t s

» » "Azercell" istifadəçilərini incidir... - ŞİKAYƏT

"Azercell" istifadəçilərini incidir... - ŞİKAYƏT

14-11-2020, 23:12 Yazar:  Samir Baxılıb: 76 Çap et
"Azercell" istifadəçilərini incidir... - ŞİKAYƏT
Azərbaycanda əhalinin ən çox şikayətləndiyi məsələlərdən biri mobil operatorlar və onların fəaliyyətidir. İstər sosial şəbəkələrdə, istərsə də informasiya portallarında mobil operatorlarla bağlı narazılıqlar müntəzəm işıqlanır.

Qeyd edək ki, ölkəmiz mobil rabitə tariflərinin yüksəkliyinə görə MDB-də ön sıralarda yer tutmasına baxmayaraq, xidmət və keyfiyyətdə digərlərindən geri qalır. Son zamanlar isə bu narazılıqlar silsilə halını alıb.

Ölkənin ən böyük mobil operatorlarından biri olan “Azercell” mobil şirkətindən də şikayətlər səngimir. Ölkənin aparıcı mobil operatorunun istifadəçilərinə yaratdığı problemlərlə bağlı müntəzəm şikayətlər edilir.

“Yeni Gündəm”-ə daxil olan şikayətlərdə balansdan əsassız olaraq müxtəlif kampaniyalar adı ilə pul çıxarılması, tariflərin qiymətlərinin baha olması, abunəçilərə təqdim olunan internetin keyfiyyətinin aşağı olması, bəzi istifadəçilərin şəbəkə problemləri ilə üzləşməsi kimi problemlər üstünlük təşkil edir.

Bir neçə şikayəti diqqətinizə çatdırırıq:
Salam, şikayətim “Azercell”dəndir. Regionun ən böyük şəhərlərindən birində, ölkənin paytaxtında, şəhərin mərkəzində yaşasaq da, telefonumuzda set (şəbəkə) problemi yaşayırıq. Bəzən danışdığımız yerdə əlaqə kəsilir və ya internetdən istifadə edərkən, şəbəkə yox olur. Yeni texnologiyaların inkişafı dövründə belə gülünc problemləri demək biabırçılıqdır.
Digər bir şəbəkə problemi isə rayonlarımızın birindəndir.
Salam, mən Ucarda yaşayıram. Telefonda tez-tez şəbəkə yox olur. Bu demək olar hər yerdə belədir. Evdədə olanda, iş vaxtında da. Zəng edib məlumat verəndə isə, araşdırıldığını və həll olunacağını deyirlər.
Növbəti şikayət isə tariflərin yüksək olmasıdır.
Neçə ildir bu nömrəni işlətdiyim üçün məcbur istifadə edirəm. Belə qiymətlər olmaz. Tarifləri təkcə bizdə yox, bəlkədə dünyada ən yüksəkdir. Belə yüksək qiymətlərin əvəzində isə nə normal kampaniya, nə də internet verirlər. Bilmirik dərdimizi kimə deyək.
Qeyd edək ki, bu tipli şikayətlər müntəzəm olaraq göndərilir.

Məsələ diqqətimizdədir və şikayətləri dəqiqləşdirib işıqlandıracağıq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

09:41 "Bakcell" müştərilərini aldadır - ŞİKAYƏT Azərbaycanda fəaliyyət göstərən mobil operatorlarla bağlı müxtəlif problemlər istifadəçilərdə ciddi narazılıq doğurmağa davam edir. Hətta, son vaxtlar bu problemlərlə üzləşən abunəçilərin sayı sürətlə artıb. “Bakcell” mobil operator şirkətindən də narazılıqlar səngimir. Ölkənin aparıcı mobil
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
17:18 "Atam mənə elə sərvət qoyub ki, heç vaxt bitməyəcək” Bəxtiyar Məmmədov mərhum xanəndə Səxavət Məmmədovun oğludur. 8 yaşından Azərbaycan Dövlət Televiziyasında (AzTV) bir sıra uşaq verilişlərinin aparıcısı olan B.Məmmədov hazırda diplomatik fəaliyyətlə məşğuldur. 1984-cü ildə anadan olan B.Məmmədov 2001-ci ildə Bakı şəhəri 43 saylı litseyi fərqlənmə
08:06 “Bakcell” milyonlarla abunəçinin cibinə necə girir? – ŞOK SOYĞUNÇULUQ İnternet trafiklərində, tarif paketlərində, kontur yüklənməsində milyardlar silinir Ölkədə fəaliyyət göstərən bəzi mobil operatorların abonentləri aldatması, bahalı tarif siyasəti yeritməsi adi hala çevrilib. Bununla bağlı cumhuriyyet.az-a verilən məlumata görə bir çox hallarda operatorlar daha
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az