t s

» » Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı

Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı

17-11-2020, 14:04 Yazar:  Samir Baxılıb: 66 Çap et
Qurumun borcuna görə Bakı yenə istiliksiz qaldı
“Azəristiliktəchizat” ASC noyabrın 1-dən ölkənin ucqar rayonlarında, noyabrın 15-dən isə Bakı və ətraf ərazilərdə qış rejiminə keçidlə bağlı binalara istiliyin verilməsinə başlayacağını açıqlasa da, vədinə əməl edə bilmədi. Buna səbəb isə illərdir “Azəristiliktəchizat”ın “Azəriqaz”a olan borcu göstərilir. Borc yüksək olduğundan, qazanxanaların qaz təchizatı dayandırılıb.

Təəssüf ki, illərdir iki qurum arasında olan borc qalmaqalının əziyyətini vətəndaşlar çəkir.

Xatırladaq ki, “Azəristilik”in ötənilki borcunu dövlət öz üzərinə götürdükdən sonra əhaliyə istilik verilmişdi. Amma görünən odur ki, problem hələ də davam etməkdədir.

Məsələ ilə bağlı “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Ceyhun Səfərov Modern.az-ın sorğusuna cavab olaraq bildirib ki, ötənilki ödəmələr ötən mövsümlə bağlı idi:

“Hər mövsüm üçün qaz təchizatı var. Əgər istiliyin verilməməsini qaz ala bilməmələri ilə əlaqələndirirlərsə, qazanxana, hansı mərkəzləşdirilmiş istilik sistemi olan yeri idarə edən məsul şəxs deyirsə ki, biz qaz ala bilmirik, bunun səbəbini də açıqlaya bilərlər.

Ölkədə kifayət qədər qaz ehtiyatları var. Bu gün sifarişçinin alacağı qazın ödəmələri ilə bağlı öhdəlikləri də üzərinə götürmək şərtilə istənilən sifarişini yerinə yetirməyə hazırıq. Yəni sifarişçi alacağı qazın sərfiyyatına uyğun ödəmələri icra etməlidir. Bu baxımdan, qazanxanalar qazı hansı səbəbdən almadıqlarını yaxşı bilirlər. Buna özləri aydınlıq gətirsələr, daha yaxşı olar”.

Qurum rəsmisi deyib ki, qaz təchizatı ilə bağlı heç bir problem yoxdur:

“Kiçik bir müqayisə aparaq. Bir bina evində məişət üçün istifadə edilən, yəni mətbəxə gələn qaz var. Qaz təchizatı olmasaydı, bina sakininin mətbəxində də ola bilməzdi. Amma həmin binaya istilik verən qazanxana qaz ala bilmir. Burada yaranan sualın cavabını həmin qurumun əməkdaşları açıqlasalar, daha yaxşı olar”.

“Azəristiliktəchizat” ASC-dən məsələyə bir qədər araşdırmadan sonra aydınlıq gətiriləcəyi bildirilib.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
09:51 “Azəristiliktəchizat” zərərlə işləyir: Tarif qalxacaqmı? Qış gəlir, istilik sistemləri yenə də gündəmdə olan məsələyə çevriləcək. Fərdi istilik sistemlərinin quraşdırılması işləri çoxalıb, lakin hamıya məlumdur ki, mərkəzləşdirilmiş sistem şəklində işləyən “Azəristiliktəchizat”dan istilik xidmətləri almaq daha sərfəlidir. İstilik sistemlərinin
12:15 Bu qışdamı soyuqdan donacağıq? - TƏHLİL Hər il qış mövsümü qapını kəsəndə Bakıda əhalinin istilik, qaz və işıqla təminatı müzakirə obyektinə çevrilir. Bu da təsadüfi olmur. O səbəbdən ki, cavabdeh qurumlar hər dəfə qışa hələ 2-3 ay qalmış bütün zəruri hazırlıq işlərinə başladıqlarını bəyan etsələr də, soyuqlar düşən və yağıntılar
17:50 “Bəzi qazanxanaların qazla təchizatında problemlər yaranıb” - AÇIQLAMA Hələ ötən ay ABŞ Milli Okean və Atmosfer Agentliyi bu qışın çox sərt keçəcəyi haqda məlumat yaymışdı. Məlumatda bildirilirdi ki, axırıncı dəfə 1997- 98-ci ildə müşahidə olunan “Super El Nino” qasırğası bu qış da özünü göstərəcək, xüsusilə yanvar və fevral aylarında dondurucu soyuqlar gözlənilir.
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az