t s

» » Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?

Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?

26-09-2020, 14:58 Yazar:  Samir Baxılıb: 122 Çap et
Səlim Müslümovun adamı yarım milyonluq tenderi uddu - Sahil Babayev onu niyə işdən çıxarmışdı?Yevlax Şəhər İcra hakimiyyəti “Təmir-İnşaat” MMC ilə maliyyə dəyəri 630 353 AZN olan müqavilə bağlayıb.

Mediaxeberleri.az xəbər verir ki, müqaviləyə əsasən şirkət Yevlax şəhərində avtomobil yollarını əsaslı təmir etməlidir.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatına görə, “Təmir-İnşaat” MMC 15 dekabr 2008-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin Yevlax rayonu, Yevlax şəhəri, İ.Dəmirov küçəsi, ev 84-də yerləşir. MMC-nin qanuni təmsilçisi isə Məmtiyev Raquf Rəhim oğludur.

“Təmir-İnşaat” 10 manatlıq şirkət olsa da, dövlət qurumları milyonluq layihələri bu MMC-yə etibar edir. Məsələn, 2019-cu ildə Dövlət Avtomobil Yolları Agentliyi şirkətlə maliyyə dəyəri 2 300 000 AZN olan müqavilə imzalayıb.

Şirkətin qanuni təmsilçisi Raquf Məmtiyev keçmiş məmur olub. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (ƏƏSMN DSMF) Bərdə şöbəsinin müdiri vəzifəsində işləyib. Raquf Məmtiyevin bu vəzifəyə təyin olunmasında ƏƏSMN-nin keçmiş rəhbəri Səlim Müslümovun rolu olduğu deyilir. Mediada da keçmiş şöbə müdiri sabiq nazirin yaxın adamı kimi qələmə verilir. Sahil Babayevin Səlim Müslümovu əvəzləməsindən sonra Raquf Məmtiyevi tutduğu vəzifədən azad etməsi iddiaların əsassız olmadığına şübhələri artırır.

Raquf Məmtiyev yüksək vəzifəli məmur olmasa da, vaxtaşırı medianın diqqətinə gəlib. Onun rüşvət və korrupsiya əməliyyatlarında iştirakı barədə mətbuatda çoxsaylı materiallar dərc edilib.

Böyük ehtimalla “Təmir-İnşaat”ın milyonluq tenderlərdə qalib olması Raquf Məmtiyevin məmur karyerası ilə bağlıdır. Yəni, o əlaqələrindən istifadə edərək dövlət satınalmalarında pay sahibi ola bilib. Bəzi iddialara görə, şirkət Səlim Müslümova məxsusdur. Raquf Məmtiyev isə sadəcə icraçıdır.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

12:06 Əhmədzadənin xırıd etdiyi büdcə pulları... - İDDİA Azərbaycanda son aylar baş verən gözlənilməz dəyişikliklər, aparılan islahatlar çərçivəsində bir sıra gözləntilər və təkliflər hələ ki, reallaşmamış qalır. Mütəxəssislər bir sıra dövlət qurumlarının ləğvini, yaxud üst quruma birləşdirilməsini təklif edirlər. Onların fikrincə, bir sıra qurumların
21:38 Ölkəni dərmanla zəhərləyən mafiya: Qorxunc şəbəkə... Məlum olduğu kimi, bir müddət əvvəl ölkəyə saxta dərmanlar gətirərək, tamah məqsədilə qabaqcadan bir qrup şəxslə əlbir olaraq, qanunsuz dərmanların dövriyyəsi ilə məşğul olan "Epidbiomed” və "Sanimed” firmalarının rəhbərləri barədə cinayət işi qaldırıldı. Respublika ərazisində əczaçılıq
09:05 Rabitə sektorunda itib-batan milyonlar... - SİYAHI Həbsdən yeni çıxan sabiq məmurun oğlunun və kürəkənin adına Türkiyədə şirkət var imiş. Bu şirkət də sabiq məmurun övladlarının adının baş hərflərini daşıyır. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri olmuş Vidadi Zeynalov həbsxanadan çıxdıqdan sonra verdiyi ilk açıqlama
15:20 Sahil Babayev və təcrübəsiz komandası... Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev artıq bir neçə dövlət qurumu ilə yanaşı, rəhbərlik etdiyi nazirlikdə də ciddi narazılıqla üzləşib. Mediaxeberleri.az “Reytinq”ə istinadən xəbər verir ki, təyinatından 3 ay ötən yeni nazir Sahil Babayev Əmək və Əhalinin Sosial Müdafiəsi
17:46 İlham Əliyev yüzlərlə məhbusu əfv etdi - SİYAHI + YENİLƏNİB Azərbaycan prezidenti İlham Əliyev məhkum edilmiş bir sıra şəxslərin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə əfv olunması haqqında sərəncam imzalayıb. Mediaxeberleri.az-ın xəbərinə görə, sərəncama əsasən, azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş aşağıdakı şəxslər cəzanın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az