t s

» » “6 ilə 27 min manat verməyə dəyərmi?” - Təhsil haqqı ilə bağlı ETİRAZ

“6 ilə 27 min manat verməyə dəyərmi?” - Təhsil haqqı ilə bağlı ETİRAZ

26-09-2020, 14:27 Yazar:  Samir Baxılıb: 118 Çap et
“6 ilə 27 min manat verməyə dəyərmi?” - Təhsil haqqı ilə bağlı ETİRAZ“Azərbaycanda ali məktəbə qəbul imtahanında yüksək bal toplayanlar sonradan ümid qırıqlığı yaşayır, çünki gözlədikləri biliyi ala bilmirlər”.

Mediaxeberleri.az xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev deyib. O, Tibb Universitetindəki təhsil haqqı məsələsinə də toxunub:

“Tibb Universitetində təhsil haqqı 4 500 manatdır. 6 ilə 27 min manat pul edir. Bu qədər pul verməyə dəyərmi? Dəyərsə, niyə qabiliyyətli uşaqlar diplomu alan kimi xaricə qaçır? Diplomdan sonra təhsil almaq istəyirlər və oxuyub orda da qalırlar, çünki ölkədə biliklərinə uyğun qazancları olmur.

Bir məsələyə toxunum. Bizdə Seçenov adına Tibb Universitetinin Bakı filialı var. Orada Rusiyadan gələn müəllimlər dərs deyir. Əgər filial açmaq mümkündürsə, niyə Tükiyənin bir universitetinin filialını açmayaq? Müəllimlər də türk alimləri olsun, beləliklə, gənclər təhsil üçün Türkiyəyə getməz, öz ev-eşiyində qalarlar. Özümüzdə də qabiliyyətli həkimlər var, onları tədris üçün bu filiala cəlb eləmək olar”.




www.mediaxeberleri.az
Dostlarınla paylaş: 

Oxşar xəbərlər

23:28 BURAXILIŞ İMTAHANININ II MƏRHƏLƏSİ VƏ DÖVLƏT İMTAHANI LƏĞV EDİLİR - Nazirlər Kabineti təhsillə bağlı qərar verdi (Yenilənib) Nazirlər Kabineti koronavirus (COVID-19) pandemiyasının ölkənin təhsil müəssisələrində təhsil prosesinə mənfi təsirinin aradan qaldırılması ilə bağlı bəzi tədbirlər barədə qərar verib. Bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb. 1. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 23
13:49 Azərbaycanın keçid balına görə ən güclü universitetləri - REYTİNQ Hər kəs çalışır ki, qəbul imtahanlarında yüksək bal toplasın və reytinqli ali təhsil müəssisəsinə daxil olsun. Çünki seçilən universitet tələbələrin gələcək iş həyatında da mühüm yer tutur. Mediaxeberleri.az Azərbaycanda I-II-III-IV-V ixtisas qrupları üzrə ən yüksək ballara görə universitetlərin
21:22 Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Asif Atanın (İnam Atanın) Mütləqə İnam Ocağı Ata Ocaq ilsırasının 37- ili Qutsal “Yeni İl Törəni” ndə deyilmiş fikirlər Törən öncəsi həyətdə tonqal qalandı. Tonqal başında qutsal söz söylənildi. Nurtəkin Atalı: Bu Ocağın qalanması, məni “Xalqlaşma İli”mizdə yeni uğurlara çağırır. Soylu Atalı: Sən
22:01 “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Türkel Araşdırma Qurumu sunur “Türkmənçay Bağlaşması” – Özgürlüyümüzün sınırı Soylu Atalı: Ürəyinizdə Günəş olsun sayğılı yurddaşlarımız! Bu gün Türkel Araşdırma Qurumu adına Azərbaycanın bir neçə aydını – Xaliq Bahadır, Yadigar Türkel, Abil Ulusoy, Əlisəfa bəy və mən, Soylu Atalı Azərbaycanın
19:55 M.Ə.Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi Türkel Araşdırma Qurumu sunur (Məhəmməd Əmin Rəsulzadənin “Azərbaycan Cümhuriyyəti” bitiyini “Tanıtma törəni” keçirildi) Soylu Atalı: Ürəyinizdə Günəş olsun, sayğılı yurddaşlarımız! Bu gün fevral ayının (bizdə Köçəri Ayının) 10-u Azərbaycanın tarixi faciələrindən birinin “Türkmənçay Bağlaşması”nın

Öz şərhini bildir:

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Əlaqə: +994 55 629 38 32 | aladdin.media@mediaxeberleri.az
© 2014 www.mediaxeberleri.az