilli Lider Heydər Əliyevin doğum günüdür. Bu günlərdə qədirbilən xalqımız öz müdrik liderini xüsusi sevgi və məhəbbətlə yad edir, ruhuna dualar oxuyur. Ümummilli Liderin müstəqil dövlətçilik tariximizdəki yeri və rolu haqqında mühüm və vacib hesab etdiyim müəyyən fikirlərimi
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
18:36 Yeni Azərbaycan Partiyası - 25: xalqa, dövlətə xidmət nümunəsi - Vüqar Rəhimzadə yazır... Əgər xalq öz hüquqlarını anlayır və qoruya bilirsə, o zaman ən kiçik dövlət belə ən böyük məmləkət qədər güclü olar Azərbaycan müstəqillik tarixinin 26-cı ilini arxada qoydu. Dövlətimizin başçısı İlham Əliyev çıxışlarında daim bu məqamı xüsusi qeyd edir ki, tarixi paralellər fonunda Azərbaycanın
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az