t s

» » Düşmənə dərsini verən müəllimimiz: Şəhid qəhrəmanımızı siz də tanıyın!

Düşmənə dərsini verən müəllimimiz: Şəhid qəhrəmanımızı siz də tanıyın!

17-11-2020, 20:53 Yazar:  Samir Baxılıb: 352 Çap et
Düşmənə dərsini verən müəllimimiz: Şəhid qəhrəmanımızı siz də tanıyın!
Elvin İmaməliyev torpaqlarımızın işğaldan azad edilməsi uğrunda qəhrəmanlıqla döyüşərək şəhid olub.


Könüllü olaraq cəbhəyə tələsənlərdən biri də Ağstafa rayonun Qırılı kənd sakini Elvin İmaməliyev oldu.

31 yaşınadək hər zaman əldə etdiyi uğurları ilə ailəsinə baş ucalığı gətirən Elvin təxminən iki il əvvəl yeni uğur qazanaraq məktəb direktoru oldu. O, Qarabağın azad olunması üçün başlayan döyüşlərdə könüllü iştirak edib.

Kollektivinə həm məsuliyyətli rəhbər, həm də səmimi yoldaş olan Elvin İmaməliyev iki il müddətində misilsiz hörmət qazanıb və məktəbin nailiyyətləri uğrunda əlindən gələni edib. Hər zaman torpaqlarımızın işğaldan azad ediləcəyi günü gözləyən Elvin cəbhəyə yola düşən gün hər bir müəllimlə halallaşıb və xeyir-dua alıb.

Elvin İmaməliyev şagirdlərin yaxşı təhsil, təlim-tərbiyəsi ilə yanaşı, onlara vətənpərvərlik hisslərinin aşılanması və bu yöndə bilik və bacarıqların təkmilləşdirilməsi üçün əlindən gələni edib və bu istiqamətdə çox tələbkar olub.

Qarabağın düşmən tapdağından azad olunması uğrunda şəhid olan Elvin müəllim göstərdi ki, vəzifəsindən asılı olmayaraq hər bir vətəndaşımız torpaqlarımızın azadlığı uğrunda həmrəydir.


Şəhidimizə Allahdan rəhmət diləyir, yaxınlarına dərin hüznlə başsağlığı veririk.






www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
13:10 Qırılı kəndində vətəndaşlarla görüş keçirildi Ağstafa rayon İcra Hakimiyyəti başçısı cənab Məhərrəm Quliyevin iştirakı ilə Qırılı kənd sakinləri ilə görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, görüşdə rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Sonra İcra başçısı
19:43 Bu gün Qazaxda daha bir məktəbin - Xalq şairi Səməd Vurğunun adını daşıyan 2 nömrəli tam orta məktəbin açılış mərasimi olub Bu gün Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov Qazax şəhər S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə həyata keçirilən əsaslı təmir və yenidənqurma işlərindən sonra yaradılan şəraitlə tanış olub. Mediaxeberleri.az xəbər verir ki, son illər ölkəmizdə bütün sahələrlə yanaşı, təhsil sahəsinə
14:59 Bilik Evləri olduğu kimi - Reportaj Növbəti Bilik Evi İsmayıllıda açıldı.İsmayıılı Rayon İcra hakimiyyətinin başçısı Mirdaməd Sadıqovun təşəbbüsü ilə yeni Bilik Evi regional istiqamətdə fəaliyyət göstərəcək. Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun potensialı, Bilik Evi üçün ayrılan binanın quruluşu və şəraiti,
08:30 Qazaxda “Bilik-günü” qeyd olundu - FOTOLAR Yeni dərs ilində Qazaxda 2 yeni məktəb binası istifadəyə verilmişdir Mediaxeberleri.az xəbər verir ki, sentyabrın 15-də Qazax rayonunun ümumtəhsil məktəblərində yeni dərs ilinin başlanması münasibətilə təntənəli mərasimlər keçirildi “Təhsil millətin gələcəyidir”- deyən Ümummilli lider Heydər

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az