t s

» » Qubadlıdan olan idmançımız Dünya Kubokunda üç medal qazandı

Qubadlıdan olan idmançımız Dünya Kubokunda üç medal qazandı

18-11-2020, 14:21 Yazar:  Samir Baxılıb: 46 Çap et
Qubadlıdan olan idmançımız Dünya Kubokunda üç medal qazandı 11-18 noyabr tarixlərində Perunun təşkilatçılığı ilə keçirilən ağır atletika üzrə yeniyetmələr arasında Onlayn Dünya Kuboku başa çatıb.

Yarışda 61 ölkədən 399 idmançı (181 qadın və 218 kişi) medal mübarizəsi aparıb. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də olub.

102 kq çəki dərəcəsində idmançımız böyük uğur qazanıb. Əli Şükürlü birdən qaldırma hərəkətində 145 kq-ı ram edərək bu hərəkətdə dünyanın ən yaxşısı olub. Təkanla qaldırma hərəkətində 165 kq-ı başı üzərinə qaldıran atletimiz bu hərəkətdə gümüş medal əldə edib. Toplam 310 kq (145+165) nəticə Əli Şükürlü Dünya Kubokunun yekun sıralamasında da gümüş medal qazanıb.
Uğur qazanan Əli Şükürlü uğurlu yarışı barədə təəssüratlarını da bölüşüb: “Bütün çətinliklərə rəğmən, bu medalları qazana bilməyim məni çox sevindirir. Birdən qaldırmada qızıl, təkan və toplamda gümüş böyük nəticədir və pandemiya şəraitində buna nail olmağıma xüsusilə şadam. Hazırlıqlarımız çox çətin keçdi. Sumqayıtda ev şəraitində məşq edirdim, təlim-məşq toplanışlarımız yox idi. Sağ olsun məşqçilərim Ağalar Muxtarov, Oqtay Muxtarov və Emil Əliyev, ruhdan düşməyimə imkan vermədilər.

Mən Qubadlıdanam. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında müzəffər ordumuzun torpaqlarımızı işğaldan azad etməsi böyük bir bayram idi. Ata-baba torpaqlarımız geri qayıtdı və biz ərazi bütövlüyümüzü təmin etdik. Mən də bu uğurumu Azərbaycan Ordusuna həsr edirəm! Hər bir əsgərimizə təşəkkür edirəm ki, bizə belə xoş hissləri yaşatdılar. Mən də bir idmançı kimi bu qələbəyə əlavə töhfəmi verə bildiyimə görə şadam. İnanıram ki, uğurlarımız davamlı olacaq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!”

Qeyd edək ki, dörd gün əvvəl digər idmançımız, Şuşadan olan Murad Əliyev (-67 kq) həm birdən qaldırmaya, həm də toplam hərəkətlərin cəminə görə gümüş medal qazanmışdı.

Qeyd edək ki, turnir qeyri-ənənəvi qaydada təşkil edilir. Dünyada tüğyan edən koronavirus pandemiyası səbəbindən idmançıların bir araya gələrək eyni məkanda yarışması mümkün deyil. Bu səbəbdən də Beynəlxalq Ağır Atletika Federasiyası tərəfindən alternativ variant olaraq onlayn yarış keçirilməsi qərarı qəbul edilib. Belə ki, yarışda iştirakı təsdiqlənən ölkələrin idmançılarının hər biri öz ölkəsində (məkan seçimi sərbəstdir) təyin olunan yarış vaxtında “Zoom” proqramı vasitəsilə qoşulur, hər biri öz yanaşmasını qaydalara uyğun və sıralama ilə yerinə yetirir.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

22:20 “NƏ ÜÇÜN SUSUBLAR, NİYƏ DANIŞMIRLAR?” – Prezidentin müşavirədəki çıxışlarının TAM MƏTNİ + VİDEO Aprelin 14-də Azərbaycan Respublikasının Prezident İlham Əliyevin sədrliyi ilə 2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirə keçirilib. Mediaxeberleri.Az AZƏRTAC-a istinadla xəbər verir ki, müşavirədə ilin birinci rübündə həyata keçirilən
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,
09:40 Qutsal “Xəlqilik” Bayramında deyilmiş fikirlər Asif Atanın – İnam Atanın Mütləqə İnam Ocağı Ocaq Günsırası ilə 13 Şölə Ayı, 37-ci ildə (miladla iyun, 2015) Mütləqə İnam Ocağı təbiət qoynunda “Xəlqilik” Bayramını həyata keçirdi. Öncə Bayram tonqalı qalandı. Tonqal yörəsində Ocaq Yükümlüsü Soylu Atalı söz dedi: Bu ocaq Asif Atanın yaratdığı
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az