t s

» » Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdi

Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdi

14-11-2020, 09:42 Yazar:  Samir Baxılıb: 71 Çap et
Azərbaycanda dəhşətli hadisə: Bacı qardaşını bıçaqlayaraq qətlə yetirdiAğdaş rayonunda ailə münaqişəsi zəminində qətl törədilib.

Mediaxeberleri.az xəbər verir ki, hadisə rayonun Xosrov kəndində baş verib.

33 yaşlı kənd sakini Xancan Umarovun bıçaqlanaraq öldürülməsi barədə hüquq mühafizə orqanlarına məlumat daxil olub. Dərhal hadisə yerinə Ağdaş rayon polis və prokurorluq əməkdaşları cəlb edilib.

Əraziyə və meyitə baxış keçirilib. Araşdırmalar zamanı məlum olub ki, zərərçəkmiş şəxsin bacısı 24 yaşlı Ülkər Ələkbərova qardaşı Xancan Umarovla şəxsi münasibətlər zəminində mübahisə edib.

Aralarında yaranmış mübahisə zamanı Ülkər Xancana bıçaqla xəsarətlər yetirib. Çoxsaylı bıçaq xəsarətləri alan Xancan Umarov hadisə yerində keçinib.

Ülkər Ələkbərova şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Faktla bağlı Ağdaş Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

08:23 Azərbaycanda mənəvi zərəri tələb etmək rəsmiləşdi - MƏHKƏMƏ QƏRARI Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu Fərhad Abdullayev (sədr), Sona Salmanova, Südabə Həsənova (məruzəçi-hakim), Ceyhun Qaracayev, Rafael Qvaladze, Mahir Muradov, İsa Nəcəfov və Kamran Şəfiyevdən ibarət tərkibdə, məhkəmə katibi Fəraid Əliyevin, maraqlı subyektlərin
13:10 Səhiyyə Nazirliyinə və TƏBİB-ə daxil olan tibb müəssisələrinin siyahısı - Əhalinin NƏZƏRİNƏ! Yanvarın 1-dən ölkədə icbari tibbi sığortanın tətbiqinə başlanılıb. Lakin insanlarda hansı tibb müəssisəsinin Səhiyyə Nazirliyi və “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nə (TƏBİB) tabe olması hələ də çaşqınlıq yaradır. Mediaxeberleri.az bunu nəzərə alaraq Səhiyyə Nazirliyi və TƏBİB-in
18:10 Qazaxda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı qeyd olunub Artıq 21 ildir ki, hər il oktyabr ayının 1-də Azərbaycan Respublikası Prokurorluğunun əməkdaşları öz peşə bayramlarını təntənə ilə qeyd edirlər. Bu günün qeyd olunması tarixi zərurətdən yaranmışdır. Ümummilli Lider Heydər Əliyev Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurasının 1 oktyabr 1918-ci
09:45 Bu xəstəxanalar Səhiyyə Nazirliyinin tabeliyindən çıxarılır - SİYAHI Nazirlər Kabineti “Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyi” (TƏBİB) publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrinin Siyahısı”nı təsdiq edib. Qərar 2020-ci il yanvarın 1-dən qüvvəyə minir. TƏBİB-in tabeliyinə veriləcək dövlət xəstəxanalarının siyahısı ilə buradan tanış ola bilərsiniz.
18:30 Arvadını kənddə qonşu kişi ilə tutdu və … – Azərbaycanda AĞLASIĞMAZ HADİSƏ Qətl hadisəsi törətməkdə təqsirli bilinən Ağcabədi rayon sakini, 1971-ci il təvəllüdlü Musa Əliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Mediaxeberleri.az “publika.az”a istinadən xəbər verir ki, Musa Əliyev bacısı qızının ailəsində yaranan problemi həll etmək məqsədilə 12 iyul 2015-ci il

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az