t s

» » Aydın Quliyev: Təkmilləşdirilmiş BMT sisteminə böyük ehtiyac var

Aydın Quliyev: Təkmilləşdirilmiş BMT sisteminə böyük ehtiyac var

26-09-2020, 20:30 Yazar:  Samir Baxılıb: 206 Çap et
Aydın Quliyev: Təkmilləşdirilmiş BMT sisteminə böyük ehtiyac var
Prezidentinin BMT-nin 75 illiyi ilə bağlı videokonfransdakı çıxışı ətrafında hələ uzun müddət müzakirə və təhlillər aparılacaq.


Mediaxeberleri.az
xəbər verir ki, bunu Trend-ə açıqlamasında "Bakı xəbər" qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev deyib.

O bildirib ki, təsadüfi deyil, buna əsaslar və tələblər var, BMT-nin özü, digər dövlətlər və Azərbaycan buna ehtiyac hiss edir: "Dünyanın son yüz ilə yaxın tarixi ərzində Azərbaycan kimi ərazi və əhalicə kiçik ölkələrin qlobal mənzərəni dəyişə biləcək təşəbbüslərlə çıxış etdiyinə dair faktlar o qədər də çox deyil. Həm də burada söhbət sadəcə təşəbbüs qaldırmaqdan və ideya irəli sürməkdən getmir. O da var ki, belə təşəbbüslərə qarşı praktik şəkildə etirazlar olmur, bütün dövlətlər bu təşəbbüslərin əhəmiyyətini dərk edərək icrasına fəal şəkildə qoşulur. Azərbaycan Prezidentinin ideya və təşəbbüslərində dünya üçün cəlbedici məqamları necə təsnif etmək olar?

Əvvəla, dünyada bir çox strateq və geosiyasət mütəxəssisləri kəsərdən tam düşdüyü üçün BMT-nin buraxılması və yeni mərkəzi bir platformanın yaradılmasının zəruri olduğunu iddia etdikləri halda, Azərbaycan Prezidenti "yenisini yaratmaq üçün köhnəni tam dağıtmaq fəlsəfəsinin" heç də həmişə uğurlu olmadığı prinsipindən çıxış edərək, maraqlı alternativ təklif edir. Prezident İlham Əliyev bəzi çatışmazlıqlarına baxmayaraq, dünyada bir sıra təhlükəli texnogen və təbii problemlərin həllində BMT-nin hələ də mərkəzi platforma kimi qaldığını və qalmalı olduğunu söyləyərək, bu xəttin doğruluğunu sübut edən güclü arqumentlər də gətirir. Prezident İlham Əliyevin maraqlı arqumentlərindən biri budur ki, hətta “soyuq müharibə” dövründən sonra da öz dəyərlərini saxlayan Bandunq prinsipləri dünya problemlərinin həllinə öz töhfələrini verməkdə davam edir və bu istiqamətdə BMT ilə bir-birini tamamlayan platformalar effektinə malikdir". Baş redaktor bildirib ki, Prezident İlham Əliyev BMT-nin nüfuz və güc parametrlərini artırmaq üçün dərin islahatların, xüsusilə də Təhlükəsizlik Şurasında aparılmasının zəruriliyi ideyasını bu dəfə də inkişaf etdirdi: "Həqiqətən də insan haqlarının pozulması, ekoloji problemlər, terror, mütəşəkkil cinayətkarlıq, epidemiyalar, ksenofobiyalar kimi yüz milyonlarla insanın həyatını çətinləşdirən amillərin zərəzsizləşdirilməsi üçün təkmilləşdirilmiş və yeniləşdirilmiş BMT sisteminə böyük ehtiyac var.

İkinci, Azərbaycan Prezidentinin çıxışında dəyərli məqamlardan biri indi dünyanın həmişəkindən daha çox beynəlxalq hüquq normalarına və bu normaların ardıcıl işləməsini təmin edə bilən mütəşəkkil təsisatlara ehtiyac hiss etdiyini vurğulamaqdan ibarətdir. Bu nöqteyi-nəzərdən indi deyilənlər və Prezidentin bir neçə gün əvvəl yerli televiziyalara müsahibədə beynəlxalq hüquq normaları barədə dedikləri bir-birini prinsipcə tamamlayır. Burada Azərbaycan Prezidentinin dəmir məntiqi ondan ibarətdir ki, beynəlxalq hüquq normalarının qeyri-selektiv və birmənalı işləmə mexanizmi tətbiq olunmasa, dünya həqiqətən belə bir xaotik durumla üzləşə bilər ki, beynəlxalq hüquqa başqaları əməl etmirsə mən nə üçün əməl etməliyəm?! Bu cəhətdən Prezidentin fikirlərini dünya ictimaiyyətini daha qorxulu perspektivlərə qarşı toparlayıcı xəbərdarlıq kimi də dəyərləndirmək olar".

Ekspert deyib ki, Prezident regional sülhə birbaşa, qlobal sülhə isə dolayı təhdid olan Dağlıq Qarabağ münaqişəsinin hazırkı durumunun ehtivalı təsvirini verdi: "Bu taktika bütün dünyanı Ermənistanın aqressiv siyasətinə qarşı yönəltməkdə çox təsirli rol oynaya bilər. Məsələ burasındadır ki, bu gün həm Azərbaycan, həm də Ermənistan Dağlıq Qarabağ münaqişəsinin cari səviyyəsindən razı deyil. Azərbaycanın indiki status-kvodan narazı olması təzə hadisə deyil və Azərbaycan 1988-ci ildən indiyə qədər davam edən erməni təcavüzünün nəticələri ilə qətiyyən barışa bilməz. Azərbaycan nəinki razı deyil, hətta bütün dünya qüvvələrini də belə bir mövqeyə gətirə bilib ki, status-kvo mütləq dəyişməlidir.Yəni Dağlıq Qarabağ münaqişəsində indiki status-kvodan tək Azərbaycan yox, həm də bütün dünya narazıdır .Maraqlıdır ki, Ermənistanın indiki hakimiyyəti də hazırkı vəziyyətə sadə səbəbdən qane ola bilmir. Belə ki, sosial-iqtisadi müstəvidə narazılıqları getdikcə artan erməni xalqının diqqətini daxili məsələlərdən yayındlrmaq üçün indiki Ermənistan hakimiyyətinə Azərbaycanla sərhəddə və təmas xəttində daimi gərginlik və hətta qısamüddətli müharibə vəziyyəti saxlamaq və Azərbaycana qarşı müharibə və yeni ərazi iddiaları ortaya qoymaq hava-su kimi lazımdır. İlham Əliyevin BMT-dəki çıxışının dəqiq hədəfi məhz Ermənistanın indiki siyasətinin deyilən pərdəarxalarını açmaq oldu. Prezident Ermənistanda daxili vəziyyətin ağırlığını, dövlətin istilaçı-faşist xarakterini, etnik təmizləmələrin aparıldığını, azərbaycanofobiyaya qapanmış yeni nəslin yetişdirilməsini, milli təhlükəsizlik strategiyasına azərbaycanlıların düşmən olduqları barədə açıq fikirlərin salındığını, Ermənistanın böyük müharibəyə və yeni işğallara hazırlaşdığını təsadüfən xatırlatmadı. Bütün bu aqressiv siyasətlərin Azərbaycan kimi tolerant və multikultural ölkəyə qarşı aparıldığını öz məruzə konsepsiyasına daxil etməsi Azərbaycan Prezidentinin həqiqətən unikal taktika üstündə dayandığını bir daha göstərdi. Multikultural bir ölkənin ərazilərini tutan, yandıran, talan edən, tarixi və dini dəyərlərini məhv edən Ermənistanın əsl obrazını yaratmaq üçün bundan da tutarlı taktika ola bilərdimi?"




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

15:44 Fateh Əmir Teymurun xəzinəsi: əfsanələr, rəvayətlər, həqiqətlər Böyük sərkərdə və hökmdarın ağlagəlməz var-dövləti artıq neçə əsrlərdir ki, xəzinəaxtaranların başını dumanlandırır Bəşər tarixinin məşhur fatehlərindən biri Əmir Teymur 1336-cı ildə Xoca-İlqar kəndində, Özbəkistanın indiki Şəhrisəbz şəhərində dünyaya gəlmişdir. Bu böyük sərkərdənin əsl adı Teymur
12:06 Əhmədzadənin xırıd etdiyi büdcə pulları... - İDDİA Azərbaycanda son aylar baş verən gözlənilməz dəyişikliklər, aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
15:21 Eldar Quliyevin həyat yolu, xidməti və fəaliyyəti 1958-ci ildə Laçın rayonunda anadan olmuşdur.1977-ci ildə Gəncə şəhər baza inşaat texnikomunu, 1985-ci ildə Azərbaycan Dövlət Xalq Təsərüfatı İnsitutunu (İndiki Azərbaycan Dövlət İqtisad Universiteti ) bitirmişdir.1977-1979-cu illərdə hərbi xidmərdı olmuşdur.SOV.İKP.MK-nin 16 mart, Azərb. KP.

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az