t s

» » AVRO-2020: Qrupların tərkibi müəyyələşdi

AVRO-2020: Qrupların tərkibi müəyyələşdi

13-11-2020, 06:52 Yazar:  Samir Baxılıb: 76 Çap et
AVRO-2020: Qrupların tərkibi müəyyələşdi
Futbol üzrə Avropa çempionatında bütün qrupların tərkibi dəqiqləşib.

Mediaxeberleri.Az
xəbər verir ki, bu gün final mərhələsinə vəsiqə qazanan son 4 ölkənin adı müəyyənləşib.

Gürcüstan öz meydanında Şimali Makedoniyaya uduzaraq, final mərhələsinə vəsiqə qazana bilməyib.

Ən maraqlı qarşılaşmalardan biri Macarıstan və İslandiya yığmaları arasında olub. Qarşılaşmanın 11-ci dəqiqəsində İslandiya yığması hesabda önə çıxıb. Macarıstan kollektivi oyunun sonunda vurduğu iki qolla qələbə qazana bilib.

Şimali İrlandiya – Slovakiya və Serbiya - Şotlandiya görüşündə eyni ssenari yaşanıb. Hər iki qarşılaşmanın əsas vaxtı 1:1 hesabı ilə yekunlaşıb. Əlavə vaxtda da qalib müəyyənləşmədiyi üçün penalti zərbələri təyin olunub. Hər iki oyunda qonaq komanda penaltiləri daha dəqiq yerinə yetirib və final mərhələsinə vəsiqə qazanıb.

Avropa çempionatında bütün qruplarının tərkibini təqdim edirik:

A qrupu:
Türkiyə, İtaliya, Uels, İsveçrə

B qrupu: Danimarka, Finlandiya, Belçika, Rusiya

C qrupu: Niderland, Ukrayna, Avstriya, Şimali Makedoniya

D qrupu: İngiltərə, Xorvatiya, Şotlandiya, Çexiya

E qrupu: İspaniya, İsveç, Polşa, Slovakiya

F qrupu: Macarıstan, Portuqaliya, Fransa, Almaniya.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

00:18 Naxçıvanda bir gündə koronavirusla mübarizə üçün 800 min manat vəsait toplanıb Naxçıvan Muxtar Respublikasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dövlət qurumlarının kollektivləri, hüquqi və fiziki şəxslər tərəfindən vəsaitlərin köçürülməsi davam etdirilib. AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, bununla da bir gün ərzində 740 min 411 manat vəsait Koronavirusla
08:30 AVRO-2020-nin təqvimi AVRO-2020-nin qrup mərhələsinin təqvimi dəqiqləşib. Rumıniyanın paytaxtı Buxarestdə keçirilən püşkatmada qrupların tərkibi ilə yanaşı, komandaların “nömrələri” bəlli olub. Bu da təqvimin müəyyənləşməsində rol oynayıb. Təkcə çempionat deyil, oyunları Bakı və Romada keçiriləcək A qrupunun ilk görüşü
08:13 Çempionlar Liqası: "Real", "Yuventus", "Bavariya" və daha 4 komanda növbəti mərhələdə! - YENİLƏNİB Bu gün Çempionlar Liqasının qrup mərhələsində 5-ci tura start verilib. Mediaxeberleri.az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 4 qrupda 8 görüş keçirilib. E qrupunun lideri "Bavariya" öz meydanında "Benfika"nı qəbul edib. Rəqibini 5:1 hesabı ilə məğlub edən Münhen təmsilçisi adını
10:27 DÇ-2018: Kimin şansı nə qədərdir? 2018-ci il dünya çempionatının final mərhələsi üçün atılan püşkün nəticəsi balanslı qruplar ortaya çıxarıb. Report-un məlumatına görə, bu, FİFA-nın püşkatma üçün səbətlərin müəyyənləşdirilmə qaydasını dəyişdirməsindən sonra baş verib. Əvvəllər FİFA ən yaxşı komandaları birinci, Avropanın qalan
02:24 “Avro-2016”-da play-off mərhələsinin bütün iştirakçıları məlum oldu Fransada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin son oyunları keçirilib. Mediaxeberleri.az xəbər verir ki, “E” qrupunda birinci yerdən 1/8 final mərhələsinə vəsiqəni təmin edən İtaliya yığması İrlandiya komandası ilə qarşılaşıb və minimal hesabla məğlub olub. Matçda yeganə

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az