t s

» » Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq

Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq

14-11-2020, 19:47 Yazar:  Samir Baxılıb: 49 Çap et
Hidayət Heydərov koronavirusdan sağalsa da, Avropa çempionatında yarışmayacaq
Azərbaycan Cüdo Federasiyasının vitse-prezidenti Sadıq Sadıqov Çexiyanın paytaxtı Praqada start götürəcək Avropa çempionatı ərəfəsində milli komanda üzvləri ilə görüşüb.

Cüdo Federasiyasının saytı xəbər verir ki, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko və onun qadın millisindəki həmkarı Rəşad Məmmədov yarışa hazırlıq barədə məlumat verib.

Onlar son iki həftədə cüdoçularımızın Budapeştdə təşkil edilən “Böyük Dəbilqə” yarışında və U-23 Avropa birinciliyində medallar qazandıqlarını diqqətə çatdırıb. Hər iki mütəxəssis, həmçinin millimizin üzvləri qitə çempionatında da layiqli nəticələr göstərmək üçün əllərindən gələni edəcəklərini vurğulayıblar.

Öz növbəsində, Sadıq Sadıqov dövlət səviyyəsində idmana, o cümlədən cüdoya göstərilən qayğını xüsusi vurğulayıb. O, federasiya rəhbərliyi adından cüdoçulara Avropa çempionatında uğurlar arzulayıb.

Qeyd edək ki, cüdo üzrə qitə çempionatı noyabrın 19-dan 21-dək keçiriləcək. Olimpiada ilində son Avropa çempionatında qitənin güclü cüdoçuları mübarizə aparacaq. Azərbaycanı bu nüfuzlu yarışda 14 cüdoçu (9 kişi, 5 qadın) təmsil edəcək.

Oxu.Az-ın məlumatına görə, komandamızın aparıcı üzvlərindən olan, Avropa çempionu, ikiqat dünya mükafatçısı Hidayət Heydərov (-81 kq) bu yarışda iştirak edə bilməyəcək. Buna səbəb onun noyabrın 2-də verdiyi koronavirus testinin müsbət çıxmasıdır. Artıq idmançının dünən verdiyi test mənfi çıxsa da, o, məşqlərdən uzaq qaldığı üçün və adı yarışa sifariş olunmadığı üçün yarışmayacaq.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

07:56 2020-ci ildə Azərbaycanı gözləyən mötəbər yarışlar - SİYAHI Azərbaycan idmançıları 2020-ci ildə yenidən arenalarda öz sözlərini deməyə çalışacaq. Bunun üçün bu il Azərbaycanı hansı mötəbər turnirlərin gözlədiyini bilmək lazımdır. Əlbəttə ki, 2020-ci il deyəndə dünyanın bütün gözünün olacağı Tokio Yay Olimpiya Oyunları kimi mötəbər turnir yada düşür. 24
23:22 Prezident İlham Əliyev yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib YENİLƏNİB Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 23-də yerli jurnalistlərə ilin yekunları ilə bağlı geniş müsahibə verib. Mediaxeberleri.Az müsahibəni təqdim edir: - Cənab Prezident, hər vaxtınız xeyir olsun. Fürsətdən istifadə edib mən Sizə hər birimizin adından təşəkkür edirəm ki,
15:45 Tanınmış cüdoçu dünya çempionatına niyə aparılmır? - Problemləri var, medal qazanmır IV İslam Həmrəyliyi oyunlarının ikiqat qalibi (fərdi və komanda şəklində) olmuş cüdoçu Orxan Səfərov 25 avqust-1 sentyabr tarixlərində Yaponiyanın paytaxtı Tokioda keçiriləcək dünya çempionatında iştirak etməyəcək. Mediaxeberleri.az xəbər verir ki, bu barədə 60 kq çəki dərəcəsində mübarizə aparan
16:20 Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə görüşüb Heydər Əliyev Fondu tərəfindən yüksək texnologiyalı protezlərlə təmin olunan hərbçilərlə aprelin 3-də görüş keçirilib. Mediaxeberleri.az xəbər verir ki, Heydər Əliyev Mərkəzində keçirilən görüşdə əvvəlcə Aprel döyüşləri şəhidlərinin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan
09:29 Döyüş başlayan kimi erməni diz çökdü, məşqçisi qışqırdı ki… - Ağ canavar “Brifinq” layihəsinin budəfəki qonağı "Ağ canavar" ləqəbli Azərbaycan kikboksçusu Eduard Məmmədovdur. Tanıtım: Eduard Məmmədov 1978-ci il, 2 yanvar tarixində Bakı şəhərində anadan olub. 1996-1999-cu illərdə Hərbi Ordu İdman Klubunda hərbi xidmət keçib. 1999-cu ildə İdman Akademiyasına daxil olub,

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az